Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 9 из 17 · 47%
Üçüncü bab
Vacibin varlığını isbat etmək haqqında
Bu (məsələ) şübhəsizdir, onun müxtəlif isbat yolları vardır. O cümlədən, birisi Hüdus (törənmə) yoludur. Hüdus yoxluqdan sonra əmələ gəlməkdən ibarətdir. Mütəkəllimlər əvvəlcə aləmin törənmiş olduğunu, sonra onun törədicisinin əzəli olduğunu isbat edir və deyirlər ki, aləm əyandan (xarici varlıqlardan) və ərəzlərdən, ərəzlər varlıqlardan, varlıqlar isə hərəkət, sükunət, birləşmə və ayrılmadan ibarətdir. Hərəkət (bir şeyin) iki anda iki yerdə olması, sükunət isə (onun) iki anda eyni bir yerdə olmasıdır. Birləşmə iki cismin iki məkanda elə yerləşməsidir ki, onların ikisinin arasına başqa bir cövhərin girməsi mümkün olmasın. Ayrılma isə onların (iki cismin) iki məkanda elə yerləşməsidir ki, onların arasına başqa bir cövhərin girməsi mümkündür. Bu vəziyyətlər, şübhəsiz ki, əvəz edilən və dəyişəndir. Onların törənmiş olması sübutu bundan ibarətdir ki, onlar varlıqdan sonra yox olur və yoxluqdan sonra (xarici varlıqlara) möhtacdır. Bunlar (əyan) hadisələr üçün yer (məkan) (vəzifəsi görür). Hadisələrin yerləşdiyi bütün yerlər (məkanlar) isə törəmədir və hər bir törəmənin (törənmişin) törədiciyə ehtiyacı vardır. Deməli, aləmin törədiciyə ehtiyacı vardır. İstənilən də bundan ibarət idi.
Birisi də imkan (vasitəsilə isbat etmək) yoludur.
İmkan varlıq və yoxluğun zəruri olmamasından ibarətdir. Mütəkəllimlər əvvəlcə aləmin imkanını (mümkün olmasını), sonra aləmin vacid (var edən) yaradıcısı olmasını isbat edərək deyirlər ki, varlıq iki növdür: vacib, mümkün. Mümkün isə var olmaq üçün vacibə möhtacdır. Aləm konkret fərdlərin və ərəzlərin məcmusundan (toplusundan) ibarətdir. Məcmu isə fərdlər olmadan əmələ gələ bilməz və fərdlər (məcmudan) başqadır. Sonra təsirə məruz qalan şeyin nə özü təsiredici ola bilər, nə də onun bir hissəsi, çünki hissə həmin şeyin özünə, və ya özündən başqa digər şeyə təsir göstərə bilməz. Deməli, məcmu üzərində təsir ancaq kənardan olmalıdır. Bütün törənmişlərdən kənarda olan şeyin özü də törənmiş ola bilməz. Deməli, o, vacib olmalıdır.
Birisi də kəşf əhlinin yoludur. Bunlar demişlər ki, onun (Tanrının) varlığı xarici varlıq deyildir, o, heç bir şərtdən də asılı deyildir. Nə ümumi şəkildə asılıdır, nə də məhdud şəkildə. O, nə küllidir, nə də cüzvi, nə ümumidir, nə xüsusi, nə təkdir, nə də çox, nə ziddi (əksi) vardır, nə də tayı, şeylər onun vasitəsilə mövcud olmuşdur. Onun mövcudiyyəti mahiyyətinə əlavə edilən varlıq vasitəsilə deyildir. Beləliklə, əgər düşünsən, başa düşərsən ki, o, əyan (xarici varlıqlar) və ərəzlərin, yəni mümkünatın sifətlərinə malik deyildir. O, yoxluğa məruz qalmaz və yoxdan əmələ gəlməmişdir. Hər şeyi özündə birləşdirir və əhatə edir; hətta yoxluq və qeyri-mümkün (şeylər də) ümumi imkan əsasında ona aiddir (tabedir). O, əzəli və əbədidir, yeganə varlıqdır. Onun çoxlu rütbələri və hər bir rütbədə isə onun münasibəti və adı vardır. Dəyişən vəziyyətlərdə onun əlaqələri vardır. Vacib belədir.
Ərəstu başqa yolla isbat edərək demişdir ki, biz hərəkət edənləri müxtəlif cəhətlər və vəziyyətlərdə görürük. Hər bir hərəkət edənin hərəkətvericisi olmalıdır. Əgər bu hərəkətvericinin özü də hərəkətdədirsə, onda, bu söz (məsələ) təsəlsülə uğradığına görə, heç bir nəticə verməz. (Məsələnin) belə olması üçün, hərəkətsiz olan bir hərəkətverici əsas götürülməlidir. Bu hərəkətvericidə heç bir qüvvə (daxili imkanı) olmamalıdır; çünki əgər onda qüvvə (daxili imkan) varsa, onda başqa bir şeyə ehtiyacı olar ki, onda olan qüvvəni (daxili imkan) həqiqətə (işə, əmələ) çevirsin; çünki o, mahiyyətcə imkandan həqiqətə doğru hərəkət etmir. Deməli, (onun) həqiqəti imkandan daha əvvəldir; çünki həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir. Lakin varlığı imkan daxilində olan hər bir şeyin təbiətində bir mənəvi qüvvə (potensial) vardır ki, o da imkan və cayizlikdən ibarətdir. İmkan dairəsində olan belə bir şeyin həqiqətə çevrilməsi üçün, bir vacibə ehtiyacı olduğu kimi, hər hansı bir hərəkət edənin də hərəkətvericiyə ehtiyacı vardır. Deməli, vacib, mahiyyətcə elə bir zatdır ki, onun varlığı başqasının varlığından alınmamışdır və ondan başqa hər hansı bir varlıq həqiqətdə ondan (imkandan asılı olmadan) əmələ gəlmişdir.
Şeyx Əbu Əli ibn Sina isə başqa yolla isbat edərək demişdir ki, hər hansı sonlu və ya sonsuz bir məcmu (toplu) imkan dairəsində onların birləşməsindən ibarət olsa, mahiyyət etibarilə ya vacib və ya mümkün olmalıdır. Əgər (həmin məcmu) mahiyyət etibarilə vacib, onların hər birisinin varlığı mümkün olarsa, onda varlığı vacib olanın mövcudiyyəti mümkün olanlardan asılı olar. Bu isə yanlışdır. Yoxsa, əgər o (məcmu) mahiyyətcə mümkündürsə, mövcud olmaq üçün bir vacibə ehtiyacı olur ki, onu vücudə gətirsin. Bu vücudə gətirən onun ya xaricində, ya da daxilində ola bilər. (Daxilində olduqda) onların (məcmunun tərkib hissələrinin) birisi vacibülvücud olmalıdır, bu isə yanlışdır; çünki (fərzə görə) onların hər birisi mümkünül-vücud idi. Buradan belə nəticə çıxır ki, vücuda gətirən onların xaricində olmalıdır. İstənilən də bundan ibarət idi.
Bu barədə başqa bir yol da vardır ki, o da bundan ibarətdir:
Əgər varlığın mövcudiyyəti özündəndirsə (öz-özünə mövcuddursa) onu vacib və əgər mövcudiyyəti başqasındadırsa, onu mümkün adlandırırıq. Deməli, mümkünün varlığı aydındır.
İndi vacibin isbatına aid danışım. Bunu bildikdə deyərsən: hər hansı bir varlıqda mahiyyətcə vaciblik məzmunu varsa, o, vacibdir, yoxsa, mümkündür. Əgər bu mümkün (öz varlığını əldə etmə) ehtiyacında bir vacibə gedib çatırsa, onda qarşıya qoyulmuş məsələ isbat edilmişdir. Yox, əgər o, sonsuz olaraq təsəlsülə uğrayırsa və desən ki, onun tərkib hissələrindən heç birisinin bir təsirediciyə ehtiyacı yoxdur, bu yalandır və əgər desən ki, ehtiyacı vardır, lakin həmin yaradıcının özünün də başqa bir yaradıcıya ehtiyacı vardır, belə ki, bir ehtiyacı olanın başqa bir ehtiyacı olana arasıkəsilmədən ehtiyacı olur. Beləliklə, bütün tərkib hissələri ilə yoxluqdan əmələ gəlmiş bir məcmunun mövcudiyyətinə etiraf etmiş olursan və belə nəticə çıxır ki, onun tərkib hissələri qətiyyən mövcud olmamalıdır. Bu isə yanlışdır (çünki o, mövcuddur) və əgər desən ki, məcmunun vəziyyəti onun tərkib hissələrinin əksinədir, yəni xarici müəssirə (yaradıcıya) ehtiyacı yoxdur, bununla sən məcmu üçün mahiyyətcə vaciblik məzmunu isbat edir və eyni zamanda imkanın həqiqətdən əvvəl olmasını təsdiq edirsən. Nəticə etibarilə hissələrin tamdan əvvəl olduğu meydana çıxır ki, bu da boş sözdür. Sonra əgər desən ki, biz nə tamlıqla maraqlanırıq, nə də hissələrə və təsəlsülə inanırıq, bu, dəlilikdir. Biz də belə bir dəliliklə maraqlanmırıq.
Vacibin isbatına aid olan istilahların yekunu belədir. Lakin hər kim bu məsələnin daha artıq izahı ilə maraqlanırsa, onun (Məhəmməd peyğəmbərin) “hər kim özünü tanısa, Tanrısını da tanıyar” sözünü əsas götürməlidir.
Bu sözü deyənin məqsədi belə ola bilər. Əgər arif adam bilsə ki, onun özünün mahiyyəti, sifətləri və əməlləri vardır və əməlləri onun mahiyyətindən sifətlər vasitəsilə nəşət edir və bilsə ki, onun mahiyyəti törənmişdir, başa düşər ki, hər bir törənmiş törədici vardır.
(Bu sözü deyənin qərəzi) belə ola bilər ki, arif adam özünün cismi, cövhəri və ərəzi olduğunu başa düşdükdə, ərəzin dəyişən, dəyişənin törənmiş, cismin hadisələr məhəlli, mahiyyətin isə cismin bir hissəsi olduğunu anladıqda, aləmin də taylarından ibarət olduğuna görə, törənmiş olduğunu bildikdə, bilər ki, hər bir törənmişin törədicisi vardır.
(Bu sözü deyənin məqsədi) belə də ola bilər ki, arif adam öz vücudunun mahiyyəti haqqında həm icmal şəklində, həm də təfsilatı ilə düşündükdə özünün nütfədən ölümə qədərki vəziyyəti haqqında fikir yürütdükdə, külli işlər, məsələn, varlıq, yoxluq, sağlamlıq, xəstəlik, yavşlılıq və uşaqlıq haqqında düşündükdə, bilər ki, onun sərbəst olan bir idarəedicisi və qədim bir hərəkətvericisi vardır.
(Bu sözü deyənin məqsədi) belə də ola bilər ki, arif adam öz bədəninin zahiri və daxili üzvlərinin tərkibinə, həmin üzvlərdə yerləşmiş olan duyğular və qüvvələrə, üzvlərdən nəşət edən əməllərə (fəaliyyətlərə), bədənindəki nizamın həmin duyğular və qüvvələrə əsaslandığına baxdıqda belə bir məsələ ilə tanış olar ki, bütün bu müxtəlif vəziyyətlər bədənin hissələrindən birisinin (təsiri nəticəsi) deyildir; çünki bədənin hissələrindən hər hansı birisi imkandan həqiqətə doğru hərəkətdədir. Bu isə xarici hərəkətvericiyə möhtacdır. Beləliklə, bədənin ruhuna etiraf edər. Sonra tamın hissə ilə müqayisəsi əsasında aləmin tərkibini bədənin tərkibi ilə müqayisə edər və bilər ki, nizamın səbəbi olan və fəaliyyətlərin nəşət etməsinin hərəkətvericilərindən ibarət göylərdə və yerlərdəki ruhani və cismani şeylərin idarəedicisi və xarici hərəkətvericisi vardır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,