Содержание
  1. Birinci rükn
  2. Birinci bab
  3. İkinci bab
  4. Üçüncü bab
  5. Dördüncü bab
  6. İkinci rükn
  7. Birinci bab
  8. İkinci bab
  9. Üçüncü bab
  10. Dördüncü bab
  11. Beşinci bab
  12. Üçüncü rükn
  13. Birinci bab
  14. İkinci bab
  15. Üçüncü bab
  16. Dördüncü bab
  17. Beşinci bab
  18. Altıncı bab
  19. Yeddinci bab
  20. Səkkizinci bab
  21. Doqquzuncu bab
  22. Dördüncü rükn
  23. Birinci bab
  24. İkinci bab
  25. Üçüncü bab
  26. Dördüncü bab
  27. Beşinci bab
  28. Altıncı bab
  29. Yeddinci bab
  30. BİLİYƏ AİDDİR
  31. Səkkizinci bab

Страница 17 из 17 · 94%

Beşincisi, dünyada Allah dostlarının riyazəti (əziyyəti) və Allah düşmənlərinin nemətlərdən istifadə etməsi (dəlilindən ibarətdir); çünki əgər Tanrının mərhəməti ancaq dünyəvi ləzzətlərə, məsələn, arzu edilən yeməklərə, paltarlara, nikahlara (evlənmək) və sairəyə nail olmaqdan ibarət olsaydı, belə nailiyyətlərə Tanrının dostları daha layiq olardılar və bu nemətlərin hamısı onlara qalardı. Lakin Allah dostlarının riyazəti və düşmənlərinin nemətləri buna işarədir ki, dostlarının neməti vəd edilmiş (əbədi) qalan (axirətə aid) nemətlərdir. Həmçinin düşmənlərinin əzabı da qalan (axirətə aid) əzablardır.

Aydındır ki, istər rahatlıq, istərsə də möhnət iki qisimdir. Bir qismi dünyaya aid və ötəridir; bir qismi isə axirətə aid və həmişəlikdir. Lakin insanların bəzisi ötəri rahatlığı həmişəlik rahatlıqdan üstün tutmuşdur; bəzisi isə ötəri möhnəti həmişəlik möhnətdən üstün tutmuşdur.

Məhşəri iki dəlil əsasında inkar edənlər vardır. Birincisi, yox olan şeyin bərpa edilə bilməməsi (dəlilidir). Bunlar demişlər ki, yox olan şey tamamilə sıradan çıxır və onun sabit bir mahiyyəti yoxdur. Buna görə də onun qayıtması barədə mühakimə yürütmək olmaz.

İkincisi, cismani maadın qeyri-mümkün olması (dəlilidir). Bunlar demişlər ki, əgər bir insan başqa bir insanı yeyərsə, yeyilmiş insanın bir hissəsi yeyən insanın hissəsinə çevrilir və beləliklə, onların hər ikisini tam şəkildə bərpa etmək qeyri-mümkündür.

Birinci dəlilə belə cavab vermişlər ki, yoxluğu mütləq (mənada hesab etməkdən) ibarət olan bu mühakimənin doğru olmaması həmin mühakimənin əleyhinə bir sübutdur; çünki ölən insan tamamilə sıradan çıxmır (yox olmaq başqadır, ölmək başqa).

İkinci dəlilə isə (belə cavab vermişlər) ki, insanın əsas hissələri (üzvləri) vardır ki, həmin hissələr qiyamət günündə bir yerə toplanır, yeyilmiş insanın hissəsi isə yeyən insanın əsas hissələrindən deyildir.

Yeddinci bab

Ruhun ölümdən sonra və qiyamətdən əvvəlki

VƏZİYYƏTİ VƏ ONUN LƏZZƏT VƏ ƏLƏMƏ ÇATMASI HAQQINDA

BİLİYƏ AİDDİR

Bu məsələ həm ehkam, həm də əql vasitəsilə isbat edilə bilər.

Ehkam vasitəsinə gəldikdə, Tanrının belə bir sözünü (qeyd etmək olar): “Allah yolunda öldürülənləri ölü hesab etməyin!”

Əql vasitəsinə gəldikdə (belə demək olar) ki, ruh zatən müdrikdir və bədəndən uzaqlaşmaqla ləzzət və ələmi dərketmə qabiliyyəti ondan ayrılmır.

Əgər deyilərsə ki, məsələn, yaxşı əməlləri etibarilə bərabər olan iki adamdan birisi Nuh əyyamında, digəri isə bizim zamanımızda ölmüşdür. Əgər onların hər ikisinin ruhu qiymətə kimi bərabər ləzzət aparırsa və sonra behişt ləzzətləri də bərabər olarsa, onda qabaqkının (qabaqca ölənin) ləzzəti sonrakının ləzzətindən müəyyən müddət qədər artıq olar. Bu isə sonrakının zərərinədir. Yoxsa, əgər sonrakının ləzzətinə həmin ləzzətin əvəzi artırılarsa, lazım gələr ki, (müəyyən müddət) bitdikdən sonra artırılan ləzzət kəsilsin. Belə olmazsa, ədalətsizlik olar. Behiştdə isə kəsilən ləzzət yoxdur.

(Bu iddianın cavabında) deyirik ki, ölümdə qiyamət günü arasındakı ləzzət behişt nemətlərinin intizarını çəkmək ələmi ilə qarışıqdır. Beləliklə, o iki adam ləzzət və ələm etibarilə ancaq bərabər şəkildə behiştə daxil olacaqlar.

Həmçinin demişlər ki, ruhlar bədəndən ayrıldıqda, göyə doğru yönəlir; çünki ruhlar göylərə mənsubdur (ülvidir). Bu ruhların bəzisi keçmişdə heç bir günah etmədiyinə görə yuxarı qalxır, özünün fələklərdəki yerində yerləşir və məlum günədək (qiyamətə kimi) tam olmayan ləzzətlər aparır; bəzisi isə günahlara bulaşdığına görə, göylərə doğru yuxarı qalxmaq istədiyi zaman mələklər onlara mane olur və beləliklə, od kürəsində yerləşir və məlum günədək (qiyamətə kimi) tam olmayan ələm içərisində qalır.

Həmçinin demişlər ki, ruhlar bədənlərdən ayrıldıqda, yaxşı ruhlar dünya əhlinin yaxşı ruhları ilə ünsiyyət saxlayır, yaxşı işlərdə onlara yardım göstərir və onlarla gəzir; pis ruhlar isə pis ruhlar ilə ünsiyyət saxlayır və pis (şər) işlərdə onlara kömək edir və onlarla gəzir. Qiyamətə qədər işin gedişi belədir.

Səkkizinci bab

MİZAN (tərəzi), SİRAT (körpü) VƏ HAQQ-HESAB HAQQINDADIR

Bunların hamısı sabitdir; çünki doğruçunun (Tanrının) xəbərinə əsaslanır və əql tərəfindən rədd edilməzdir.

Bəzi tədqiqatçılara görə, dünya ləzzətlə ələmin qarışığından ibarətdir; lakin axirət bütün ləzzətlərin bir tərəfdə və bütün ələmlərin başqa tərəfdə toplanmasından ibarətdir. Birinci behişt adlanır ki, möminlərin yeridir; ikincisi isə od (cəhənnəm) adlanır ki, kafirlərin yeridir.

Mötəzililər isə bu iki yer arasında başqa bir yerin də olduğunu təsdiq edirlər. Onların sübutu bundan ibarətdir ki, iyman oda (cəhənnəmə) daxil ola bilməz; günah isə behiştə daxil olmaz. Buna görə lazım gəlir ki, günahkar möminin o iki yer arasında bir yeri olsun.

Tanrı daha yaxşı bilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Fəsli-ibtilayi-Musa

Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və

1 мин
Fəsli-ibtilayi-Nuh əleyhissəlam

Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə

6 мин
Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün

11 мин
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər

Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə

59 мин

Стихи других поэтов