Джалил Мамедкулизаде · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
“Azərnəşr” mətbəəsinin xidmətçiləri türk təqvimini düzəndə səfər ayının iyirmi səkkizinci gününü qırmızı hərflər ilə çap eləyiblər.Bunun mənası budur ki, necəki məlumdur qırmızı rəng inqilab əlamətidir.
Allahı “çistka” etmək olarmı?Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun?İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar.
Va şəriəta, yaxud ingilis politikasıƏgər durub düzünü danışsaq, ingilis politikasının şəriətə nə dəxli var?Amma işin əsli binövrəsinə baxsaq, ingilis politikasının tən yarı hissəsi islam şəriətindən material almaqdadır.
Bəlkə də səhv edirəm, qoy desinlər!Qocalmışam, bəlkə də gözlərim yaxşı görməyir. Ola bilər ki, səhv edirəm. Qoy “Çorni və beli qorod” işçiləri cavab versinlər!Əhvalat belə idi:
İngilis hökuməti və din söhbətləriBircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox?Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz.
Getdi cahandan həzrəti-SidqiƏz cahan rəft həzrəti-Sidqi,Səd həzaran driğ, səd əfsus!
Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.
“Həblül-mətin” qəzeti Haaqa konfransının nəticələri haqqındaQafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül-mətin” qəzetinin səhifələrində xeyli bədbinmülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü fransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar.“Həblül-mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır!
Tiflis müsəlmanlarının hürriyyət naminə şənlikləri“Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları [arasında] müsadimə vüqu buldu... ”Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir fitnə var.
Zəncir“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
İdarədən bir neçə sözSəfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?
Yeni əlifba nə istəyirBizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.
“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlərMay ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.
FüzuliFüzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.
Bir az da özümüzdən“Yeni fikir” yoldaş!Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız.
“X” hərfi“Ölmək ölməkdi, xırıldamağa nə var”Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.
Biblioqrafiya (Ziya Paşa və Derjavin)Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:
“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarındanElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.
Qələm yoldaşım Məmmədəli Sidqiyə!Bakı, 15 may (1910)*Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən.
Tiflis. “Molla Nəsrəddin”. SidqiAğdam, 29 avqust (1910)*37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol.
Əzizim Məmmədəli! (25 oktyabr 1910)Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.
Əzizim Məmmədəli! (1 mart 1911)Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
İzhari təşəkkür“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.
Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923)Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur.Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq.
Həmidə! (30 avqust 1923)Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.
Müzəffər! (1925)Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.
Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə7 may (1927), Bakı*Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa,– mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz.