Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 4 из 17 · 18%
İkinci bab
Aləmin cüzlərini bilmək haqqındadır
Duyulan (bu) aləm bir-birilə bağlı olan və sonradan əmələ gəlmiş cisimlərdən mürəkkəbdir. Onların əmələ gəlməsi barədə müxtəlif fikirlər irəli sürülmüşdür:
Bəzi adamlar, o cümlədən şəriətçilərin hamısı demişlər ki, onların həm mahiyyətləri, həm də sifətləri sonradan əmələ gəlmişdir.
Bəziləri, yəni Ərəstu, Prokl, Femistus, Əbu Nəsr (Əl-Farabi), Əbu Əli ibn Sina demişlər:
Fələklərin, həm mahiyyətləri, həm də hərəkətdən başqa digər miqdar və şəkil kimi əyani sifətləri qədimdir. Ünsürlərin maddələri öz fərdiyyəti (şəxsi) etibarilə qədimdir; onların cismani şəkilləri öz növü etibarilə də qədimdir və növi şəkilləri öz növünə görə deyil, cinsi etibarilə qədimdir.
Bəziləri, yəni Ərəstudan əvvəlki filosoflar demişdir:
“Fələklər mahiyyətcə qədimdir (qədimi-zatı), lakin cismani və növi şəkilləri sonradan əmələ gəlmişdir”.
Buradakı “Qədim” vacib haqqında deyilən zati-qədim (qədimi-zati) deyil, zamani-qədimlik (qədimi-zamani) nəzərdə tutulur.
Belə demişlər ki, mümkün (törənmiş) varlıqlar ülvi (yuxarı) və süfli (aşağı) varlıqlardan ibarətdir.
Ülvilər (yuxarıdakılar) doqquz fələkdən ibarətdir:
Birincisi, Ay fələyidir – fələkül-Qəmər.
İkincisi, Merkuri fələyi – fələki-Ütarid.
Üçüncüsü, Venera fələyi – fələküz-Zöhrə.
Dördüncüsü, Günəş fələyi – fələküş-Şəms.
Beşincisi, Mars fələyi – fələkül-Mirrix.
Altıncısı, Yupiter fələyi – fələkül-Müştəri.
Yeddincisi, Saturn fələyi – fələküz-Zühəl.
Səkkizincisi, Bürclər fələyi – fələkül-Büruc.
Doqquzuncusu, Ətləs fələyi – fələkü-Ətləs.
Ətləs fələyi, başqa fələklərin əksinə olaraq, şərqdən qərbə gündəlik dairəvi hərəkətdədir. Bu fələklərin hər birisinin özünə xas olan sürətli və yaxud aram hərəkəti vardır. Onların hamısı şəffaf və gözə görünməz cisimlərdir. Ulduzlar isə parlaq cisimlərdir. Hər hansı bir kütlə və cismin hərəkətverici və idarəedicisi vardır ki, filosoflara görə, ülvi (səmavi) mücərrəd varlıqlardan və şəriətçilərə (dinçilərə) görə, göydəki mələklərdən ibarətdir.
Süflilərdən (aşağıdakılardan) birisi Yer kürəsidir ki, mərkəz nöqtələrini əhatə edir. Birisi sudur ki, Yer kürəsini əhatə edir. Birisi havadır ki, suyu əhatə edir. Birisi də oddur ki, havanı əhatə edir və Ay Fələyinin batıq (içəri) tərəfinə toxunur. Bunların hər birisinin lətif (incə) cismi, müəyyən mərkəzi, həcmi, idarə edəni və qüvvə ilə saxlayanı vardır. Bu saxlayanlar filosoflara görə, nəfslər və əqldən, şəriətçilərə görə, yer mələklərindən ibarətdir.
Göy kütlələri, ünsürlərə təsir göstərdiklərinə görə atalar, ünsürlər isə onlardan təsir qəbul etdiyinə görə, analar adlanır. Bunlardan əmələ gəlmiş mürəkkəb varlıqlar üç doğulmuş (məvalidi-səlasə)dən ibarətdir:
Mədəniyyat (camidlər) ki, doqquzdur və qabiliyyətlərinə görə sıralanmışdır, hər birisinin xüsusi səciyyəsi və özünə xas olan keyfiyyəti vardır və onların vasitəsilə (cəmiyyət) quruluşunun gedişi təkmilləşir və dünya işləri qaydaya salınır. Alverdə pul, əkinçilik və dərzilikdə alətlər və s. bunlara misal ola bilər. Mədəniyyat varlıqlar içərisində (hamıdan əvvəl) cəmiyyət quruluşuna xidmət etmək üçün birləşmə feyzi ilə şərəflənmişdir.
Bitkilər – cisim olmaq etibarilə mədəniyyata bərabərdir. Bundan əlavə, (mədəniyyatda olmayan xüsusiyyətlərə) böyümə, qidalanma, törətmə və təsviri xüsusiyyətlərinə malikdir. Bitkilər heyvanların yaşaması vəsaitidir.
Heyvanlar – bitkilər və mədəniyyatda olanlardan əlavə iradi hərəkətə malikdir. Heyvanların onlardan üstünlüyü insana daha yaxın olmaları ilə izah edilir. İnsan isə yaradıcıya hamıdan yaxındır.
Fələkiyyatda zahiri dövretmə (hərlənmə) vardır, bu isə aşkardır. Ünsürlərdə isə mənəvi (batini) dövretmə vardır. Belə ki, ünsürə mənsub olan sadə cövhərlər gah tərkib edilmək qabiliyyəti əldə edir və bir-birilə birləşərək tədriclə mədəniyyat, bitkilər və heyvanlar surətində dövr edir və bu mərhələlərin hər birisində yuxarı (ülvi) aləmdən xüsusi feyz alır. Bu (cür dövretmə) KÖVN (varlıq) adlanır. Gah da bu tərkib hissələri bir-birindən ayrılaraq hər bir hissə bir kürəyə doğru meyl edir və beləliklə, tərkib aləmindən təklənmə (təcziyə, sadələşmə) aləmsinə keçir. Bu (cür dövretmə) isə FƏSAD (pozulma, dağılıb parçalanma) adlanır.
Ərəstu aləmin (sonradan) əmələ gəlməsi (hüdusu) barədə demişdir:
“İlk ünsür əvvəlcə yox imiş, sonradan əmələ gəlmişdir. Onun yoxluqdan vücuda gəlməsi hərəkətdir. Mövcudiyyəti hərəkət vasitəsilə olan hər bir şeyin qalıb yaşaması hərəkət vasitəsilə olmalıdır. Əvvəlcə (o), üç səmtdə, yəni boy (uzunluq), en və dərinlik istiqamətində hərəkət edərək cisim olmuşdur. Sonra bütünlüklə deyil, (bir hissəsi) dairəvi şəkildə hərəkət etmişdir. Ona görə (bütünlüklə deyil) ki, dairəvilik ortanın mövcud olmasını tələb edir. Beləliklə, onun ortadakı hissəsi hərəkətsiz qalmış və digər hissəsi hərlənmişdir və nəticə etibarilə cismin hərlənən hissəsi ilə onun hərəkətsiz hissəsi bir-birinə sürtünməkdə olmuşdur. Sonra hərlənən hissənin sürətinin artması nəticəsində hərəkətsiz hissədə istilik, qızışma və yumşalma əmələ gələrək ərimiş və sonra oda çevrilmişdir. Lakin od fələyə nisbətən daha az sürətlə hərəkət etmiş və bu hərəkət nəticəsində hərəkətsiz sahənin bir hissəsində hərəkət əmələ gəlmiş və həmin hissə havaya çevrilmişdir. Hərəkətsiz sahənin hava ilə toxunan hissəsi olan cisim ilk hərəkət edən (fələk)dən uzaq olduğuna görə, hərəkət etməmiş və bu hərəkətsizlik nəticəsində soyumuşdur. Sonra hava ilə qonşu olduğuna görə rütubətlənərək suya çevrilmişdir. Ortadakı hissə isə, fələklərdən uzaq olduğuna görə, hərəkət və istilikdən heç də istifadə edə bilməmiş və hərəkətsiz, soyuq torpağa çevrilərək, mürəkkəb varlıqlar ondan əmələ gəlmişdir”.
Deyilmişdir ki, aləm əyan (aşkar varlıqlar) və ərəzlərdən ibarətdir. Əyan-aşkar varlıqlar sərbəst (asılı olmadan) mövcud olan varlıqlardan ibarətdir. Bu (obyektiv varlıqlar) mütəkəllimlərə (ehkama əsaslananlara) görə, iki növə – mürəkkəb və qeyri-mürəkkəb (sadə) növlərə bölünür.
Əşərilərə görə, iki və daha artıq hissədən ibarət, Mötəzililərə görə isə dörd və ya səkkiz hissədən ibarət olan mürəkkəblər cisim, qeyri-mürəkkəblər isə cövhər adlanır.
Filosoflara görə, cövhərlər beş növdür. Ona görə ki, ya bir məhəldə (yerdə) yerləşir, ya həmin yerləşənin məhəllidir, ya bunların hər ikisinin birləşməsindən ibarətdir, yaxud həmin birləşmədən idarəedilmə etibarilə asılıdır və ya asılı deyildir. Birinci surət (şəkil), ikincisi həyula (maddə), üçüncüsü cisim, dördüncüsü nəfs (ruh), beşincisi isə əqldən ibarətdir.
Asılı olmayan (sərbəst) əqllər (Üquli-müfariqə) odur ki, onlardan doqquzu fələk nəfslərini idarə edir. Birisi də “fəal əql” (Əqli-fəal)dır ki, bizim nəfslərimizi idarə edir.
Deyilmişdir ki, insan əqlinin müxtəlif mərtəbələri və hər mərtəbədə onun müəyyən vəzifəsi və adı vardır:
Birincinin adı maddi əqldir (əqli-həyulani) ki, təcəssüm edilmək (cisimləşmə) qüvvəsindən ibarətdir.
İkincisi, nəzəri əqldir (əqli-nəzəri) ki, ümumi məsələlərin mahiyyətini qəbul edən qüvvədir.
Üçüncüsü, əməli əqldir (əqli-əməli) ki, cüziyyata aid istənilən şeylərə həvəs oyadan qüvvədir.
Dördüncüsü, istedad əqldir (əqli-bil-mələkə) ki, maddi qüvvənin inkişafıdır.
Beşincisi, feldə (potensial) olan əqldir (əqli-bil-fel) ki, nəfsin (ruhun) istənilən vaxt (lazımi) şəkildə hazırlanan təkmilidir.
Altıncısı, nəticə əqlidir (əqli-müstəfad) ki, nəfsdə təcəssüm edən mücərrəd mahiyyətdir.
Doqquz cinsdə (kateqoriyada) yerləşmiş ərəzlər isə bunlardır:
Kəmiyyət – (kəmm), keyfiyyət – (keyf), mənsubiyyət – (izafə), vəziyyət – (vəz), məkan – (əyn), zaman – (məta), mülkiyyət – (milk), təəssür – (infial), təsir – (fel).
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,