Səadətnamə, 86

سخن حق، مشبهی لئیمحرف و آواز گفت هر دو قدیم

Mahmoud ShabestariMasnavi1 min
Məni kim, öynə-öynə öldürürsən

Məni kim, öynə-öynə öldürürsən,Aşiq öldürməgin cani bilürsən.

KishvariGhazal1 min
Zemstvo haqqında

Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.

Uzeyir Hajibeyov2 min
Qabaqda

Cəm oldu bu cəmdə nuri-ərənlər,Agah idi xətti-xalı qabaqda.

Ashiq Ali1 min
Dəli

Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı.Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:

Yusif Vazir Chamanzaminli5 min
Miscellaneous poem 2

چند در طلب پیر مغان می کوشمتا در کف او جام پیاپی نوشم

Shams Maghrebi1 min
Eylər

"Can" deməklə candan can əskik olmaz,Məhəbbət artırar, mehriban eylər.

Ashiq Alasgar1 min
Qara Qənbər

Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.

Jafar Jabbarly5 min
Eyləmisən

Molla əmi, gecənin bu vaxtındaNə əcəb bizləri yad eyləmisən.

Shair Mammadhuseyn1 min
Qopsun millətdən

Bu bizim Naxçıvan, bu bizim Muğan,Bu bizim Qarabağ, bu bizim Şirvan,

Sabir Rustamkhanli1 min
Mirzə Hüseyn xana məktub

Mirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!

Mirza Fatali Akhundov3 min
Sofiyə-zahidə

Sofi! Gəl öyrən həyatın tərzini heyvandən,Dersən insanəm, fəqət bibəhrəsən ürfandən.

Mahammad Hadi1 min
Poem 13

مرغی نهاد روی به باغی ز خرمنیناگاه دید دانهٔ لعلی به روزنی

Parvin E'tesami2 min
Şam

Pəncərəmin qabağında gecə dayanmış.Ürəyimdə min bir arzu, həvəs oyanmış.

Rasul Rza2 min
Gecəydi

Gecəydi... hər yeri sarımışdı bir sükuti-həzin,Donuq ziyalı fanarlar baxardı həp qəmgin.

Huseyn Javid3 min
Beş il sonra

“Ay qardaşlar, verin, verin!Əvəzini Allah versin!”

Ahmad Javad1 min
Masnavi 2

پادشهی رفت به عزمِ شکاربا حرم و خیل به دریا کنار

Iraj MirzaMasnavi10 min
Gəlmişəm

Yenə coşdu ürəyimin telləri,Əziz dostlar, mən tüğyana gəlmişəm.

Islam Safarli1 min
Ghazal 16

ای جگرگوشه، کیست دمسازت؟با جگر حرف می‌زند سازت

Mohammad-Hossein ShahriarGhazal1 min
Habil segahı

Kəmanə kamana toxunan zamanTufanmı hayqırdı, selmi çağladı?

Bakhtiyar Vahabzadeh19642 min
Son baxışlar

Deyirlər bir insan ölcəkKainatın üzü dönür.

Gasym Gasymzade1 min
Yeni təbabət

Həmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.

Abdurrahim bey Hagverdiyev4 min
Bir pəri heyraniyəm, bilmən məkani xandadır

Bir pəri heyraniyəm, bilmən məkani xandadır?Kimsə bilməz dünyada namü nişani xandadır?

Shah Ismail KhataiGhazal1 min
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

Ilyas Afandiyev6 min
Ona

Könül oğurlayan bir adı vardır,Mələk deyil, amma qanadı vardır.

Mikayil Mushfig1 min
“Səni mən sevməyirəm, sevməyirəm...”

Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.

Abbas Sahhat19121 min
Möminlərə gərəkli

………………………………………………………………

Ashiq Qurbani1 min
Cavanlar... cavanlar...

Ay mənə süd verən ağbirçək ana,Ay mənə dərs deyən əziz müəllim.

Tofiq Bayram19804 min
Sənsizlik

Mən elə qocalmışam,Elə yetim qalmışam,

Mirvarid Dilbazi1 min
Qeyrət, a vətəndaşlar

Mən düşməni söymürəm, -Düşmənlə söyüşəcəksən?

Qabil3 min