Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
ما راست جهات سته یک کامما راست بحار سبعه یک جو
Yavaş-yavaşDolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.
İkinci məclisVaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.*Mirzədadaş**. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.
Gülə-güləXudam səni nə xoş gündə yaradıb,Salıbdı cahana, ay gülə-gülə.
SirkəBu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.
OlsunTelli sazım, səni məndən eyləyən,Ömür boyu bu aləmdə xar olsun.
NökərəmQadir Allah qismət etdi cəfanı,Gecə-gündüz qəm kotanı çəkərəm,
Qəzəl: Mənim şux sitəmkarımMənim şux sitəmkarımTəğafüldən usanmazmı
BahalıqYaran tutub afaqı, hamı qəm bahalıqdan,Əfqanə gəlib mərdümi-aləm bahalıqdan.
QürbətKim, görəsən, qürbəti icad edib?Hər kəs edib, mən kimi bimar ola!
Müsəlmanlarda teatroİslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.
ƏzizŞükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
VədəsindəQədir mövlam, aman vermə dumana,Buyurur dağları köç vədəsində.
Nə bilərNadan məclisində, naşı yanında,Ləl xırdala, gövhəri seç, nə bilər?
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
SəninHaramı halala qatmaq nə imiş,İblisin yoluna sapmaq nə imiş,
GözəlÖmrü bada verdin, günü talana,İndi sən ömrümün ayağı,gözəl.
Aşıq Nəsiblə Aşıq Ələsgərin deyişməsi (1)Kor Nəsib:Bir aşıq gəlibdir Güllübulağa,
Səba, əhvalımı bir-birSəba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Şol mübarək zatına işim sənadır, ya nəbiŞol mübarək zatına işim sənadır, ya nəbi,Asilik bimarına adın şəfadır, ya nəbi.
TutmuşKənar-ləbində daneyi-xaləm,Cayi-zövqü səfa tutmuş.
QabağındaKamil ustadların gülün dərməsən,Həqiqəti sinəm üstə sərməsən,
Şövqim gətürdi cilvəyə ol sərvqamətiŞövqim gətürdi cilvəyə ol sərvqaməti,Münkir imiş, ey həkim, gör imdi qiyaməti.
Nizami öz gözü iləHər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Əbülüla GəncəviŞüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur.Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir.
OğlumDüşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.
ÜstünəEy nazlı yar, gül yanağın,Xub yaraşır xal üstünə.
Qəzəl: Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziyaAləmə mehri-ruxun, ey üzü gün, verdi ziya,Sidqilə gördü əyan didəyi-can sübhi-səfa