Bir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenə

Bir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenə,Bilməzəm halim nola, hala cigərxunəm yenə.

KişvəriQəzəl1 dəq
Qəsidə 29

تا ببازار جهان سوداگریمگاه سود و گه زیان می آوریم

Pərvin EtisamiQəsidə2 dəq
Qəzəl 17

ای صفاتت حجاب چهره ذاتذات پاکت ظهور بخش صفات

Şəms MəğribiQəzəl1 dəq
Görmədim

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Hüseyn Cavid1 dəq
Pərakəndə şeir 4

قصه شنیدم که بوالعلا به همه عمرلحم نخورد و ذوات لحم نیازرد

İrəc Mirzə1 dəq
Bülbül

Məftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,

Məhəmməd Hadi2 dəq
Görmədim

Çox gözlərə baxdımsəmavi, siyah,

Rəsul Rza1 dəq
İşçi

Dəmirdən qolların, daşdan duruşun,Boğulmuş rənginlə, çəkic uruşun;

Əhməd Cavad1 dəq
Litva tatarlarının tarixi

LİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.

Yusif Vəzir Çəmənzəminli24 dəq
Batabat bulağı

Bulaqların bir səmtədir axarı,“Salvartı”nın xoş görünür baxarı,

İslam Səfərli1 dəq
Azadlıq quşu «Varlıq»

Hərçənd qurtulmaq hələ yox darlığımızdanAmma bir azadlıq doğulub varlığımızdan

Məhəmmədhüseyn Şəhriyar1 dəq
Münif əfəndiyə

Əziz qardaşım Münif əfəndi!**İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.

Mirzə Fətəli Axundzadə4 dəq
Axtarışlarım

Dünyadan od alır arzu da, kam da,Könlümün içində necə gizlənim?

Bəxtiyar Vahabzadə19721 dəq
Qış

Bir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.

Abbas Səhhət19121 dəq
Aşiq odur kim, sözü canü dililə yar bir

Aşiq oldur kim, sözü canü dililə yar bir,Bir durur aşiq əzəldən sevgili dildar bir.

Şah İsmayıl XətaiQəzəl2 dəq
Göy göl mənzərələri

1. Gecə**Bu gecənin möhtəşəm, sirli bir aləmi var,

Qasım Qasımzadə4 dəq
Saat

Ömrümüzün zəmisiniXırpaxırpla

Qabil1 dəq
Avral

Mədəndə bu gün fırtınalar var,Çalxanmada ətrafa axınlar.

Mikayıl Müşfiq1 dəq
Əziz Şərifə

1Əziz qardaşım Əziz!

Əbdürrəhim bəy Haqverdiyev192717 dəq
Alma

Üç ay yay dolanıb payız olanda,Məst olub sığışmır budağa alma.

Aşıq Qurbani1 dəq
Adil

... Mən o dəhşətli fırtına buludlarının sıxlaşa-sıxlaşa bizim çadırımızın üzərinə yeridiyini görürdüm... Mən, hər şeydən əvvəl, öz hərəkətlərimi diqqətlə təhlil edirdim.Oçerkdə deyilənlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimdən nə gəlirdisə eləyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məəttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz mənim işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çəkdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əgər mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmərəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də yola rəis təyin olunub gəldiyim ilk gündən işi elə qurdum ki, adi idarələrin qarşısında mən yox, idarələr mənim qarşımda başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə vaxtından azı bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə aləmi bir-birinə vururdum.

İlyas Əfəndiyev13 dəq
Növbə

Dörd yandan bürüyüb qəzet köşkünü,Növbəni pozmayın – deyir adamlar.

Tofiq Bayram1 dəq
Qazağa

Səyyah idim, dolanırdım dünyanı,Mürği-ruhum etdi cövlan Qazağa.

Novrəs İman1 dəq
Uşaqlar çimir

Axşamacan çimsələrAlmaq da istəməzlər

Əli Kərim1 dəq
Dünya xali deyil

Dünya xali deyil, inanıram mən,Sən əsl insanı ilk gündən tanı.

Həkimə Billuri1 dəq
Konsert

I**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.

Mehdi Hüseyn12 dəq
Onun qızı

O mənə yoldaş oldu hər yerdə, hər davada;Bizi birgə izlədi min işkəncə, min qada.

Zeynal Cabbarzadə2 dəq
Danışarsan

Təbrizim, ömrüm, adım,Sən məni yaşadırsan…

Cabir Novruz19941 dəq
Park

Burası bir yaşıl, səfalı cənnət,Hasarları odlu və gurultulu...

Həbib Sahir1 dəq
On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

Mirzə İbrahimov16 dəq