Джалил Мамедкулизаде: Эпоха просвещения
Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
QırmızıBizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.
“Tərcüman”Bilmərəm yazım ya yox!..“Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur.
Mozalan bəyin səyahətnaməsiOxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.
Milli bayram“Tərcüman”ın 25 ili*(1883-1908)*
Təzə kitab“Avropada üç aylıq səyahətim”Yazan Ədilxan Ziyadxan
İzaleyi-nəcasətİranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq.İrana dair Molla Nəsrəddin sayağında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub:
Abunə dəftərimiz açıldıBu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,
Ədəbiyyat maraqlılarına müjdəGəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.
Ayineyi-millətYazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.
Leyli xanım ŞahtaxtlıSahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər.Bu adətə biz də əməl eləyirik.
ZəngO vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik.Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər.
Molla NəsrəddinNankorluq yaxşı sifət deyil. Millətimizin bir neçə zəhmət və xidmətini danmaq təcrübəli yazıçımıza yaraşmasa gərək. Hərçənd hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsurunu yazır, amma ermənilərin, firənglərin, ingilislərin əskikliklərini heç yazmır, – deyirlər. Amma bunları zarafat hesab edirik, çünki biz millətimizi illər uzunu mədh edib durmuşuq.Bu dörd ildə müsəlmanlar çox şey qazandılar: müsəlman-erməni davası oldu, çox şəhərlər, kəndlər qazandıq. Hətta bu sayədə aclara yığılan puldan çox adamlar sərvət qazandılar.
QənimətAmma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
MətbuatMisirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən:İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir.
Zəncir“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
QoqolBu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
OxucularımızaKeçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?
Heç bilirikmi?Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...
Milli bayramQorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.
Jurnalımıza abunə yazılmaq şərtləriMəlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?
Cümhuriyyət(Respublika)Vətəndaşlar!
VətəndaşlarŞükür Allaha, qurtardıq!Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.