Mətlə ül-etiqad
Содержание
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Страница 16 из 17 · 88%
Altıncı bab
MƏHŞƏR (hesab çəkilən yer və ya gün) HAQQINDADIR
Buna aid bir neçə məsələ vardır.
Birincisi, məhşərə inanmaq məsələsidir ki, islamın əsaslarının ən böyüyü, intizam vasitələrinin ən şərəflisi və çox bilici məlikin (padşahın – Tanrının) ibadətinə aid ehkamın həyata keçirilməsi səbəblərinin ən möhkəmidir; çünki insan təbiəti elə yaranmışdır ki, o, fitri olaraq ehtiraslardan ləzzət alır və cismani həzlərə meyl göstərir. Halbuki bunlardan zərər görür. İnsanı bu işlərdən çəkindirə bilən (bir şey) vardırsa, ancaq qiyamət qorxusu və cəza dəhşətindən ibarətdir.
Demək olmaz ki, şəriət ehkamı və ya xalq tərəfindən verilmiş qayda-qanunların qorxusu və ya nemətlərin aradan getmək təhlükəsi (ehtiraslar və cismani ləzzətlər qarşısında) müəyyən maneələr təşkil edir və bu kifayət edər; çünki istər şəriət ehkamı, istərsə də insanlar tərəfindən verilmiş qayda-qanunlar, həmçinin nemətlərin aradan getmək təhlükəsi belə bir maneə təşkil etmir. (Məsələn) bir çətinlik qarşısında olan adam, nemətin aradan getmək təhlükəsi barədə heç də düşünmədən, xilas olmaq məqsədilə özünü öldürür.
İkincisi, qiyaməti isbat etmək məsələsidir ki, bu da bir neçə dəlilə görə izahsız deyil, əql əsasında sabitdir.
Birincisi, (dini) təkliflər. Çünki bu təkliflər çətin (taqətdən salan) işlərdir və mükafat tələb edir. Belə bir mükafat isə ancaq öləndən sonra mümkündür; çünki (dini) təkliflər bütün həyat boyunca davam edir.
Demək olmaz ki, nəfsin (insanın) yoxdan vücuda gəlməsi, həyatın ləzzəti və bilikləri dərk etməyin özü-özlüyündə nemətlərdir, dini təkliflər isə həmin nemətlər qarşısında şükür etmək deməkdir və mükafat tələb edən artıq işlər deyildir. Ona görə ki, dünyada ləzzətlə ələm bir-birinin ayrılmaz hissəsidir. Belə ki, biz ancaq ələmdən sonra ləzzəti, məsələn, xəstəlikdən sonra sağlamlığı dərk edirik, həmçinin varlıq ləzzəti qarşısında yox olmaq qorxusundan törənən ələm həyat ləzzəti müqabilində ölüm qorxusundan törənən ələm və biliklər ləzzəti qarşısında təhsil zəhmətindən törənən ələm vardır. Beləliklə, əgər ləzzət şükür tələb edirsə, ələm də mükafat tələb etməli olur.
Deyilmişdir ki, insanın vücudu əvvəldən axıra qədər xalis ələmdən ibarətdir və şükür tələb edən heç bir ləzzət yoxdur; çünki vücudun başlanğıcı cəhalət dövrü, sonu isə zəiflik və ölüm qorxusu dövrüdür; bu iki dövr arası da həyat vəsaiti əldə etmək uğrunda zəhmətli çalışmalar dövrüdür. Beləliklə, (dini) təkliflər şübhəsiz olaraq mükafat tələb edir.
İkincisi, insanlar arasında, həyat şəraitinin dərəcəsi etibarilə fərq vardır. İnsanlar arasında eləsi olur ki, yoxsulluq ələmi içərisində ölür, eləsi də olur ki, varlılıq ləzzəti içərisində ölür. Əgər haman yoxsul bəd əməl və həmin varlı yaxşı əməl sahibi olmuşsa, iş öz qaydası ilə getmişdir; varlılıq yaxşı əməlin mükafatı, yoxsulluq isə bəd əməlin cəzası olmuşdur. Lakin əgər iş əksinə olarsa, eyni zamanda həm yaxşı əməl sahibi, həm də yoxsul olan adam yoxsulluq ələmi qarşısında müəyyən bir əvəzə çatmalı olur; çünki yersiz olaraq ələm üçün yaranmamışdır.
Demək olmaz ki, yoxsulluq və yaxud varlılıq tənbəllik və yaxud çalışma ilə əlaqədar olub, ancaq Tanrı tərəfindən qismət olmuşdur; çünki çalışmanın şərti bədən sağlamlığı nailiyyəti və maneçilik göstərən hadisələrin olmamasından ibarətdir. Halbuki xəstə olan və hadisələrə uğrayan adam həyat şəraiti yarada bilməzsə, təqsirkar deyildir. Deməli maneçiliklərin səbəbi Tanrıya aid olur və Tanrı bunun əvəzini çıxmalıdır. Belə bir əvəz də ancaq ölümdən sonra ola bilər.
Üçüncüsü, insan təbiəti şəhvət və qəzəb qüvvələri vasitəsilə əlverişli şeyləri özünə cəlb etmək və zərərli şeyləri rədd etmək (qabiliyyəti) əsasında qurulmuşdur; çünki bu iki qüvvə təbiətin (insan təbiətinin) bəzi cəhətlərini ələ keçirərək bir məzlumun varını əlindən almağa və yaxud onu zülm ilə öldürməyə səbəb olur. Əgər bunun qarşısında cəza verilməzsə, ədalət pozulmuş olar. Buna görə lazımdır ki, cəza ölümdən sonra tətbiq edilsin.
Dördüncüsü, dinlərdə və əqidələrdə olan fərqlərin düzgün və ya xəta olmasından ibarətdir. Etiqadlar müxtəlifdir və (məsələlərin) həqiqəti dünyada əqlin nəzərindən gizli qalır. Buna görə də hər hansı bir etiqad sahibi məsələnin həqiqətini bilmədən öz etiqadı ilə məhdudlaşır. Beləliklə, əgər birisi düzgün (doğru), birisi isə xəta etiqada malik olan iki şəxs ölərsə, həqiqətin üstü açılacaq bir vaxt olmasa, düzgün (doğru) ilə xəta bir-birindən fərqlənməz. Deməli, ədalət tələb edir ki, fərqləndirmək üçün (müəyyən) bir vaxt olsun ki, o vaxt doğruçu fəxr etsin və xətakar (öz xətasını) etiraf etməyə məcbur olsun.
Beşincisi, başqa varlıqların əksinə olaraq insanın kamalı (sonradan) kəsb edilir (fitri deyildir); çünki insan öz həyatının başlanğıcında, biliksiz olduğuna görə nöqsanlıdır və öz ömrünün əvvəlindən sonuna kimi bədən alətləri vasitəsilə istedadı qədər ləzzətin kamal həddinə, eyni zamanda kamal ləzzətinə çatanadək getdikcə təkmilləşir. Ortadakı (uşaqlıq ilə qocalıq arasında olan həyat dövrü) ləzzət, kəsbetmə (öyrənmə) zəhmətləri ilə qarışıqdır. Kəsbetmə (öyrənmə) dövrü bitdikdən və imkan daxilində olan şeylər həqiqətə çevrildikdən sonra zəhmətlər bitir, əldə edilmiş biliklər mükəmməl dərəcədə qalır və lazım gəlir ki, insan çəkdiyi zəhmətlərin ləzzətinə çatsın. Ona görə ki, kəsbetmə hədərə getməsin. Lakin lazımdır ki, o, ləzzətə ölümündən sonra çatsın; çünki kəsbetmə müddəti ölənə qədər davam edir.
Əgər desən ki, bu dəlillər (ancaq) cismani maadın (ölülərin o dünyadakı bədənləri əsasında dirilməsinin) isbatı üçün əsas ola bilməz, çünki bilikləri kəsb etmək üçün bədən ruhun alətidir və ruhun təkmilləşməsindən sonra alətə ehtiyacı yoxdur və şübhəsiz ki, ruh müqəddəsdir və ülvidir, bədəni idarə etmək zəhmətini isə bilikləri kəsb etmək xatirinə qəbul etmişdir və beləliklə, öz inkişafına çatdıqdan sonra nə üçün bədən darısqallığını tərk etməsin, bədənin kəsafətindən yaxa qurtarmasın, mücərrəd olaraq öz məbdəinə doğru qayıtmasın və əbədi ləzzətini davam etdirməsin?!
Hətta deyilmişdir ki, (bu məsələ) nəfsin (ruhun) özündən asılıdır. Əgər o, kəsbetmə zəhmətini yerinə yetirərsə və fani ehtiraslı ləzzətlərdən vaz keçərək təkmilləşərsə, deməli, ondan (bədəndən) əlaqəsini kəsmiş və alətlərdən (bədən üzvlərindən) ehtiyacını kəsərək ləzzət almış və ruhanilərlə qaynayıb-qarışmış olur ki, bu onun behiştindən ibarətdir. Əksinə, əgər fani ləzzətlərlə məşğul olaraq, kəsb etməkdən qəflət edərsə, onda necə vardısa, elə dünyadan çıxmış olur, hətta fani ləzzətə olan yorucu meylin əziyyəti üstəlik olaraq buna əlavə olur ki, bu onun cəhənnəmindən ibarətdir. Beləliklə, ruhani behişt və mənəvi cəhənnəm məlum olduğuna görə, cismani maada ehtiyac yoxdur.
Bütün bunları bir neçə dəlil əsasında rədd edərək deyirəm ki:
Əvvəla, ruh alətlərə (bədən üzvlərinə) hakim olaraq ləzzətlərə çatır. Özü də mücərrəd bir cövhərdir ki, bədəndən sonra (öləndən sonra) qalır. Ləzzət və yaxud ələmi dərk etməyin adi aləti duyğulardan ibarətdir. Duyğular isə bədənin ləvazimatından ibarətdir. Beləliklə, ləzzətlər və ələmləri tam şəkildə nə adi yolla, nə də mənəvi olaraq bədənsiz dərk etmək mümkün deyildir.
İkincisi, ruh ilə bədənin əlaqəsi aşiq və məşuqun əlaqəsi kimidir. Onların arasındakı ünsiyyət zaman keçdikcə şiddətlənir. İstəklinin ayrılığından törənən ələm ruhun xüsusiyyətlərindəndir. Beləliklə, ruh üçün bədənsiz tam şəkildə ləzzət ola bilməz.
Üçüncüsü, insan ruh ilə bədənin birlikdə olmasından ibarətdir. (İnsan) növünü və yaxud şəxsiyyətini onlarsız təsəvvür etmək olmaz. Bunlardan biri, digəri olmayan, tələb edilən zaman zalimdən məzlumun haqqını almaq işi ilə məşğul ola bilməz. Beləliklə, ədalət (ruh ilə bədəndən mütəşəkkil) şəxsiyyətin (məsuliyyətini) qarşıya çıxarır ki, bu da cismani maadın lüzumunu tələb edir.
Demək olmaz ki, kəsif olan bədəndə ruh əzab çəkdiyi halda, bədəndən yaxa qurtardıqdan sonra necə ola bilər ki, yenə də ona doğru meyl göstərsin?! Bədən ruhun əzab çəkdiyi yerdir. Ona görə ki, bədən quruluşca, məişətcə və hadisələr qarşısında dəyişkən olması etibarilə ruhdan fərqlənir. Ünsiyyət vasitəsi ancaq o zaman əmələ gələ bilər ki, nifrət səbəbləri aradan getsin.
(Buna cavab olaraq) demək olar ki, öləndən sonra ruhun (qiyamətdə) bədənə qayıtmasında ləzzət və ya ələm təkmilləşmə vasitələrindəndir; çünki əgər ruh əzaba layiqdirsə, bədən ondan ötrü ən mənfur bir şeydir (onu pis işlər görməyə məcbur etmişdir), hətta ondan (ruhdan) qətiyyən ayrılmayan zəncir və qandallardan ibarətdir. Yoxsa əgər ruh (mükafata) layiqdirsə, bədən onun ən gözəl tələbatıdır ki, onun mütənasibliyini, gözəlliyinin bəzəyini və itib-batmaq təhlükəsi olmadan öz arzularına çatmasını təmin edir; hətta ruh üçün bədən mükəmməl surətdə və daimi olaraq içərisində ləzzət aldığı saraylardan da üstündür.
Dördüncüsü, (ləzzət və ələm dedikdə) doğruçunun (Tanrının) verdiyi xəbərlərə uyğun olaraq və onlara əsasən insanlar arasında adi və hissi (duyğu ilə dərk edilən) ləzzət və ələm nəzərdə tutulur; çünki həmin doğruçunun insanlara verdiyi şad xəbərə görə, Allah bəndələri insanlar arasında olan adi ləzzətlərdən – saraylar, ipək parçalar və meyvələrdən aldıqları ləzzətlərdən (axirətdə də) istifadə edəcəklər. Həmçinin o (Tanrı), öz bəndələrini (axirətdə də) zəncirlər, qandallar, od və şaxta (kimi) ələmlərlə qorxutmuşdur. Buna görə, doğruçunun dediyi sözə uyğun olaraq lazım gəlir ki, bunlar (ləzzətli və ələmli şeylər) adi və hissi şəkildə axirətdə də olsun. (Bur məsələni) təfsir etməyə ehtiyac yoxdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-metle-ul-etiqad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Стихи других поэтов
До сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,