Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 5 из 17 · 24%
Üçüncü bab
Dünya əhlinə aid bilik haqqındadır
Dünya əhli iki yerə bölünür:
Birincisi elə adamlardır ki, vəhy və ilhama nail olmuş və ya əql və vaxtlarını əşyanın həqiqətlərini bilməyə sərf etmiş, bu həqiqətlərdən əql və ya vicdana əsaslanan dəlillər vasitəsilə əzəli və əbədi bir yaradıcının varlığını isbat etmiş, onun ibadətinə məşğul olmuş və öz üsulları əsasında qayda-qanunlar vermişlər. Onlar müdrik tədqiqatçı müəllimlərdir.
Digərləri isə elə adamlardır ki, bütün səylərini və ömürlərini təqlid etməyə həsr edərək, etiqad və ibadətlərində yuxarıdakı camaatdan rəhbərlik almış və işlərində eşitdiklərinə (ehkama) əsaslanmışlar. Bunlar isə təqlidçilərdir.
Elələri də vardır ki, Tanrının əzəli mərhəmətinə nail olmuş, elələri vardır ki, təbiətən insan olmalarına baxmayaraq, mələklər onların qarşısında baş əymişlər və səadət onların sayəsində olmuşdur. Peyğəmbərlər və onlara tabe olanları buna misal göstərmək olar. Elələri də vardır ki, korlanmışlar və onların aqibətinin həqiqətini Tanrı daha yaxşı bilər.
Başqa bölgü üzrə (dünya əhli) iki yerə bölünür:
Birincilər demişlər ki, işlərdə bizim heç bir ixtiyarımız yoxdur və bu (məsələ) aydındır, çünki bizim vücudumuzun maddəsi başlanğıcından indiyə qədər müxtəlif şəkillər və vəziyyətlərdə bizdən və bizim iradəmizdən asılı olmayaraq dolanmışdır ((dövr etmişdir), indi də elədir; bizim – nə azadlığımız vardır, nə də müdaxiləmiz. Buna görə bunlar öz işlərində qəzavü-qədərə təslim olmuşlar. Onlar (əhli-təslim) təslimçilərdir (fatalistlərdir).
Digərləri isə demişlər ki, işlərdə bizim azadlıq və iradəmiz vardır; əgər belə olmasaydı, biz mükafata, yaxud cəzaya, yoxsulluğa, yaxud zənginliyə layiq olmazdıq. Bunlar isə səbəbçilərdir – (əhli-səbəb) – (deterministlərdir). İnsanların çoxusu bu əqidənin tərəfdarıdır və bu əqidə doğrudur.
Başqa bölgü üzrə (dünya əhli) dörd qismə bölünür: çünki, bunlara görə, ulu Tanrı cisimlərdən əvvəl ruhları yaratmış və onlara demişdir ki, “mən sizin Tanrınız deyiləmmi?”. O ruhların bəzisi “bəli!”, bəzisi “xeyr!” demişdir. Sonra Tanrı sözü yenidən təkrar etmişdir. Bu dəfə təsdiq edənlərin bəzisi inkar etmiş, inkar edənlərin bəzisi isə təsdiq etmişdir. Bundan sonra ruhlar dağılışaraq tədriclə isimlər aləminə yönəlmişlər. Onların içərisində həm ilk, həm də son dəfə “yox” deyənlər kafir olmuş və iman gətirməmişlər. İlk dəfə təsdiq edib, sonra inkar edənlər əvvəlcə mömin olmuş, sonra isə kafirə çevrilmişlər. Bunların əksinə olanlar isə əksinə olmuşdurlar. Belə bir gün “Yövmül-misaq” (Əhdi-peyman günü) adlanmışdır. Cəsədlər arasındakı birləşmə və ayrılma həmin günün saziş və ayrılması nəticəsidir. Bu isə (Peyğəmbərin) belə bir sözünə uyğundur ki, “Ruhlar səfərbər edilmiş ordulardır, həmin orduların təsdiq edənləri bir-biri ilə birləşmiş, inkar edənləri isə bir-birilə ziddiyyətə girmişdir”.
Başqa bölgü üzrə (dünya əhli) beş yerə bölünür. Bu bölgü belə bir nəzərdən irəli gəlir ki, dünya ümumi quruluşu etibarilə vahid, lakin zahir və batin etibarilə ikidir.
Aləmin zahiri duyulan aləm – (aləmi-məhsus), surət aləmi – (aləmi-surət), görünən aləm – (aləmi-şəhadət), fel (həqiqət) aləmi – (aləmi-fel), cismani aləm – (aləmi-cismani), tərkib aləmi – (aləmi- tərkib), aşkar aləm – (aləmi-cəhr), yaranmışlar aləmi- (aləmi-xəlq) adlanır.
Aləmin batini isə mücərrəd aləm – (aləmi-məqul), məzmun aləmi – (aləmi-məna), gizli aləm – (aləmi-qeyb), imkan aləmi – (aləmi-qüvvə), ruhani aləm – (aləmi-ruhani), təcziyə aləmi – (aləmi-təfrid), sirlər aləmi – (aləmi-sirr), hadisələr aləmi – (aləmi-əmr) adlanır. Mücərrəd (aləm) duyğulara əsaslanır; duyğular isə bir-biri ilə əlaqədardır.
İnsanların bəzisi, yəni səfsətəçilər, bunların (mücərrəd və duyulan aləmin) hər ikisinin həqiqət olduğunu əsla təsdiq etmirlər. Bəzisi isə, yəni təbiətçilər (materialistlər) ancaq duyulan (aləmi) təsdiq edir və mücərrədi təsdiq etmir. Bəzisi yəni dəhri (ateist) filosoflar hər iksini təsdiq edir, lakin ehkamın qaydalarını təsdiq etmir. Bəzisi, yəni sabeilər (ulduzpərəstlər) bunların hamısını təsdiq edir, lakin şəriət və dini təsdiq etmir. Bəzisi, yəni yəhudilər və xaçpərəstlər bunların hamısından əlavə şəriət və dini də təsdiq edir. Bəzisi, yəni müsəlmanlar bunların hamısını təsdiq edir.
Tənasüx əhli demişlər ki, aləm təbiətən dairəvi hərəkət edir. Ülvü (yuxarı) varlıqlar dövr etməklə süfli (aşağı) varlıqlara təsir etməkdədirlər. Süfli varlıqlar da sonsuz olaraq dövr edirlər. Əhatədə olan ruhlar müxtəlif cisimlərdə dövr edir. Bütün zamanlarda müəyyən bir dövr başa çatır və yeni bir dövr başlanır. Dövrlər isə sonsuz olaraq bir-birinin ardınca davam edir.
Bunların sözünün nəticəsi belədir ki, müxtəlif cisimlər bir-birini dəyişən nəfslərin inkişaf yolundakı səadət və şəqavət dərəcələrindən ibarətdir. Beləliklə, xoşbəxt (ruh) bir cisimdən köçür və ondan yüksək bir cisimdə yerləşir.
Buna Nəsx (ruhun yerdəyişməsi) deyilir. Həqiqət belədir ki, bu məzhəb batildir, çünki, onların dediyinə görə, dövrlər inkişafa çatmaq rütbəsinin dərəcələrindən ibarət olub, inkişafa çatmaq isə imkan daxilindədir. Halbuki, belə bir imkan içərisində qeyri-mümkünlük vardır. Bu qeyri-mümkünlük isə şübhəsiz ki, dövrlərin sonsuzluğundan irəli gəlir.
Bütpərəstlər demişlər ki, göy mücərrədləri (fələklər) ruhlardan, ulduzlar isə onların cisimlərindən ibarətdir və bunlar Tanrı yanında bizim şəfaətçilərimizdir. Buna görə onların hər birisi üçün müəyyən bir surət təsəvvür etmiş, bu surətləri ona mənsub etmiş və bu münasibətə görə mədəniyyatdan onların şəkillərinə uyğun heykəllər düzəltmiş və onlara ibadət etmişlər. Bunlar öz üsullarını İdris əleyhissəlamdan ibarət olan Hermesə isnad edirlər və bütləri tanrı, yaradıcını isə tanrılar tanrısı adlandırmışlar.
Oda sitayiş edənlər, yəni Məcusilər (Atəşpərəstlər) demişlər ki, od ilk mənşədir.
Bəzi tədqiqatçılara görə, ilk ünsür Cəbərut (qüdrət) aləmidir ki, bu da Lahut (Tanrıya mənsub) aləmində nəşət etmişdir. Həmçinin demişlər ki, bu aləmdə ruhlar bərabər imiş, sonra ondan (Cəbərut aləmindən) Mələkut aləminə, yəni müfrədat (ayrı-ayrı) sadə varlıqlar aləminə enmişlər. Sonra həmin aləmdən mülk aləminə, yəni mürəkkəb varlıqlar aləminə enmişlər. Bu aləmdə isə üç məqam vardır: cəmadat (cansız əşya), nəbatat (bitkilər) və heyvanlar məqamı. Bu məqamlar ardıcıl olaraq dövr edərək, Nasut aləminə (aləmi- nasuta), yəni insan aləminə çatır. İnsanın mənşədən aşağıya enməsi belədir. Əgər insan inkişaf etdikdən sonra qeyd etdiyimiz aləmlərdən bircə-bircə əlaqəsini kəsərsə, mənşəyinə çatar. Bu isə insanın yuxarıya yüksəlməsindən (suuddan) ibarətdir.
Kümun və zühur (gizlilik və zahir olmaq) nəzəriyyəsinə inananlar demişlər ki, yaranmış varlıqların hamısı birdən yaranmışdır və onlar bir-birinin içərisində, yəni ərəzlər mürəkkəblər içərisində, mürəkkəblər bəsitlər içərisində, bəsitlər mücərrədlər içərisində, mücərrədlər isə ilk ünsür içərisində gizli olmuşdur. İnsanın nütfədə, xurma ağacının isə çəyirdəkdə gizli olması buna misal ola bilər. Sonralar tədriclə aşkara çıxmış və öz xülasə (müxtəsər) şəkillərindən sonra təfsilatlı şəkillər əldə etmişlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,