Драма
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Meşəliyin ortasında bir tala. Səhnənin sol tərəfindən bir çay axır. Çayın yanında böyük*bir çinar ağacı. Bəhram təpə başında durub ov gözləyir. Əyyar da əlində ağacdan*
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
Üçüncü məclisVaqe olur həmin otaqda. Əşrəf bəy daxil olur.*Əşrəf bəy**. Gəldik çatdıq Mərəndə... İndi bir qoçaq oğlan istərəm burda mətləbi açıb iş düzəldə... Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır... İndi mən neyləyim?.. Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm... Hərçi badə bad... Ay Allah qonağı istəyən! Ay uşaq, evdə kim var?
On üçüncü şəkilBəhramın sarayında Reyhanın otağı, Reyhan və Qaratel çox qəmgindirlər.*Qaratel udda çalır və oxuyur.*
Dördüncü pərdəBİRİNCİ ŞƏKİLH ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.
Üçüncü pərdəVəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur. Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. Yüzünü göy səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə fəlakətli hal!.. Cəmili azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!..*S ə l t ə n ə t (Humaya rast gələrək). Nə düşünüyorsun, yavrum?
Üçüncü məclisƏhli-məclisAğaMəhəmmədşahQacar
İdeal və insanlıqİştirak edənlərİnsanlıq – İnsanlığın heykəlini təsvir edən orta yaşlı, alicənab bir qadın*
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*
Dördüncü məclisVaqe olur həmin otaqda.*Hacı Qəmbər** (tək). Paho, ay!.. Axır ki, Cavahiri yola saldım getdi. İndi görüm mən nə qayırıram... Doğru deyiblər bir cahıllıqda, bir də qocalıqda baş gərm olar. Göz qızışıb, gecə yuxusuz, gündüz əlamanda... Belə ruzgarı uzun çəkməz olmaz... Dünyavü-aləm olub peşəm. Hər bir saat, hər bir dəqiqə, vaxtbivaxt Yetər durub gözümün qabağında... İş düzələr, bir neçə müddət istirahət elərik... Dünya beş gündür, beşi də qara. Süleymana qalmayan dünya kimə qalacaq? (Cəbi daxil olur.) Hə, Cəbi, necə oldu?
Altıncı şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.*O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.*
Üçüncü pərdəVaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ə c n u n dəli sifətində çıxır, başıaçıq, ayaqyalın və s.(oxuyur).
İlk pərdəBağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul...Gözlərin birində İblis, digərində Mələk görünür.Gurultudan sonra sükut...*İblis (məmnun qəhqəhələrlə)
İkinci məclisQasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ*xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə*
İkinci pərdəRüstəm qapı ağzında bir kötük üzərində oturub çubuq çəkir, anası Qəmər*bir tərəfdə palaz salıb cəhrə əyirir. Gülsənəm, əlində matraq,*
Altıncı pərdəQuruçay körpüsü. Cəbhədir. Körpünü düşmən qoşunları müdafiə edir. Atışma səsləri eşidilir. Səttar xan dəstəsi hücuma keçir. Düşmən qüvvəsini sıxışdırıb səhnədən çıxarırlar. Qüdrət, Cavad ağa, Tütünçüoğlu, Tağı bəy və başqaları vuruşurlar.*Qüdrət** — *(səhnə arxasında)* Mücahid, hazır ol, səngərdən qalx! Sağa və sola hücum! Körpüyə tərəf irəli!
Əvvəlinci məclisVaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..
Yeddinci şəkilYenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.*Afaq**
İkinci pərdəƏmirin sarayıdır. Otaq ərəb əmirlərinə məxsus gözəl bir surətdə döşənib, bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir Leyla oturub, öz-özünə eşqdən danışır.*Leyla**
BisətBİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.
Əvvəlinci məclisHacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa*iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı*
Üçüncü pərdəSəhnə saray bağçasını təsvir edir. Ağaclıq, çiçəklik, xiyaban, fəvvarəli hovuzlar.*Axar su, geniş bir meydança, bir tərəfdə şahın taxtı. Xacə taxta yaxın durub*
Altıncı pərdəTeatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır.*Durna** — *(Dilbər ilə bərabər zaldan çıxırlar)* Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən.
İkinci məclisVaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır.*Aslan bəy**. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki?
Dördüncü pərdəEyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!
Üçüncü məclisVaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü*oturub tikiş tikir, öz-özünə danışır.*
İkinci pərdəArxa planda silsilə dağlar, qayalıqlar, otlu-çiçəkli yamaclar, ortada alma bağı, daha*sonra göz işlədikcə sünbülləri saralmış tarlalar. Bağ ilə tarlaların arasından bir çay*
Üçüncü məclisVaqe olur Aslan bəyin otağında, Cahangir bəy, Cabbar bəy və Əhməd əyləşiblər.*Cahangir bəy**. Vallahi deyirəm bu saat mənim bir əlliyəcən yaşım var, amma mən bir belə vücud görməmişəm və görməyəcəyəm. Canım, kişi əslindən ağadır və heç kimə müyəssər oğul deyil. Görməmişəm bu qapıya bir adam gələ, məyus qayıda... Allah öz pənahında saxlasın. Adı Aslan, özü aslan.
Beşinci pərdəDağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.*V a l i
Dördüncü məclisƏhli-məclisAğaMəhəmmədşahQacar