Yusif Vazir Chamanzaminli · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.
Son səhifəBir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Biz kimik və istədiyimiz nədirBİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ*Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər.
Xalq ədəbiyyatının təhliliXALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.
IIOrucluqda şeyxlərin məscidində (Veylabadda şeyxi, üsuli, kərimxanı kimi neçə dini fırqələr var və hərəsinin də özünə məxsus məscidi mövcuddur). Əli-Əsgər ağaya pul yığılanda qabaqca qırmızı dəstmala bükülü mənbərə tərəf bir şey göndərilirdi, mənbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mə’rifət ilə onu açardı və içindən bir parça cındıra bağlı pul və iki cüt ə’la başmaq çıxardıb, qovzardı yuxarı və uca səs ilə çığırardı: «usta Ağabala kərbəlayı Cahangir oğlu kəfşduz bir imperyal və iki cüt başmaq verdi.Başmağın bir cütü Ağa üçün və bir cütü də külfəti üçündür. Allahu-təbarək və tə’ala onu dünyada yer-göy bəlasından hifz eləsin və axirətdə də cənnət hurilərindən məhrum qoymasın! «Amin» səsi məscid ilə bir olardı.
VətənMənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...
VKərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.
Bir qaçqının dəftərindənYuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim.Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
Qusar mülkədarlarıXudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:
Bir neçə sözBu kitabçadakı hekayələr təqribən bundan on beş il əvvəl, «Səda» və başqa Bakı qəzetələri sütununda dərc olunmuşdu. 1912- və 1913-cü illərdə ayrıca olaraq «Həyat səhifələri və Divanə» invanlı kitabçalar şəklində meydana çıxdı.O zaman birinci rus inqilabı, umudlarımıza baxmayaraq söndürülmüş və ağır bir irtica Rusyada sakin millətləri boğmağa başlamışdı. Nəticədə bə’zi mühafildə bir naümidlik hökmfərma oldu. Zəif təbiətlilər bədbinliyə üz qoydu. Bir çoxları, «Son bahar» dövrü fikirlərinə qapıldı və məhv oldu. Gəncliyin çox hissəsi enerzisini sərf etməyə zəmin bulamadı, «metafizik» sahəsinə atıldı və gözəl vaxtını dinin mücərrəd vərasətinə həsr etdi. «Cavan»ların təbii yolu qayıb etməsi, bircə çox həyatı şərtlərdən irəli gəldiyi, aşkardır. O zaman önümüzdə həlli icab edəcək böyük məsələlər var idi. Çar istibdadından başqa, türk gəncləri üçün bir də «milli» istibdad və cəhalət movcud idi. Xalqın inkişafı yolunda qara daş təşkil edən bu iki qüvvə bir-birilə sıxı bir rabitə də idi. Birinə endirilən zərbə ötəki tərəfindən dəf’ olına bilirdi. Gəncliyin vəzifəsi: bütün qüvvət və qüdrətini toplamaq və iki başlı istibdadı bir zərbəyə qurban etmək idi.
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Teatr pərəstişkarıTEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
IIIDeyilməyə görə usta Ağabala Əli-Əsgər ağa ilə siğə qardaş imiş və Ağa Ustanın xətrini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da və’d etmiş imiş. Bir gün axşam çağı usta Ağabala evə gələndə arvadına dedi: Ə, bilirsən nə var?(Usta Ağabala arvadını adı ilə çağırmağa utanardı. Həmçinin arvad da ona «Ağabala» deməyə utanardı. Onun üçün bir-birini «Ə!» deyib çağırardılar. Birdən gördün quzu mələşən kibi səs gəldi, onda bilirdin ki, usta ilə arvadı söhbətə məşğuldurlar).
DivanəCavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Dürnisə və Kərbəlayı EyvazKərbəlayı-Eyvaz otağa girəndə arvadı Dürnisəni bikef gördü. Kişi arvadına heç e’tina etmiyib, ocağın qırağında oturdu. Bir az qızışdı, burnunu çəkdi, sonra arvada tərəf baxıb dedi:– Elə oturub, elə bil bu acından ölən bunun sahibi deyil. Niyə durub, pişmiş vermirsən yeyim?
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
IVUsta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…
Həkim– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
IXUsta Ağabalanın hamamda başına gələn qəza və qədər sabah Veylabadın cəmi guşəsində danışıldı, bazarlarda cürə-bəcür şayiələr dövran etdi. Dedilər, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən qabaq, haman hamamın yanında, cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər güya Əli-Əsgər-ağa müridləri inandırıb ki, cənnət qəbzi cinlərə lazım deyil: onlar hər yerə gedə bilərlər; amma elə əvvəl hamam cin yığnaqıdır. Bir dəfə də mən oradan keçəndə gördüm hamamın üstə göydən bir cüt ayaq sallanıb. Dedilər güya Əli-Əsgər ağa «ayətülkürsi» oxuyub, neçə dəfə pufluyubsə də ayaqlar çəkilməyib, sonra başmaqlarını qoyub qaçıb. Gün günü tə’qib elədi, söhbət daha da təzələndi. Hətta bu barədə məscidin hücrələrində sakin olan tullab arasında da mübahisə və münaqişələr oldu. Tələbələr iki firqəyə bölündülər; bir tərəf deyirdi ki, cin-şeyatinə cənnət qapıları açıqdır, gedə bilərlər; o biri firqə deyirdi: xeyir hər yerə getsələr də cənnətə heç və’də onları qoymazlar. Bir müctəhidin rəyinə görə onlara zəmhərir verəcəklər.Seyidlər öz hüquq və ixtiyaratlarını tələb etmək sayəsində isyan qoparıb ikinci firqəyə nəfrətlər izhar etdilər: «Biz cin-şeyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq edib; oraya cinlər gedə bilməzlər»!
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Mirzə ƏbdülvahabMirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.
Xanın qəzəbi(Keçmiş məişətimizdən)Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatacağın üstə oturdu. Amma səs onun səsi idi, bunda şübhə etmək olmazdı.
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Qız məktəbindəMolla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!
Bir qəpikSərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.