Works
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Sallana-sallana dövlətxanadan,Bir çıxa boyinə qurban olduğum.
ZülflərinO qızıl şananı alıb dəstinə,Nazik əllərinlə dara zülflərin.
PirşağıYayın avqust ayındaGündüzləri təndir tək,
9Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.
IÜrəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*
BilmədimYeridim, yeridim, yetə bilmədim,Dərdü-qəm əlindən yata bilmədim.
BilərOyandı sünbüllər, səcər gətdi bar,Orda min bəşər var, yeddi sin bilər.
Adı var, özü yox(Komediya)*Əhli-məclis
BabıMənim heç bir kəs ilə borcum yoxdur və heç bir adama demerəm ki, yerin əyridir, düz otur və heç bir əhed ilə işim olmaz ki, sen niyə filan məzhebdesen, filan dindəsən. İndi dünya azadiyi-vicdan dünyasıdı. Hesən, Əli, Cefər kefi istəyir şiə olmur babi olur, təbii olur, dəhri olur, farmasyon olur, heç bir yerə başın bağlamır ve hər nə ki öz xoşudur, onun dalınca gedir.Elə bizim əhkamımız da belədir. Peyğəmbərimiz də bu cür rəftar eləyib. Əsri-səadətdo bir nəferin dini-islamdan dönüb dübarə kaflr olduğu məsciddə sohbət edərkən, onun qardaşı qalxdı ayağa ki, ya rəsulallah, izin ver, gedim qardaşımı öldürüm. Həzrət buyurdu ki, dayan, əl-ikrahi fıddin, qəd təbəyyən orrüşd min-el-ğəyi, yəni dində kərahiyyət yoxdur, heç kəsə demək olmaz kİ, sən gəl, cəbrən müsəlman ol. JR.əhmətlik Siqətül-İslam vaxtı deyil ki, zor ilə urus qazağmı tutub xətənə elətdirəsən. Zəmani ki, haqq batil aydınlaşdı, h ə rk ə s öz ixtiyarmdadır, hansını qəbul edər, ozü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağmdan asacaqlar. Yəni heç kosə dəxli yoxdur, mən bəhayi oldum, ya bəhayim oldum, kef öz kefımdir, cənnətə gedərəm, gedərəm, cohennomə gedərəm, özüm billəm...
TutuquşuBiri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.
Əzizin CənazəsiMüsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.
AnaHaqq işinə qarşı getmə,Məni oda atma, ana.
Qasida 3نار است شعله شعله، رخ دلبرم ز تابمار است عقده عقده، دو زلفش بر آفتاب
Qadasın aldığımYar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,
Dördüncü pərdəDördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Vəfati-şairBu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı.Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu.
GəldiGöz dikmişdim ağ buluda,Yağa-yağa qara gəldi.
Sevdiyimİllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.
VarmıAla gözlü, uca boylu şahzada,Şah sənsənmi, səndən qeyri şah varmı!?
BaşlanğıcNizaminin nəzmini oxursan,Sözündə sən onu hazır bularsan.
KeçdiGördüm mələklər xasını,Bir sona sallandı, keçdi.
Axır ki, ağlat millətiHər gecə şamdan sora, ey MolləliQoy çırağı qarşüva, aç mətqəli,
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.
Zərafətim varQurban olum sənə, vəfalı dilbər,Əfv elə, təqsirim, xəcalətim var,
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.
Dedin, nə dediMən səni göndərdim salam duayla,Ərzi-halım yara dedin, nə dedi?
Karvan yola çıxırAxşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Dürüst dər məniEy şahi zülfüqar, Düldüləsüvar,Səndədir dərdimin dürüst-dərməni.
Ağ Aşığam xətim-kəlamdır bu günAğ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.