Содержание
  1. Birinci rükn
  2. Birinci bab
  3. İkinci bab
  4. Üçüncü bab
  5. Dördüncü bab
  6. İkinci rükn
  7. Birinci bab
  8. İkinci bab
  9. Üçüncü bab
  10. Dördüncü bab
  11. Beşinci bab
  12. Üçüncü rükn
  13. Birinci bab
  14. İkinci bab
  15. Üçüncü bab
  16. Dördüncü bab
  17. Beşinci bab
  18. Altıncı bab
  19. Yeddinci bab
  20. Səkkizinci bab
  21. Doqquzuncu bab
  22. Dördüncü rükn
  23. Birinci bab
  24. İkinci bab
  25. Üçüncü bab
  26. Dördüncü bab
  27. Beşinci bab
  28. Altıncı bab
  29. Yeddinci bab
  30. BİLİYƏ AİDDİR
  31. Səkkizinci bab

Страница 12 из 17 · 65%

Doqquzuncu bab

Tanrıya vacib olanlar haqqındadır

Əşərilər deyirlər ki, Tanrı zatən kamildir. Vaciblik elə bir məsələdir ki, onu yerinə yetirməyən məzəmmət edilməlidir. Əgər Tanrı bir işi yerinə yetirmək vəzifəsi daşısaydı və onu həyata keçirməməklə məzəmmətə layiq olsaydı, məzəmmət bir nöqsandan ibarət olduğuna görə lazım gələrdi ki, Tanrı nöqsanlı olub və ancaq o vəzifəni yerinə yetirməklə yetkinləşəydi.

Mötəzililər isə Tanrının vəzifədar olmasını bir neçə səbəbə görə təsdiq edirlər.

Birincisi, Tanrı (bəd əməl sakinlərini çəkindirmiş) və yaxşı əməl sahibini mükafatlandırmağa söz vermişdir. Deməli, öz vədəsini yerinə yetirməyə borcludur.

İkincisi, Tanrının qüdrətinə nisbətən işlər bərabərdir (Tanrı heç bir işdə çətinlik çəkmir). Buna görə Tanrı borcludur ki, (məxluqata) daha çox xeyirli olan işlər görsün və Tanrı (bu işdə) hamıdan çox səlahiyyətdardır.

Üçüncüsü, Tanrı adildir. Buna görə borcludur ki, zalimi cəzalandırsın.

Dördüncüsü, Tanrı bəşəriyyəti ruziyə möhtac yaratmışdır. Buna görə borcludur ki, onlara ruzi versin.

Dördüncü rükn

Peyğəmbərlik və onunla əlaqədar

(məsələlər) HAQQINDA BİLİYƏ AİDDİR
Bu rükndə səkkiz bab vardır.

Birinci bab

İnsanların peyğəmbərə olan ehtiyacı haqqındadır

Bu (məsələ) bir neçə dəlil ilə isbat edilir.

Birincisi, filosofların dəlilidir:

İnsan təbiətən mədənidir. Mədəniyyət və cəmiyyətə əsaslanır. Cəmiyyət də öz qarşılıqlı iş əlaqələrində qanuna möhtacdır ki, intizamın səbəbi olan mədəniyyətdə pozğunluq əmələ gəlməsin. Buna görə, labüd olaraq, elə bir vicdanlı qanunverici olmalıdır ki, Tanrı tərəfindən müqəddəs bir nəfsə və mələklərə aid əxlaqa nail olmuş olsun və beləliklə, əmrlər və nəhylər (qadağalar) barədə onun rəhbərliyi doğru olsun. Belə bir qanunverici peyğəmbərdən, qanun isə şəriətdən ibarətdir.

Çöllər və dağlarda yaşayan və yolunu azmış adamlardan ibarət olan cəmiyyətlərin pozulub dağılmaması o demək deyildir ki, yuxarıdakı dəlil saxtadır. Tanrı adildir, o, yaratdığı hər hansı bir xalqa həm mərhəmət, həm də sübut olaraq bir peyğəmbər göndərmişdir ki, gedəcəkləri yolu göstərsin və məşğul olacaqları ibadəti təyin etsin. Ancaq bu xalqların bəzisi zaman keçdikcə öz nəfslərinə tabe olmuş, əmr edilmiş yolu unutmuş, ibadətin çətinliklərini tərk etmiş və öz güzəranlarını yaxşılaşdırmaq üçün könülləri istədiyini saxlamış, allahlığı öz bütlərinə mənsub etdikləri kimi, bu vəziyyəti də özlərinə mənsub etmiş və (Tanrının) nemətini (şəriəti) inkar etmişlər.

Miletli Empedokl isə demişdir ki, mənşədən nəşət edən ilk (varlıq) birinci üzv (ünsür) olmuşdur ki, onda həm məhəbbət (cazibə), həm də qələbə (rədd etmə) var imiş. Ondan əqli-küll, əqldən nəfsi-küll, nəfsi-külldən isə mürəkkəb varlıqların nəşət etməsi xatirinə təbiət meydana gəlmişdir. Sonra nəfsi-küll özündən yuxarıdakına, yəni əqlə baxmış və onu sevmişdir, çünki bu nəfs (əql kimi) mücərrəd idi və ondan istifadə edərək gözəlliyi əxz etmişdir. Sonra özündən aşağıdakına, yəni təbiətə baxmışdır; çünki təbiət də (nəfs kimi) çoxcəhətli, mürəkkəb idi. Təbiət, mürəkkəb varlıqlara çox meyl etdiyinə görə, nəfs və əqldəki gözəlliklərin heç birisindən istifadə etməmişdir. Təbiətdən bir-birinə zidd olan varlıqlar əmələ gəlmişdir. Bunların sırasında sadə şeylər, o cümlədən əsaslar (ünsürlər) və mürəkkəb varlıqlar, o cümlədən mizaclar və qüvvələr olmuşdur. Təbiət, mürəkkəb varlıqlarla məşğul olmuş, əqlə və nəfsə mənsub aləmləri unutmuş və tərkib aləmində cismani-şəhvani ləzzətlərə məftun olmuşdur. Sonra, nəfsi-küll təbiətin məftunluğunu və coşmasını gördükdə öz hissələrindən birisini ona (təbiətə) nazil etmişdir ki, təbiətdəki coşqunluğun qarşısını alsın, onun unutduğunu yadına salsın, anlamadığını ona öyrətsin, onu bulaşdığı murdarlıqlardan paka çıxarsın və çirklərdən təmizləsin. Dəyişkən (havadan ibarət olan) bu hissə təbiəti əqli-küll və nəfsi-küllə doğru sövq edir. Belə ki, onu gah məhəbbət üzrə və lütf ilə dilə tutur, gah da özünü yüksək tutaraq, zorakılıqla və qılınc gücünə onu çağırır (hədələyir).

İkincisi (Peyğəmbərin isbatı üçün ikinci dəlil), (aləmi) öz vücudumuzun vəziyyəti ilə müqayisə edək. Bizim bədənimiz vardır. Bədənin isə üzvləri və hissələri vardır. Bu üzvlər və hissələr yaxşı və yaxud pis işlər görməyə qabildir. Bədəndə hər şeyə (bütün üzvlərə) müsəllət olan və fitrətən şəhvətləri sevən təbiət vardır. Bu təbiət o alətləri özünün tədbirinə uyğun olaraq işlədir. Əgər təbiət təsəllüt tapa bilərsə, bədəndə pozğunluq əmələ gələr; çünki onda bədənin əsasları (ünsürləri) bir-birinə üstün gələr (ünsürlərin tənasübü pozular) və iş görən alətlər tənasüb halından çıxar. Belə bir pozğunluğu ancaq əql düzəldə bilər. Əql təbiətin qüvvələrə hakim olmasının qarşısını alır və onu yaxşı işlərdə işlədir.

Bədənin əqlə olan ehtiyacını isbat etdikdən sonra təsəvvür edək ki, aləm bədənə, aləmin əhalisi bədəndəki qüvvələrə, iblis təbiətə, peyğəmbər isə əqlə oxşayır. Bununla yəqin edirik ki, aləmin intizamı ancaq peyğəmbər ilə mümkün ola bilər.

Üçüncüsü, insan nəfs ilə bədəndən ibarətdir. Bunlardan birisi nəcib və ruhani bir cövhərdir; digəri isə cismani qaba bir kütlədir. Bunların hər ikisi öz mənşəyinə doğru meyl göstərir və öz yoldaşı tərəfindən cəlb edilir. Əgər nəfs bədəni cəzb etməklə, onu heyvani şəhvətlərin ləzzətindən çəkindirərək paka çıxarıb yüngülləşdirərsə, qayıdan zaman (öləndə) onunla birlikdə (Ərşin) ən uca yerlərinə (cənnətə) yüksələr. Necə ki, Məhəmməd, İsa və İdrisin bədənləri belə olmuşdur. Yoxsa, əgər bədən nəfsə üstün gələrək onu öz xidmətçisinə çevirib, öz xeyrinə işlədərsə və öz yaramaz işlərinə şərik edərsə və beləliklə, onu tutqunlaşdıraraq ağırlaşdırarsa, onunla birlikdə ən alçaq yerlərə (yəni, cəhənnəmə) enər. Necə ki, Qarun, Haman və Fironun ruhu belə olmuşdur.

Lakin bədənin ruhu cəzb etməsi işi ruhun bədəni cəzb etməsi işindən bir neçə səbəbə görə daha asandır.

Birincisi budur ki, ruh yüngül, bədən isə ağırdır. Yüngül şeyin ağır şey tərəfindən dartılması ağır şeyin yüngül şey tərəfindən dartılması kimi ola bilməz.

İkincisi budur ki, ruh təbiətən yuxarıya qalxmağa, bədən isə aşağıya düşməyə meyl göstərir. Ağır şeyin yüngül şey ilə birlikdə aşağı düşməsi yüngül şeyin ağır şey ilə birlikdə yuxarı qalxmasından asandır.

Üçüncüsü budur ki, bədənin inkişafı təbiidir və xarici köməyə ehtiyacı yoxdur. Halbuki, ruhun inkişafı kəsibdir, xaricdə olan bir öyrədiciyə ehtiyacı vardır və əgər öyrədici olmazsa, nöqsan halında qalar və nəticə etibarilə nöqsanlı şey kamil şey tərəfindən məğlub olar.

Deməli, insanı inkişafa doğru yönəltmək lazımdır. Belə ki, insanlardan birisi Tanrının mərhəməti və onun verdiyi istedada nail olaraq vəhy və ilham almaq səciyyəsinə malik olsun və beləliklə, ruhların öyüd-nəsihət vasitəsilə təmizə çıxarsın və bədənləri (dini) tapşırıqlar vasitəsilə tərbiyələndirsin. Belə bir kamil şəxs peyğəmbərdən, onun məsləhət üçün verdiyi (qanun) isə şəriətdən ibarətdir.

Dördüncüsü, insanın, feyz qəbul edərək, biliklər kəsb etmək istedadı vardır. Bu (bilmək istedadı), onda fitri deyildir və gərək biliksizlikdən biliyə doğru özünü inkişaf etdirsin. Feyzin mənşəyi vardır. Həmin feyz istedada malik olan (adama) o mənşə tərəfindən onun istedadı qədər verilir. Əgər bu feyz vasitəsiz olaraq verilsəydi, hamıya bərabər şəkildə verilərdi. Bu isə qeyri-mümkündür. Yoxsa, əgər feyz mücərrəd əql vasitəsilə verilsəydi, fikirlərdə fərqlənmə olmazdı: çünki əqlin həddi-büluğa çatmış bütün (insanlara) bərabər olaraq aid olması doğrudur. Beləliklə, müəyyənləşir ki, feyz vasitəsi Tanrının bir mərhəməti olub, istedad nailiyyəti, dərketmə üstünlüyü və rütbə yüksəkliyi nöqteyi-nəzərindən yeganə (bir fərd) olan (şəxsdə) ruhani cövhərin saflığı, mizacın tənasübü, nəfsin pakizəliyi, mələklərlə sıxı xəlvətə çəkilməsi, dünyanın boş işləri ilə az məşğul olması (xüsusiyyətləri ilə) birləşir. Ona görə ki, bəzən ruhani aləmə yönələrək, bəşər qüvvəsinin imkan verdiyi qədər (bilik) kəsb etsin, bəzən də cismani aləmə qayıdıb bədən işlərini paklıq və ibadət vasitəsilə idarə etsin və mənşədən (yaradıcıdan) arası kəsilmədən rəhbərlik alıb, başqa nəfslərə fayda versin. Necə ki, bulud suyu dənizdən götürüb, çöllərə yağdırır ki, bitkilər becərilsin. Həm feyz alan, həm də feyz verən belə bir (şəxs) peyğəmbərdən, feyz isə şəriətdən ibarətdir.

Beşincisi, Tanrı insanı başqa varlıqlardan üstün tutmuş və onu dərketmə, qüdrət və ixtiyar (azadlıq, sərbəstlik) feyzlərinə nail etmişdir. Belə bir ehsanı təkmilləşdirmək nemətlərin daha yaxşı kamilləşməsini tələb edir; çünki keçmiş (əvvəlki) nemətlər insanları yaxşı yollara rəhbərlik etməklə, müvəffəqiyyətlər və nailiyyətlər vasitələrini onlara bildirməklə təkmilləşir. Bütün bunlar insanlar içərisindən gözəl, doğruçu, sağlam düşüncəli, yüksək dərəcədə sədaqətli, inanılmış və ləyaqətli bir şəxsin seçilib irəli çəkilməsini tələb edirdi ki, o, insanlara yaxşı-yamanı fərqləndirən ehkamla birlikdə göndərilsin. Belə bir inanılmış və seçilmiş (şəxs) peyğəmbərdən, onun ehkamı isə şəriətdən ibarətdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Fəsli-ibtilayi-Musa

Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və

1 мин
Fəsli-ibtilayi-Nuh əleyhissəlam

Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə

6 мин
Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün

11 мин
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər

Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə

59 мин

Стихи других поэтов