Çox eşitməli xəbərlər

Aşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.

Джалил Мамедкулизаде2 мин
Dirsək bilər

Mənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.

Джалил Мамедкулизаде2 мин
Dost

Mən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.

Джалил Мамедкулизаде2 мин
Lotuluq

Dünən küçədə bir lotu gördüm: səkidə oturub xalqı güldürüb deyirdi:– Hə, qurban bayramı da yavıqlaşdı. Siz öləsiniz, bir yaxşı toğlu almışam, bir neçə butulka Kaxet çaxırı hazırlamışam, qurban bayramının günü üç-dörd nəfər dostlarımdan qonaq çağırmışam. Bayram günü kababı düzəcəyəm şişlərə, çaxırı qoyacağam buza və qabaqca İbrahim Xəlil peyğəmbərin atası Azərə rəhmət oxuyacağam, sonra İbrahim Xəlilin özünə rəhmət oxuyacağam və kababı yeyib, üstündən şərabı içib, çıxacağam küçəyə və dişlərimi qurtdalaya-qurtdalaya rast gəldiyim müsəlman qardaşlara bildirəcəyəm ki, baxın, bu gün mən qurban bayramı saxlamışam.

Джалил Мамедкулизаде1 мин
“Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi?

Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil.Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu.

Джалил Мамедкулизаде2 мин
Xəbərdarlıq

Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.

Джалил Мамедкулизаде2 мин
Din əleyhinə təbliğat

Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.

Джалил Мамедкулизаде1 мин
Pasport “get-gəli”

İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.

Джалил Мамедкулизаде1 мин
Ölüm axtaran

Qoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.

Джалил Мамедкулизаде2 мин
Zəlzələ

Mirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.

Джалил Мамедкулизаде2 мин
Başbilet tapmacası

Bax! Belə başlayaq:İranlılara verilən başbiletlər beş qismdir:

Джалил Мамедкулизаде1 мин
Fəxr etməli

Bakıdan Tiflisə tərəf gedirdim. Axşam saat yeddidə vaqona minib yola düşdük. Hacıqabula yavuqlaşdıqda konduktorlar təşvişə düşməyə başladılar. Birisi vaqonun o başında durdu, birisi bu başında durdu. Birisi pəncərələri örtməyə başladı. Bir az keçəndən sonra kontrolyor gəldi. Bütün dəmir yol qulluqçuları bir yerə toplanıb, öz aralarında nə isə danışırdılar.Pəncərələrin örtülməyinə biz müsafirlər etiraz etmək istədik. Çünki hava isti idi. Nəfəs çəkmək mümkün deyildi. Bizim bu şikayətimizin müqabilində dəmir yol baş məmuru bizə bildirdi ki, indi dəmir yol çox xətərnak və qorxulu bir torpağa varid olacaqdır. Yolun bu qorxulu hissəsi Biləcərdən başlayıb gedir çıxır Qarayazı stansiyasınadək.

Джалил Мамедкулизаде2 мин
Əvvəl şəhərdə, sonra kənddə

Həmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır.Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır.

Джалил Мамедкулизаде1 мин
Bilet satılmasın

Dəmir yol dünyasında bu bir qaydadır ki, vaqonlar minik ilə dolu olanda, qabaqdakı kiçik stansiyalara xəbər verilir ki, bilet satılmasın; çünki vaqonlarda yer yoxdur.Dəxi burada bir giley-güzarlıq ola bilməz; məsələn, vaqonlar Tiflisdən yola düşüb miniklə ləbaləb dolu olanda, dəxi Gəncə və Yevlaxda, ya başqa bir stansiyada nə tövr bilet satmaq olar? Adam adamın üstünə ki, minə bilməz!

Джалил Мамедкулизаде2 мин
Yandım-yaxıldım

Dedilər: Kəndlərdə mal azarı var.Bunu gördüm.

Джалил Мамедкулизаде1 мин
Nə dəxli var?

Aptek müdiriBiri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir.

Джалил Мамедкулизаде1 мин
Xala xətrin qalmasın!

İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin.Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi.

Джалил Мамедкулизаде2 мин
Din söhbətləri

Mən – müsəlmanam.Va müsəlman olduğum üçün həmişə öz islam dinimizi özgə dinlərdən ali və bərhəq hesab edirəm.

Джалил Мамедкулизаде2 мин
İngilis mədəniyyəti

Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:

Джалил Мамедкулизаде2 мин
Gözəl millət

Həmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.

Джалил Мамедкулизаде1 мин
Lüğət

Axır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.

Джалил Мамедкулизаде1 мин
Təfavütü yoxdur

Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.

Джалил Мамедкулизаде2 мин
O elə – bu belə !

Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.

Джалил Мамедкулизаде2 мин
Çox nigaranam

Bir neçə şeydən yana çox nigaranam:Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı.

Джалил Мамедкулизаде2 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.