Love
Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,Gözüm ayineyi-safi-cəmalından cilalandı.
Demədim dərdimi canana, yadımdan çıxdıDemədim dərdimi canana, yadımdan çıxdı,Gördüm öz yarımı, biganə yadımdan çıxdı.
Yarəb, itirmişəm, neçə gündür nigarımıYarəb, itirmişəm, neçə gündür nigarımı,Tezliklə sən yetir mənim ol nazlı yarımı.
Bir də görəsən, naili-canan olarammı?Bir də görəsən, naili-canan olarammı?Eşqində onun bülbüli-xoşxan olarammı?
Ey gül, sənə dünyada bərabər yenə varmı?Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?
Məcnunla vurdu bir gecə Leyli arasınıMəcnunla vurdu bir gecə Leyli arasını,Min dərdə saldı aşiqi-bəxti-qərasını.
İnanmayaydım əzəldən o canalanə gərəkİnanmayaydım əzəldən o canalanə gərək,Onu sevincə, bu könlüm dönəydi qanə gərək!
Ey könül, hər kəsə öz istədiyi yarı gərəkEy könül, hər kəsə öz istədiyi yarı gərək,Bülbülə öz gülü, öz sevdiyi gülzarı gərək.
Ey dil, fəraqi-yaridə əfğan edəm gərəkEy dil, fəraqi-yaridə əfğan edəm gərək,Hicran oduyla ta səni büryan edəm gərək.
Biz bir qatar tutiyi-şirinsuxənlərikQəzəl böyük ədib və şair Hüseyn Cavidə ithaf edilmişdir*Biz bir qatar tutiyi-şirinsuxənlərik,
Könül, biz aşiqik, eşq ilə iftixar edirikKönül, biz aşiqik, eşq ilə iftixar edirik,Bu iftixarimizi xəlqə intişar edirik.
Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Aşikar eyləməyincə ürəyim qan olacaq.
Könül, həmişə səadət bizimlə yar olacaqKönül, həmişə səadət bizimlə yar olacaq,Xəzan qəmi bitəcək, ölkəmiz bahar olacaq!
Vəfalı olmasan, ey gül, baharın olmayacaqVəfalı olmasan, ey gül, baharın olmayacaq,Çəmən behişt ola, xoş ruzigarın olmayacaq!
Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıqYetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq,Xəlayiq çarə tapdı dərdinə, biçarə biz qaldıq.
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıqBiz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Fikr edirdim, olacaqsan mənə cananə, gözəlFikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.
Dəli könlüm, gözəlim, zülfünə olmuş mailDəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmilHaqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyilOl deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Bizim nigar dediyimiz nigarımız bu deyil!Bizim nigar dediyimiz nigarımız bu deyil!Sevimli dilbərimiz, nazlı yarımız bu deyil!
Aşiqsən, ey könül, qəmi-cananə, səbr qılAşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.
Uyma hər zülfü qara, sevgili cananə, könülUyma hər zülfü qara, sevgili cananə, könül,Bu vəfasızlar edərlər səni divanə, könül.
Səbr qıl qürbət əra möhnətü hicranə, könülSəbr qıl qürbət əra möhnətü hicranə, könül,Bir də müşkül yetə əl daməni-cananə, könül.
Tags are assigned automatically from keywords and refined by editors.