Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 1 из 17
Mümkünatı yaratmaq feyzi ilə şərəfləndirən, onları öz varlığının vacibliyinə sübut göstərən kimsəyə həmd edirəm ki, o, insanı dinin ehkam və qaydalarını anlaması ilə mümkünat içərisindən seçib ayırmış və insanlar içərisindən peyğəmbərləri öz bəxşiş xəzinələrinin açarları olan dəlillərlə insanlara elçi göndərmiş, sonra peyğəmbərlərdən bizim Peyğəmbəri seçərək, onun gəlməsi ilə aləmlərə göndərdiyi vəhyə son qoymuş, bizi isə həmin Peyğəmbərə itaət etmək şərəfilə başqa ümmətlərdən seçmiş və bizimlə mələkləri onun şahidləri etmişdir.
Uşaqlıqların (analar bətninin) səhifələrində bədən üzvlərinin şəklini və hissələrinin surətini çəkən kimsəyə şükür edirəm ki, o, həmin bədən üzvlərini nəfslər, ağıllar, duyğular və qüvvələrin mərkəzinə çevirmiş, Adəmə adları öyrətdiyi kimi, həmin üzvlərin iliyinə qədər ruh aşılamışdır; həmçinin Adəmə göylərdəki mələkləri tabe etdiyi kimi, üzvləri də ruha tabe etmişdir.
Sonra bizim ağamız Məhəmmədə səlavat yetirirəm ki, onun göndərilməsi səbəbinə varlıq nemətləri bizim üçün tamamlanmış, ona, onun kamal nurunun parıltıları və xəyal izlərinin aşkara çıxaranları olan övladı və yoldaşlarına səlavat göndərmək imkanı əldə etməklə səxavət hədiyyələri bizim üçün təkmilləşmişdir.
(Bu müqəddimədən) sonra (özünü) üsuli-elm məsələlərini bilən (kimi qələmə verən) Süleyman oğlu Füzuli ləqəbli Məhəmməd belə deyir:
– Mən varlıqlara idrak və hissiyyat gözü ilə baxaraq, təfəkkür və düşüncə addımları ilə onları seyr edib gördüm ki, hər hansı bir cinsə aid olan növ, hər hansı növə aid olan sinif, hər hansı sinfə aid olan fərd və hər hansı fərdə aid olan bir üzv istər iradə ilə, istərsə də iradəsiz olaraq, mütləq, bir işlə məşğuldur. Buna görə fəaliyyətsizlik və laqeydlikdən çəkinərək, ömrümü qəflətdə korlamaqdan saqındım və işlərdən birini seçdim ki, onunla qismətim və bacardığım qədər (bilik) kəsb edəm. Məni bu işə təşviq edən “Elmləri, hətta sehri də öyrənin” (hədisi) olmuş, həm də (Allah) “Biz ona (Məhəmmədə) şeir öyrətmədik” deyərək, məni öyrətmişdir. Beləliklə, mən sözləri nəmzə çəkmək yoluna düşdüm və bu yolda (Kainatın) nizamının hikmətini dərk etdim. Mənim nəzmim mənə göstərdi ki, əşyadakı ahəngdarlıq üçün bir nizamlayıcı, hissi və əqli rəqəmlər üçün də bir hesablayıcı olmalıdır. Buna görə onun tam mərhəmətindən yardım istəyərək onu tanımaq yolunu axtardım. Arzum budur ki, mən düz yola doğru istiqamət alım və o, mənə müvəffəqiyyət verməklə yardım etsin. Beləliklə, (müxtəlif) əqidə sahiblərinin təriqətləri ilə tanış oldum və onların faydalısını mənimsədim. Zaman tələb edirdi ki, bunların mövcudiyyəti qorunub saxlansın və əsrarı gizli qalmasın. Buna görə onları mühafizə etmək üçün dörd rüknü (sütunu) olan bir ev tikdim; belə ki, onun hər bir təməlində iman bağına açılan bablar (qapılar) vardır. Belə bir binanı “Mətlə ül-etiqad fi-mərifəti-l-məbdəi vəl-məad” – mənşə və qayıdış yerini tanımağa aid (etiqada giriş) adlandırdım. Belə ki:
Birinci rükn, elm biliyi (mərifəti) və bilik (mərifət) elmi haqqındadır.
İkinci rükn, aləmin vəziyyətlərinin biliyi haqqındadır.
Üçüncü rükn, vacibə (Tanrıya) aid bilik haqqındadır
Dördüncü rükn, peyğəmbərliyə və ona aid olanlara dair biliklər haqqındadır.
Birinci rükn
Elm biliyi və bilik elmi haqqında olub beş babdan ibarətdir
Birinci bab
Həmin iki məsələnin mahiyyəti haqqındadır
Filosofların bəzisinə görə, elm, aləmin zatında məfhum olana bərabər bir surətin əldə edilməsindən ibarətdir. Bəzilərinə görə isə elm əşyanın surətinin ağıl vasitəsilə qavranmasından ibarətdir. Bir sözlə desək, elm biliyinin həqiqəti bilik (mərifət) elmindən ibarətdir; çünki bunların hər ikisi cəhlin müqabilidir. (Bəziləri) demişlər ki, elm iki qismə bölünür:
Birincisi, cəhlin ardı olmayan elmdir (yəni,elə elmdir ki, ondan qabaq cəhl olmamış), bu da Tanrının elmidir.
İkincisi, cəhldən sonrakı elmdir ki, bu bizim elmimizdir (yəni, insanların öyrəndiyi elmdir). Bu sonuncu, təsəvvür və təsdiq (mərhələlərinə) bölünür. Belə bir elm bilik adlanır: çünki o, bir bildirəndən (öyrədəndən) asılıdır.
(Bəziləri isə) demişlər ki, elm iki cürdür:
Birisi, Hüzuri – yəni bildirmə vasitəsindən asılı olmayan elmdir. Məsələn, Tanrının bütün məfhumlar haqqındakı elmi və yaxud bizim öz varlığımız haqqındakı elmimiz belədir. Digəri hüsuli, yəni vasitədən asılı olan elmdir. Məsələn, bizim bəzi şeylərin mahiyyətləri haqqındakı elmimiz belədir. Belə bir elmə bilik də deyilir; çünki bu elmin bir bildirənə ehtiyacı vardır.
Sonra (bəziləri) demişlər ki, külliyyatı və yaxud mürəkkəb şeyləri dərk etmək elmdir, lakin təfərrüat və yaxud sadə şeyləri dərk etmək bilikdir (mərifətdir).
Demək olmaz ki, təfərrüatın dərk edilməsi biliyə (mərifətə) xasdır, belə bir bilik Tanrıya mənsub edilməzsə, belə nəticə çıxar ki, guya Tanrı təfərrüatı dərk etmir; bu isə filosofların fikridir. Halbuki, Tanrı külliyyat içərisindəki təfərrüatı külliyyatla birlikdə və eyni zamanda ayrı-ayrı təfərrüatın biliyindən asılı olmadan, hərtərəfli olaraq dərk edir.
Həmçinin (bəziləri) demişlər ki, təfərrüatın dərk edilməsi ilə külli bir məfhum da dərk edilir; çünki külli məfhum həmin məfhumun təfərrüatının biliyindən ibarətdir. Bu mənada olan (bilik) elm adı daşıyır və insana alim deyildiyi kimi, arif də deyilir.
Bəzi filosofların dediyinə görə, Hüzuri elm ola bilməz; çünki Tanrının elmi məfhumların mövcudiyyətindən asılıdır. Bizim öz mövcudiyyətimiz haqqındakı elmimiz isə ağıldan asılıdır və bütün elmlər hüsuli olduğuna görə Tanrıya da bilik (mərifət) isnad etmək doğrudur. Ancaq bu barədə ifratçılıq olub, şəriət rüsumu ilə bir yerə sığmaz; çünki kəlam elmində belə bir məsələ yoxdur.
Kəşf əhli olan bəzi tədqiqatçıların dediyinə görə, bilik (mərifət) elmdən yüksəkdir; çünki, onların fikrincə, ilahiyyat haqqında məsələlər və islahatlara aid hər nə varsa, elmdir, zat və sifətlərə aid olanlar isə bilikdir (mərifətdir). Məsələnin belə qoyuluşu həqiqətin əksinədir; çünki Tanrıya öz kəlamında (Quranda) bilik deyil, elm sifəti isnad edilir və beləliklə, elm bilikdən yüksəkdir.
Qədərilər (deterministlər) və salehilərin bəzisi demişlər ki, bilik imandan ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qismidir, (Tanrının) “... ancaq İman gətirib xeyir iş görənlər” (dediyindən anlaşıldığı kimi) bilik bütün xeyir işlərin müqəddiməsidir.
(Bəziləri) demişlər ki, Tanrının sevdiyi birinci şey bilikdir və o, (Tanrı) demişdir: “Mən gizli bir xəzinə idim və istədim ki, məni tanısınlar, bilsinlər; buna görə məxluqatı yaratdım”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,