Dilbər

Bir ərzim var qulluğunaAy xalları qoşa dilbər.

Usta Abdulla1 dəq
Sen çağlar

Paris kommunasına*Mən ömrümdə Parisin görməmişəm üzünü,

Almas İldırım2 dəq
Min cür əyri yolu var

Min cür əyri yolu varDünyada xəyanətin,

Zeynal Xəlil19701 dəq
Dolaşma

Ey Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.

Əliqulu Qəmküsar1 dəq
Uşaqlıq həyatımdan xatirələr

Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir.Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.

Süleyman Sani Axundov27 dəq
Mənə

Qədir gecəsində mətləb dilədim,Tərəhim eylədi o mövlam mənə.

Xəstə Qasım1 dəq
Bilmərəm

Başına döndüyüm pərim,Get pərim, gələ bilmərəm.

Aşıq Abbas Tufarqanlı1 dəq
Keçmişdə qaçaqlar

Əhli-məclisİvan bəy Sərdarov – uyezd naçalniki. 50 yaşında, rəsmi libasda*

Nəcəf bəy Vəzirov1 dəq
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

Firidun bəy Köçərli192548 dəq
Ay ağa

Dindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.

Aşıq Heydər1 dəq
Qəsidə 19

سودا زده فراق یارمبازیچه دست روزگارم

Fələki Şirvani4 dəq
Qız

“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.

Molla Cümə1 dəq
Mən kiməm

Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.

Ömər Faiq Nemanzadə10 dəq
Birinci pərdə

Birinci şəkilUcqar kəndlərdən birində “Şəfəq” kolxozunun idarəsi, böyük səliqəsizlik, köhnə formalı rayon telefonu. Divarda iri xətlə yazılmışdır: “Tənqidi və şəxsi tənqidi yüksəklərə!” Səhnədə Salmanov və Mirzə Hüseyn. Pərdə açıldıqda Kərəmov çöldə kiminləsə danışaraq haray-hurayla içəri girir. Mirzə Hüseyn və Salmanov onu görüb, cəld ayağa qalxırlar. Kərəmov onlara əhəmiyyət vermədən stoluna yaxınlaşır və telefonu götürür.*

Sabit Rəhman29 dəq
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

Məhəmməd Əmin Rəsulzadə194918 dəq
Bəzənir

Maşallah, ay Qabaqtəpə,Hər eldən mərdan bəzənir.

Aşıq Bəsti1 dəq
Kimi can etdi, kimi könlünü dildarə fəda

Kimi can etdi, kimi könlünü dildarə fəda,Bilmənəm mən ki, yoxumdur, nə edim yarə fəda?

Qövsi TəbriziQəzəl1 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

İsa Hüseynov (Muğanna)46 dəq
Var

Feyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.

Aşıq Valeh1 dəq
Sinəsin

Tər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.

Aşıq Musa1 dəq
Söz sözü gətirər...

Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.

Hüseyn İbrahimov17 dəq
Olmusan

Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?

Miskin Abdal1 dəq
Anam təlim edən dildə

Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.

Mirzə Əli MöcüzQəzəl1 dəq
Vardır

Məni çəkirlər divanə,Şəbnəm düşəndə sünbülə,

Adsız el şairləri1 dəq
Var

Qəmli könül şad olarmı?Əlbət dərdi-məlalı var.

Ağdabanlı Qurban1 dəq
Bir də mən görsəm ki...

Yazılana pozu yoxdur(?)*Nemət düyməni basdı:

Anar49 dəq
Ağlaram

Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.

Varxiyanlı Aşıq Məhəmməd1 dəq
Belə bax

Kazım ağa, niyə mat-mat baxırsan,Bizimkidir daha dövran belə bax.

Çoban Əfqan1 dəq
Bu qız məni

Gedirdim, yoldan eylədi,O qız məni, bu qız məni,

Aşıq Hüseyn Şəmkirli1 dəq
Qayıtdı

Bir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.

Ağ Aşıq Allahverdi1 dəq