Əli

Damanda qalmışam, yetiş dadıma,Özünü Xeybərə yetirən Əli!

Aşıq Qurbani1 dəq
Azərbaycan deyəndə

Vətən mənim bu günüm,Sabahkı toy-düyünüm.

Tofiq Bayram1 dəq
İnsan olmaz mən dözümdə

Qalmışam əlim üzümdə,Ulduzlar batdı gözümdə,

Mirvarid Dilbazi19911 dəq
Alov

Doğruya zaval yoxdur,*Çəksələr min divana.*

Mehdi Hüseyn1 dəq
Göylərin ürəyi

Göylərin ürəyi nə yaman dolub,Tökür sinəmizə göz yaşlarını.

Qabil1 dəq
Tutur əlimdən

Karvan kimi ötüb keçibÖmrümdən çox il,

Cabir Novruz19861 dəq
Ay maral

Çarxı-fələk məni yaman oxlayıb,Axır yaralardan qanım, ay maral!

Novrəs İman1 dəq
Mənim çiçəyim

Mən əməl bağında bir gül əkmişəm,Onun zəhmətini özüm çəkmişəm.

Həkimə Billuri19591 dəq
Döyüş olmasın

Gəl sənə söyləyim, ay Dəli Həsən,And içmişəm bu gün döyüş olmasın.

Xalq ədəbiyyatı1 dəq
Durnalar qayıdanda

Uca dağlar başındaYenə karvan yol eylər.

Mədinə Gülgün19791 dəq
16

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.

İsmayıl Şıxlı19546 dəq
Tapmacalar

Çöldə, düzdə qaçaram,Hər qapını açaram.

Zeynal Cabbarzadə3 dəq
Kürə yağış yağırdı

Günəş batırdı Kürdə,Durmuşdum sahildə mən.

Əli Kərim1 dəq
Tiflis

Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.

Abbasqulu ağa Bakıxanov2 dəq
V

Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?

Süleyman Rəhimov19445 dəq
Tehranın yay gecələrində

Gecədir... Yay gecəsi,Hava tutqun və cəhənnəm kimi yerə şölə saçır,

Həbib Sahir1 dəq
Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq

Sən qönçə kimi hər bir edən demdə yaşınmaq,Artar bizə yüz mertebo odlanna yanmaq.

Molla Pənah Vaqif2 dəq
Üçüncü məclis

Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.*İsmayıl bəy**. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...

Nəcəf bəy Vəzirov8 dəq
Koktebeldə bir dağ gördüm

Koktebeldə bir dağ gördüm –Kəpəz kimi haçadil!

Zeynal Xəlil19671 dəq
Dünyada bəla nədən törəyir?

Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

Firidun bəy Köçərli19095 dəq
Qafqas

Bir zamanlar Puşkinin dindirib ələmini,Ona mənfa yerində gözəl bir cənnət oldun.

Almas İldırım1 dəq
Sənə qurban

Qadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!

Aşıq Abbas Tufarqanlı1 dəq
Misyonerlər çalışır cəbr ilə Abxaz qövmi

Misyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.

Əliqulu Qəmküsar1 dəq
Həyata qayıtmışam

Bu səhərhəkim baxıb yarama

Balaş Azəroğlu19662 dəq
Dibdat bəy

Bir pərdəli, iki şəkilli məzhəkə*İştirak edənlər

Süleyman Sani Axundov1 dəq
Salmas

Gəzdim İsfahanı,Vanı, İranı,İndi də qalıbdı ay ağa Salmas1.

Usta Abdulla1 dəq
Başına dolandığım

Yaxşı olar qohum, qardaş,El, başına dolandığım.

Xəstə Qasım1 dəq
Ay hayıf, hayıf

Mehrü məhəbbətin oduna yandım,Yar məni unutdu, ay hayıf, hayıf!

Aşıq Heydər1 dəq
Dəvət və Təvəqqə

Hamıya məlumdur ki, hökuməti-hazıra camaatın elm və ittihadsızlığına arxayın olub Dumam dağıtdı. Dağıdandan sonra da boş oturmayb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır.Nədən bu neçə milyon camaat bir cüzi heyətin əlində əsir və aciz olub? Ondan ötrü ki, camaatın çoxu bielm və xəbərsizdir, cəhalət səbəbinə öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz əlilə kəsirdə, səbəbini özgədən bilir. Adət etdiyi həqiranə məişətini, boynuna vurulan zülm boyunduruğunu haşa – Allah tərəfindən təqdir olunmuş zənn edir.

Ömər Faiq Nemanzadə19064 dəq
Qəzəl 2

ای دیده در آن شکل و شمایل نظری کنگر زآنکه تو را آرزوی دیدن جانست

Fələki Şirvani1 dəq