Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 10 из 17 · 53%
(Bu sözü deyənin məqsədi) belə də ola bilər ki, arif adam öz zatının varlıqlar içərisində idrak, qüvvət və ixtiyar (azadlıq) etibarilə seçilməsini (üstünlüyünü) və bunların vasitəsilə kainatı mənimsəməsini (kainat üzərində) öz hökmranlığını başa düşdükdə, həmçinin öz idrakı, qüdrəti və ixtiyarının onun idrakı, qüdrəti və ixtiyarından artıq olmadığını anladıqda bilər ki, onun idrakı, qüdrəti və ixtiyarından üstün olan bir idrak, qüdrət və ixtiyar vardır.
(Bu sözü deyənin məqsədi) belə də ola bilər ki, arif adam öz zatının mahiyyətini öyrənməyin, həmin mahiyyətin imkanı nəzərə alınaraq, qeyri-mümkün olduğunu başa düşdükdə bilər ki, vacibin zatının mahiyyətini öyrənmək də, həmin mahiyyətin vacibliyi nəzərə alınaraq qeyri-mümkündür.
Sufilərə görə (bu sözü deyənin məqsədi) budur ki, varlıq vahiddir və hissələr tamdan, tam isə hissələrdən ibarətdir. (Buna görə) hər kim özünü tanıyarsa, Tanrısını də tanıyır.
Kəşf əhli deyirlər ki, ruh və cövhəri (mahiyyəti), mücərrədliyi və mücərrəd ruhlar aləminə aid olması etibarilə bədəndən fərqlənir və bədənlə əlaqəsi idarəetmə və fəaliyyət əlaqəsindən ibarətdir. Sonra ruhun zat ilə də əlaqəsi vardır. Ruh ilə bədənin əlaqəsi bədənin də ruh kimi həmişəlik olaraq yaşaması və öz mövcudiyyətini davam etdirməsi ilə nəticələnir. Lakin bədən, ruhun (zahiri) şəkli, onun təzahür etdiyi yer, onun aydın görünən aləmdəki inkişafları və qüvvələrinin təzahür etdiyi yer olması etibarilə ona (bədənə) ayrılmaz surətdə möhtacdır və bədəndə, nəzəriyyətçilər yanında məşhur olan iki (məfhum) – nüfuz (hülul) və birləşmə məfhumları əsasında cərəyan edir. Necə ki, Tanrının mütləq varlığı (sair) varlıqlarda cərəyan edir və bu nöqteyi-nəzərdən onlar bir-birindən heç də fərqlənmir.
Hər kim ruhun bədəndə necə zahir olmasını, ruh ilə bədənin eyniyyət və fərqlənmə cəhətlərini bilsə, Tanrının da şeylərdə necə zahir olmasını, Tanrı ilə şeylərin eyniyyət və fərqlənmə cəhətlərini bilər və beləliklə, hər kim “özünü tanısa Tanrısını da tanıyar”.
Dördüncü bab
Tanrının zatını aid bilik haqqındadır
Tanrının zatına aid bilik haqqında insanlar arasında fikir ayrılığı vardır.
Bəziləri demişlər ki, iki nöqteyi-nəzər əsasında Tanrının zatına aid biliyə əql vasitəsilə yol tapmaq olmaz.
Birincisi belədir ki, bilik ancaq hədd və şəkli təsəvvür etmə vasitəsilə dərk edilə bilər. Hədd və şəkli təsəvvür etmə isə hüdudlanmış və təsəvvür edilən şeyin (fikirdə) tərkibini tələb edir. Halbuki Tanrı hər cəhətdən bəsitdir.
Digəri belədir ki, əql yaradılmış bir şey olduğundan, yaradıcının zatı əqldən əvvəl, əql isə öz yaradıcısından sonradır. Beləliklə, əql özündən əvvəlkini deyil, ancaq özündən sonrakını dərk edə bilər.
Bəziləri demişlər ki, Məsih (İsa) Allahdır və fikirlərini isbat etmək üçün onun ölüləri diriltməsini əsas götürmüşlər. Bunların sırasına nəsranilərin bəzisi daxildir.
Bəziləri Tanrının bədənlərdə hülulunu (nüfuz edib, onunla qarışmasını) düzgün hesab edirlər. Bunlar hülulilər və qülüvv edən (həddini aşmış) adamlardır.
Bəziləri demişlər ki, Tanrı odur və belə sübut göstərmişlər ki, İbrahim (peyğəmbər) od içərisinə atdırıldıqda od ona hörmət etmiş və onu yandırmamışdır. Məcüsların (atəşpərəstlərin) bəzisi belə düşünür.
Bəziləri də demişlər ki, təbiət Allahdır. Bunlar isə dəhrilər (materialistlər)dir.
Lakin aydındır ki, birinci fikir həqiqətdir və bunun sübutu (Məhəmməd peyğəmbərin) sözüdür ki, “biz səni (Tanrını) lazımınca tanıya bilmədik”.
Beşinci bab
Sifətlərə (tanrının sifətlərinə) aiddir
Sifətlərə aid bilik haqqında insanlar arasında fikir ayrılığı vardır.
Bəziləri, yəni filosoflar və mötəzilləri demişlər ki, sifətlər zatın əlavəsi deyildir (Tanrının sifətləri onun zatının eynidir). Bunlar belə sübut göstərirlər ki, sifətlər əlavə olsaydı, ya nöqsanlı bir şeyi təkmilləşdirmək üçün olardı, ya da heç mənası olmazdı.
Bəziləri, yəni əşərilər deyirlər ki, sifətlər zatın əlavəsidir və belə sübut göstərirlər ki, sifətlər ilə zat bir-birindən fərqlənən məfhumlardır.
Bəziləri, yəni Əbu-Haşim əl-Əşəri və onun tərəfdarları demişlər ki, sifətlər nə mövcud olan, nə də mövcud olmayan hallardan ibarət olub, varlıqla yoxluq arasında vasitələrdir (orta vəziyyətdədir).
Bəziləri, yəni Əbu-Haşim əl-Əşəri və onun tərəfdarları demişlər ki, sifətlər, “on” sayının içərisində olan “bir” kimi, nə Tanrının zatı, nə də onun zatından başqa bir şeydir. Bunların sübutu belədir ki, başqalıq (fərqlənmə) zatiliyi tələb edir, (başqa olan şeyin özünün də zatı olmalıdır). Halbuki sifətlər zat deyildir və əgər sifətlər zata əlavədirsə, ondan başqa şeylər deyildir, çünki fərqlənmə iki zat arasında ola bilər.
Bəziləri, yəni sufilər deyirlər ki, sifətlər zatın icmalının təfsilatıdır və kainat onların təzahür yerləridir.
Bəziləri, yəni Cahiz və Bağdad mötəzililəri (sifətləri) heç də təsdiq etmirlər; çünki (onlara görə) əlaqədar şeylər olmadan onların mənası yoxdur.
Sifətlər ya sübutiyyə (müsbət), ya da səlbiyyə (mənfi) sifətlərdir. Müsbət sifətlər gözəl isimlər də adlanır.
Bu sifətlərdən biri budur ki, Tanrı qadirdir və bəzi filosofların zənnincə, Tanrının işləri vacib olaraq ondan nəşət edir.
Onlardan (sifətlərdən) birisi də budur ki, o (Tanrı), əzəli iradə sahibidir; belə ki, onun iradəsində nə yeniləşmə (təkrar), nə də gecikmə vardır.
Birisi də budur ki, o hissetmə mənasında deyil, dərketmə mənasında eşidən və görəndir.
Birisi də budur ki, o diridir; çünki ancaq diri fəaliyyət mənşəyi ola bilər.
Birisi də budur ki, o danışandır; çünki əmr edən və nəhy edəndir.
Birisi də budur ki, o təkdir; çünki iki olsaydı, biri-birinə maneçilik törədər və pozğunluq əmələ gətirərdilər.
Mötəzililər bu sifətlərdən başqa bir də Tanrının mövcud olması sifətini artırırlar; çünki onlara görə, yoxluq (məfhumu) vardır.
Filosoflar deyirlər ki, Tanrının sifətləri onun zatının eynidir, Tanrının elmi hərtərəflidir, onun qüdrəti bütün şeylərin mənşəyidir, onun iradəsi bütün şeylərə mərhəmətindən ibarətdir. (Bütün bu sifətlər) Tanrının zatında çoxluq təsəvvürü olmadan (nəzərə alınır). Bu nöqteyi-nəzərdən çıxış edərək, onlar dünyanın törənmiş olmaması haqqında mühakimə yürüdürlər; çünki onların dediyinə əsasən, (Tanrının) yaratmaq haqqındakı elmi müəyyən məsləhət, qüdrət və iradə əsasında (və bunlarla eyni zamanda) olduğuna görə, (yaradılmış şey) zamanca (Tanrıdan) sonra ola bilməz. Beləliklə, bu sifətlərin qədimliyi (Tanrının zatı kimi qədim olması) aləmin də qədimliyini tələb edir. Pakizədir o kimsə (Tanrı) ki, onun qüdrəti razılaşmaqdan (başqasının razılığından), həyatı ölümdən, elmi köhnəlməkdən, iradəsi təxirdən, qulağı və gözü duyğulardan, vahidliyi çoxluqdan və sözü yalandan iraqdır.
Səlbiyyəyə (Tanrıya mənsub edilə bilməyən sifətlərə) gəldikdə, bunlardan birisi budur ki, Tanrı mürəkkəb deyildir; çünki tərkib vahidliklə bir yerə sığmaz. Halbuki, Tanrı hamının qəbul etdiyi kimi vahiddir.
Bunlardan birisi də budur ki, Tanrı məkan və cəhət (səmt) daxilində deyildir; çünki məkan və cəhət (səmt) onun cisim olmasını tələb edir. Halbuki mücəssimənin (Tanrının cisim olduğunu qəbul edənlər) və müşəbbihənin (Tanrını yaranmışlara oxşadanların) iddiasının əksinə olaraq (Tanrı) cisim deyildir.
Bunlardan birisi də budur ki, Tanrı kədər duymaz; çünki ələm (kədər) ziddin (məqsədəuyğun olmayan şeyin və ya hadisənin) nəticəsidir. Halbuki Tanrıya zidd yoxdur.
Bunlardan birisi də budur ki, Tanrıda ləzzət (almaq) sifəti yoxdur; çünki ləzzət təsir qəbul etmək nəticəsi olub, (canlıların) mizacına aid olan bir şeydir. Halbuki Tanrı ondan iraqdır.
Filosoflar demişlər ki, Tanrı öz zatını dərk edəndir və öz zatını dərk etmək isə ən böyük ləzzətdir, lakin bu, ləzzətdən başqa bir şeydir – zövqdür. Fərq burasındadır ki, zövq daimidir, halbuki ləzzət ötəridir.
Bunlardan birisi də budur ki, Tanrı birləşmə qəbul etməz; çünki birləşmə iki şeyin bir şeyə çevrilməsindən ibarətdir. Halbuki Tanrı zatən vahiddir.
Bunlardan birisi də budur ki, Tanrı ərəz deyildir; çünki ərəzin cismə ehtiyacı vardır. Halbuki Tanrı möhtac deyildir.
Bunlardan birisi də budur ki, Tanrı özündən başqa digər şeyə oxşamır; çünki oxşamaq xüsusiyyətlərinin fərqləndiriciyə ehtiyacı vardır. Ehtiyacı olan şey isə vacib ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,