Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Çərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
DeginənAna, sənə bir söz deyim,Sən də o yara deginən.
Ay qurdGetdin gördün quzu,Neyləyirsən istiotu, duzu?
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
MükərrərKönül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəf
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Bahadır və SonaƏHLİ-MƏCLİSB a h a d ı r-- cavan oğlan, student libasında.
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
DustNədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
XoruzYatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Sevinc və kədərİlin ən gözəl çağı idi...Buludlar nəm köynəklərini arabir Arazın sularına sıxırdılar...
Tovhiddürür bu bir qəsidəTovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
BaşlanğıcAzərbaycan ədəbiyyatının bütün nöqtələri qaranlıqda qaldığı kimi, XII və XIII əsrlərdə də min dürlü əmək və məşəqqətlərlə əmələ gətirilmiş ədəbiyyatımız, demək olar ki, tamamilə qara dumanlar altında qalmışdır. Məndən qabaq gələn yazıçılarımız ədəbiyyatımız üçün az-çox feyzli olan o qanlı əsrlərin müməssillərindən, yarı-yarımçıq da olsa, yalnız bizə Vaqif ilə Vidadini göstərə bilmişlər. Halbuki istər onlardan qabaq, istər onlar ilə bir əsrdə yaşayaraq, doğma ədəbiyyatımızı çiçəkləndirən bir çox adlı-sanlı başqa şairlərimiz olmuşdur ki, Azərbaycan məhfəli-ədəbiyyəsində onların da özlərinə görə bir mövqei-məxsusi an vardır. Bununla bərabər, Vaqifilə Vidadi XII deyil, XII əsr hicrinin sonu ilə XIII əsrin əvvəllərini dərk etmiş şairlərimizdəndir. Onları mütləq XII əsrin şairləri saymaq doğru deyildir. Məhəmməd bəy Cavanşirin buyruğu ilə başı öz doğma və istəkli oğlu Əli ağanın başı ilə biryerdə kəsilən bədbəxt Molla Pənah Vaqifin tarixi-qətli 1212-də olduğu kimi, Vidadinin tarixi-vəfatı da ondan çox-çox sonradır. VIII və IX əsri-hicridə ədəbiyyatımızın yaradılması üçün könüldən çalışaraq, azərbaycanlılann adını göylərə qədər yüksəldən və onların varlığım dünyanın hər bir guşəsinə yetişdirən Nəsimi, Həbibi, Xətai və Füzulilərin münur ilə hər hankı səbəblərdən dolayı isə unudulmuş giranbəha şeirlərini səhnci-mətbuatımıza çıxardığını bir zamanda XII və XIII əsrlərdən də bəhs etməyim lazım, həm də vacibdir. Çünki Vaqifilə Füzuli, Xətai, Həbibi, Nəsimi və Nəsimidən daha neçə əsr qabaqca gəlmiş şairlərimizin aralarında sənətkar əlləri ilə işlənilib, uzadılan o silsileyi-şerin zərif və zərrin həlqələri artıq bir-birilərindən ayrılmış və daha doğrusu, qırılıb tökülmüşdür. O silsiləni qurmaq və o qırılan ədəbi zəncirləri gözəl bir surətdə bir-birilərinə bitişdirmək üçün iki alın cəbhədə də çalışmalıyam. Yəni XIII əsrdən XII-yə, XII-dən də VIII-yə qədər geri çəkilməliyəm. Eyni zamanda Nəsimi əsri olan VIII əsrdə də dayanmayaraq, bizim üçün türkcə, farsca yadigarlar, ərməğanlar buraxıb gedən böyük və ulu Azərbaycan qam (filosof) və bilgə (həkim)lərinin özləri ilə bərabər, şahkar əsərlərini də tapıb meydana çıxarmalıyam. Çünki onlar tapılmayıb və əsərləri müəyyən edilmədikcə Azərbaycan tarixi-ədəbiyyatı könlümüzün istədiyi kimi araya çıxmayacaqdır ki, bu da ədəbiyyatımız üçün olduqca böyük bir nöqsan və açıqlıq təşkil edəcəkdir. Mütəxəssis olmadığım halda, iyirmi beş ildən bəri etdiyim səmimi tətəbböat və tədqiqat sayəsində az-çox müvəffəqiyyətim olmuşdur və hala gələcək müvəffəqiyyətlərimdən də bir o qədər naümid deyiləm. Söz yox ki, qaraladığım sətirlərdə hörmətli oxucularımı qane etməyəcək bəzi nöqtələr də olacaqdır. Onlar bu qüsuru məndən yox, taleyimizdən görməlidirlər. Başqa millətlərdə, hər hansı mövzularda olursa-olsun, bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaxşı-yaman qaraladığım bu cızma-qaranı heçdən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə istoçnikiərim isə uçuq-yıxıq qəbir daşlan ilə səqfı çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çox yaşamış qadınların hafizələri və hövsələləridir. Məndən qabaq gələn mühərrirlərdən bu yolda bir hazırlıq görən olsa idi, şəksiz, mən bir bu qədər də çətinliyə uğramazdım. Tarixi-ədəbiyyatımızı meydana çıxarmaq imkan xaricində olduğu üçündür ki, bu günə kimi yaxşı-yaman bir əsər belə araya çıxmamışdır. Atalar “Varın verən utanmaz” demişlər. Odur ki, mən də bu günə kimi toplaya bildiyim əlyazılarını “Azərbaycan ədəbiyyatı” adı ilə hələlik kiçik kitablar şəklində təb və nəşr etməyə qərar verdim. Zənnimcə, hiss edilən açıqlıq, tamamilə olmasa da, qismən doldurulmuş olacaqdır. Bu kiçik kitablar ilə ədəbiyyat maraqlılarına olan mənəvi borcumun cüzi bir qismini əda edə bilərsəm, özümü bəxtiyar hesab edəcəyəm.