Axşam qəribliyi

Yenə axşam çökür yamaca, yalaSükuta qərq olur bağça da, bağ da.

Qabil1 dəq
Bir də,bir də doğmayacaq məni anam…

Bu ağ saçlar bir də qara olmayacaq,Bir də kimsə görməyəcək məni cavanam…

Cabir Novruz2 dəq
Ağa

Qaldım bu qürbətdə, zindana düşdüm,Qəbul eylə, bircə əzrim var, ağa!

Novrəs İman1 dəq
Mənim anam

Getdin bu dünyadan həsrət, nigaran,Getdin ürəyində ayrılıq dağı.

Həkimə Billuri2 dəq
Qəzəblənmə

Qəzəblənmə belə, paşa,Misri qılınça qataram,

Xalq ədəbiyyatı1 dəq
Sevincim, umudum

Şiblinin laləsində,Qızıl piyaləsində,

Mədinə Gülgün19761 dəq
10

Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"

İsmayıl Şıxlı19548 dəq
Çay mahnısı

Kimin ağrıyır canı,Qoy çay içsin mərcanı,

Zeynal Cabbarzadə1 dəq
Sənət eşqi

Müəllimim Akif Süleymanova*Sən dedin könlünün sənət eşqini

Əli Kərim2 dəq
Çox gözdə sürmə, əldə həna, üzdə xal olur

Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,Nisbət bu qaşü bu gözə bənzər məhal olur.

Abbasqulu ağa BakıxanovQəzəl1 dəq
XVII

Üstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.

Süleyman Rəhimov5 dəq
Bir al günəş doğdu səhər

Mən bir lirik şair ikən“Gecə yatmaz” şer yazar.

Həbib Sahir2 dəq
Düşərmi?

Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?

Molla Pənah VaqifQəzəl1 dəq
Adı var, özü yox

(Komediya)*Əhli-məclis

Nəcəf bəy Vəzirov18911 dəq
Bir cığır istəyirəm mən...

Ən yüksək zirvəyə qalxmaq üçün mənBir cığır istədim ömrüm uzunu.

Zeynal Xəlil19652 dəq
Dərbənd şairləri

Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

Firidun bəy Köçərli19253 dəq
Hanı

Axşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?

Almas İldırım1 dəq
Pərim

Səhər-səhər sərçeşmələr başında,Gün kimi dağlara yayılan Pərim!

Aşıq Abbas Tufarqanlı1 dəq
Dedilər gərçi mülki-İranə

Dedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,

Əliqulu Qəmküsar1 dəq
İnamla yaşayıram

İbrahim Topçubaşova*Sən mənə inam verdin

Balaş Azəroğlu19661 dəq
Sabir məş’əli

Bu gün yorğunluq zəif vücuduma elə qalib gəlmişdi ki, ə’zalarımı hərəkət etməyə belə qadir deyildim. Onun üçün adətimi pozaraq erkən yatmaq fikrinə düşdüm. Bu niyyəti əmələ gətirdikdə «Sabir gecəsi» münasibətilə veriləcək jurnala bir material və’d etdiyim yadıma düşdü. İndi nə yapayım? – deyə fikrə getdim. Sonra «Hophopnamə»ni götürüb oxumağa məşğul oldum. Məqsudim bir mövzu arayıb yazmaq idi. Fəqət onu unutmuşdum ki, Sabirin bu dərəcə dərin və abdar xəzinəsinə girən şəxs qərq olub tezliklə oradan çıxamaz.Əvət, mən də çıxamadım: gecə yarıdan keçdi, mən hələ oxuyurdum. Xoruzlar ötüşdülər, mən hələ oxuyurdum...

Süleyman Sani Axundov2 dəq
Ha sini

Cavan ömrüm getdi badi-fənaya,Bundan belə dilim desin ha sini.

Usta Abdulla1 dəq
Yaxşıdır

Qüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.

Xəstə Qasım1 dəq
Olsa da

Ülgücə ülgüc deyərlərKəsəri lap çox olsa da.

Aşıq Heydər1 dəq
Allaha Rüşvət (Axalsixdən)

Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”

Ömər Faiq Nemanzadə19084 dəq
Qəsidə 30

دلا دلا ز بلا هیچگونه نهراسیحدیث عشق کنی و حریف نشناسی

Fələki Şirvani4 dəq
Həft peykər ("Yeddi gözəl")

Ey cəhan dide xiş əz toHiç budi nəbud piş əz to.

Məhəmməd Əmin Rəsulzadə19497 dəq
Ərlə arvadın deyişməsi

Arvad*Kişi, mənə yaxşı paltar al gətir,

Aşıq Bəsti1 dəq
Düz vay eylər

Vəfası olmaz maçının,Gərdəndə quyrum saçının.

Molla Cümə1 dəq
Bu gələn bir cüt gözəlin

Bu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.

Aşıq Valeh1 dəq