Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 7 из 17 · 35%
Beşinci bab
Cinin varlığı haqqında
Bu (məsələ), istər ehkamca, istərsə də əqlcə şübhəsizdir. Ehkama gəldikdə, Quranda onun varlığı və oddan yarandığı qeyd edilir. Əqlə gəldikdə, filosoflar beş cövhərin, yəni maddə, surət, cisim, ruh və əqlin mövcudiyyətini isbat edərkən bunlardan fərqlənən başqa bir varlığın da (mövcudiyyətini) isbat etmişlər və onu üç qismə ayırmışlar: birincisi, mahiyyətcə xeyr olub, şəri olmayan varlıq ki, mələkdir. İkincisi, mahiyyətcə şər olub, xeyri olmayan varlıq ki, şeytandır. Üçüncüsü, həm xeyir, həm şər üçün qabil olan varlıq ki, cindir.
Ağıllı adamların bəzisi demişdir ki, nəfsdə üç qüvvə vardır: birincisi, təmiz (xalis) xeyirdən – (məhzül-xeyr) ibarət olub mütməinnə (arxayın) nəfs adlanır. Bu qüvvə mələklərə mənsub bir qüvvədir ki, bütün yüksək xasiyyətləri özündə birləşdirir və peyğəmbərlər ilə övliyalara xasdır. İkincisi xalis şərdən ibarət – (məhzül-şər) olub, əmmarə (pis işlərə cəlb edən) nəfs adlanır. Bu qüvvə şeytana mənsub bir qüvvədir ki, bütün yaramazlıqları özündə birləşdirir və kafirlərə xasdır. Üçüncüsü, həm xeyir, həm də şərə qabil olan qüvvədən ibarət olub, ləvvanə (danlayan) nəfs adlanır. Bu orta vəziyyətdə olan bir qüvvədir ki, gah cəlb edən nəfsə meyl göstərir, gah da özünü danlayaraq, arxayın nəfsə meyl göstərir və insanların (peyğəmbərlər və övliyalardan başqa) qalan hissəsinə xas olub, cini əvəz edir.
Sufilər demişlər ki, şeytan insan təbiətindən ibarətdir ki, şəhvətlərə meyl göstərir. Əgər nəfs ona tabe olarsa, bütün yollardan azar və əgər onu özünə tabe edərsə, bütün təhlükələrdən qurtarar. İnsan mahiyyətini (insan təbiətini) deməkdən məqsəd belə bir məsələni qeyd etməkdən ibarətdir ki, insan törənmiş (yaranmış) varlıqdır. Əgər insan canişinlik (yer üzərində Tanrının canişini olması) rəmzinə uyğun olaraq, yer üzərindəki varlıqların bəzisi onun ixtiyarına keçərsə, yaxud adların (Tanrının adlarının) öyrədilməsinə müvafiq olaraq, elmlərin bəzisini mənimsəyərsə, özündən aşağı səviyyədə olan yaranmışlara lovğalıq etməz və Firon, yaxud Haman kimi qürrələnməz; ancaq özünün törənmə səbəbinə (Tanrıya) baxar, onun nemətləri qarşısında şükür edər və onun qüdrətini xatırlayır.
Aləmin vəziyyətləri, ondakı varlıqların keyfiyyəti və onun hisslərinin kəmiyyəti haqqında bizim imkan daxilində əldə etdiyimiz bilik bunlardan ibarətdir. İnanırıq ki, bu məsələ bizim bildiyimiz və ya oxuduğumuzdan genişdir; çünki Tanrının sifətləri saysız-hesabsızdır və onların təzahür şəkilləri çoxdur. Beləliklə, əgər biz Tanrıya aid bir çox aləmləri (bilik sahələrini) dərk edə bilməsək, bu, bizim biliyimiz və etiqadımıza qətiyyən zərər verməz.
Bilmək lazımdır ki, bu etiqadların çoxu barədə müxtəlif fikirlər daşıyan fazil adamların hamısı yekdilliklə dünya ləzzətlərindən könüllü olaraq vaz keçmiş və öz bacarıq və imkanlarına baxmayaraq, riyazət (tərki-dünyalıq) yolunu mənsəb və vəzifələr yolundan üstün tutmuşlar. Bu isə peyğəmbərlərin, filosofların və pak şeyxlərin yaşayış tərzində öz aydın əksini tapmışdır. Bunlar dünyanın və dünyada olan əşyanın mahiyyətinə diqqət yetirdikdə bunu anlamışlar: dünya elə bir yerdir ki, onun əhalisi daimi deyildir; o, elə bir mənzildir ki, onda yaşayanlar davam etmirlər. Buna görə riyazətlər (əziyyətlər, çətinliklər) yolunu rahatlıqdan üstün tutmuşlar; çünki riyazətlərdən çıxmaq rahatlığa çatmaq deməkdir. Onlar az ilə kifayətlənmiş və artıq şeylərdən belə bir məqsədlə çəkinmişlər ki, həmin artıq şeyləri tərk etmək zamanı daha çox həsrət çəkməsinlər. Onlar başa düşmüşlər ki, dünyaya aid tələbat ancaq qazanmaqla əldə edilir, bu (tələbat) isə sonsuzdur, qazanmaq isə müəyyən istiqamət almağı tələb edir. Bu isə Tanrını tanımaq və ona ibadət etmək işinə doğru yönəltməyə mane olur. Əgər onlar bilsəydilər ki, ləzzətlər ancaq dünya nemətlərindədir və yoxsulluq müqabilində axirət nemətləri yoxdur, onlar dünya nemətlərini əldən verməzdilər. Halbuki bu nemətlər axirət nemətlərinə əlavə olaraq onlara xasdır.
Üçüncü rükn
Vacibə (tanrıya) aid bilik və bu biliyə
AİD (məsələlər) HAQQINDADIR
Bunda da bir neçə bab vardır:
Birinci bab
Tanrıya aid biliyi axtaran adamın qabaqcadan bilməyi olduğu əsaslardan ibarət məsələlər haqqındadır
Bu əsaslardan birisi:
Filosoflar demişlər ki, vahiddən ancaq vahid nəşət edə bilər. Onların sübutu belədir ki, həqiqi vahid hər cəhətdən vahiddir və ondan nəşət edən bir nəticə onunla eyni vəziyyətdə olmalıdır (vahid olmalıdır) və ondan qeyri vəziyyətdə başqa bir nəticənin nəşət etməsi mümkün deyildir; çünki əgər o iki nəticə iki (müxtəlif) vəziyyətlə nəşət etsə, lazım gələr ki, o vahid mürəkkəb olsun. Halbuki fərzə görə, o, bəsit vahiddir. Belə bir mühakimə ilə biz vacibin isbatı haqqında bir şey itirmirik. Ancaq həmin mühakimədən belə çıxır ki, o (vacib) şeyləri yarada bilməz. Belə bir mühakiməni rədd etmək daha yaxşıdır.
Mütəkəllimlər demişlər ki, (“vahiddən ancaq vahid nəşət edər” qanunu) yalnız yaranmış olan səbəblər və nəticələr haqqında təsəvvür edilə bilər. Halbuki, vacib tam sərbəstliklə fəaliyyət göstərən (varlıq)dır və öz yaratdığını istədiyi kimi yaradır. Bu mühakimə bir də başqa şəkildə rədd edilir: (məntiq) qanununun tələbinə görə, mücərrəd ancaq mücərrəddən silsilə kimi nəşət edə bilər və beləliklə, lazım gələr ki, mürəkkəb əmələ gəlməsin. Halbuki aləmin mövcudiyyəti bunun əksini göstərir. Deməli, aləmin mövcudiyyəti bu mühakimənin yanlışlığına sübutdur.
Əgər “ilk ağıla iki nöqteyi-nəzərlə: (1) – öz yaradıcısına nisbətən imkan nöqteyi-nəzəri, 2) – öz illətinə nisbətən vaciblik nöqteyi-nəzəri ilə yanaşmalı və bu iki nöqteyi-nəzərlə mürəkkəb (şeylər) yaranmışdır” desən, onda ilk ağıl və mürəkkəb şeylər ya ilk mənşə ilə eyni zamanda və yaxud onun varlığından sonra ilk mənşədən nəşət etmiş olur və beləliklə, əgər onların hər ikisinin (ilk ağıl ilə mürəkkəb şeylərin) Tanrı ilə eyni zamanda varlığını hesaba alarsan, qanunu pozmuş olursan və əgər onların hər ikisinin (Tanrı ilə eyni zamanda) varlığını rədd edərsən, onda yoxun (mövcud olmayan şeyin – əqlin) varlığa təsir göstərməsi (yoxdan varlığın əmələ gəlməsi) qeyri-mümkün olur.
Başqa bir əsas. Sünnilər demişlər ki, vahiddən ancaq vahid törənə bilər. Onların sübutu budur ki, imkan daxilində olan vahid (şey) iki qüdrətə tabe edilə bilməz; çünki əgər həmin (şeyin) varlığı onların hər ikisindən asılıdırsa, onların hər birisinin sərbəst bir səbəbi olması lazım gələr və əgər birisi kifayət edirsə, digəri boşa çıxır. Bəzi fazil adamlar bu əsası iki müxtəlif cəhətdən qəbul etmişlər.
Başqa bir əsas. Vacib ancaq vahid ola bilər. Bunun izahı belədir ki, vacibliyin mənası mümkünün əksinə olaraq, hərtərəfli ehtiyacsızlıqdan ibarətdir. Əgər iki vacib tapılarsa, onların hər ikisi sözün tam mənası ilə vaciblik məfhumuna uyğun olmalıdır və beləliklə, onların hər birisinin bir fərqləndiriciyə ehtiyacı olur və lazım gəlir ki, onların hər birisinin tərkibində həm vaciblik, həm də fərqlənən əşya olduğuna görə mürəkkəb olsun. Halbuki mürəkkəb əşya öz tərkib hissələrinə ehtiyacı olduğuna görə, mümkün əşyadır.
Başqa bir əsas. Filosoflar demişlər ki, aləm qədimdir; çünki o, tam səbəbdən dərhal nəşət etmişdir. Buna görə də aləmdən əvvəl yoxluğun olmaması lazım gəlir; çünki ilkinlik zaman tələb edir. Zaman isə varlığa aid olduğundan, yoxluqla bir yerə sığmaz.
Mütəkəllimlər isə deyirlər ki, aləm hadisdir (sonradan törənmişdir), hadis isə öz yoxluğundan qabaq mövcud ola bilməz.
Filosofların sözündən belə çıxır ki, qədim iki cürədir. Bunların birisi zatən qədimdir (“qədimi-zati”, yəni o öz varlığı etibarilə başqasına möhtac deyildir). Digəri isə zamanca qədimdir (qədimi-zamani), yəni ondan əvvəl zaman olmamışdır. Hadis (sonradan törəmə) də iki cürədir: (ibdai və zamani). İbdai, törənməsində başqasına möhtac olan hadisdir. (Zamani isə) özü ilə səbəbi arasında zaman olan hadisdir. Vacibin isbatında bundan istifadə etsək, bir şey itirmərik. Filosof Prokl tərəfindən aləm haqqında irəli sürülmüş şübhəli məsələlər həmin mənada başa düşülməlidir.
Başqa əsas. Vacib iki cürdür: Birincisi, varlığından əvvəl yoxluq olmayan (vacibi-zati) zatən vacibdir. İkincisi, varlığından əvvəl yoxluq olan vacibdir.
Varlıq da iki cürdür: Birincisi, mütləq varlıqdır ki, Tanrının varlığı buna misaldır. Belə varlıq dəyişməzdir və başqa (kəsdən) alınmamışdır. İkincisi, alınan (əldə edilən) varlıq, mümkün varlıqdır. Belə varlıq dəyişiləndir və başqasından alınır. Ümumiyyətlə, varlıq dedikdə, bunların hər ikisi başa düşülür.
Yoxluq (ədəm) da iki cürdür: (Birincisi) mütləq yoxluqdur ki, qeyri-mümkünün yoxluğu buna misaldır. (İkincisi) nisbi yoxluqdur ki, mümkünün yoxluğu buna misaldır. Ümumiyyətcə, yoxluq dedikdə, bunların hər ikisi başa düşülür.
Mötəzililərə görə nisbi yoxluq şübhəsizdir.
Mövcud isə ya zehni (mücərrəd), ya da xarici (konkret) olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,