VI şuralar qurultayı

Altıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.

Джалил Мамедкулизаде1 мин
Yemək bayramı

İnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur.Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar.

Джалил Мамедкулизаде1 мин
Xurcun və çamadan

Hekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.

Джалил Мамедкулизаде1 мин
Dinsizdirlərmi Azərbaycan kəndliləri?

Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?

Джалил Мамедкулизаде1 мин
Qarabağda aşura

Bu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.

Джалил Мамедкулизаде1 мин
Dindarlığın axır nəfəsi

Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?

Джалил Мамедкулизаде1 мин
Kooperativ bayramı

Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.

Джалил Мамедкулизаде1 мин
Qarğa-quzğunlar

Qarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.

Джалил Мамедкулизаде1 мин
Din və millət

Axır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).

Джалил Мамедкулизаде1 мин
Sapın ucu. Qisas

Ha iki gündən bir qəzetlərdə oxuyuruq ki, filan bakılı vurdu filan bakılını öldürdü. Əgər belə olsa, az bir vaxtda Bakıda dəxi bir nəfər də bakılı qalmaz.Mən bu məsələni ondan ötrü ortalığa qoymuram ki, bakılıların o dünyaya getmələrinə çox darıxıram; yox, mənim məqsədim oxucularımın nəzərinə bunu yetirməkdir ki, burada bu qədər qan tökülməyə bais müsəlman qardaşların bir-birindən “qisas” almağıdır və bu da, necə ki məlumdur, islam dininin təqazalarından biridir.

Джалил Мамедкулизаде1 мин
Məscidin sütunu

Hər şəhərdə hər məscidin bir sütunu olar. Necə ki, Naxçıvanda dabbax Hacı Hüseynalı.Bir belə məscid sütunu Bakıda da Kərbəlayı Abdulla Hacı Zərbəli oğludur. Bu adam Suraxanski küçədə Hacı Pirverdi məscidinin sütunudur.

Джалил Мамедкулизаде1 мин
Bakının havası

Dünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı.O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir?

Джалил Мамедкулизаде1 мин
Xam xəyal edirlər

Xam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər.Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər.

Джалил Мамедкулизаде1 мин
“Fırıldaq baş tutmadı”

“Xaçpərəst voskresenyesi və müsəlman cüməsi”Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər.

Джалил Мамедкулизаде1 мин
Olaydı-olmayaydı

Nə olardı ki, dünyada yaxşılıqdan başqa heç bir şey olmayaydı; nə yalan, nə palan, nə oğurluq, nə quldurluq, nə zülm, nə sitəm–bunların heç biri olmayaydı!..Gərək əyrilik olmayaydı – düzlük olaydı; bahalıq əvəzinə ucuzluq olaydı; cibgir uşaqlar məktəblərdə gizlənəydi və Bakının bazar-küçələrindən zibil ildə bir dəfə süpürülüb təmizlənəydi.

Джалил Мамедкулизаде1 мин
Vəhdaniyyət

Üsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan.Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə.

Джалил Мамедкулизаде1 мин
Köhnə sözlər

Yazmaq lazım gələndə hər bir yazıçı təzə söz axtarır ki, yazsın. Amma təzə söz tapılmayanda köhnə sözləri yazmağa məcbur olur.Köhnə sözlərin biri Bakı küçələrinin zibilli olmağıdır. Doğrudur, Şəhər idarəsi bir həftə bundan əvvəl bir belə qərar çıxartdı ki, küçələri təmizləmək lazımdır, amma haman qərarı mətbəədə çap edəndə zalım oğlu mürəttib səhvən “təmizləmək” yerinə “təmizləməmək” yazmışdı. Onunçün də ev sahibləri elə güman ediblər ki, Şəhər idarəsi küçələrin zibilli qalmağını xoşlayır və halon ki, belə deyil.

Джалил Мамедкулизаде1 мин
Dünya və axirət

Dünya və axirət məsələsi bu biçarə mömin müsəlmanları lap çaşdırıbdır.Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan.

Джалил Мамедкулизаде1 мин
Mövludi-isa

Bu günlərdə Həmkarlar İttifaqının Mərkəzi Şurasından bir belə təklifnamə işçilər arasında nəşr olunmuşdu ki, bu il heç bir işçi İsanın mövluduna mütəvəcceh olub, bayram saxlamasın və işdən tətil etməsin.Mən, Molla Nəsrəddin deyə bilərəm ki, Həmkarlar İttifaqının Mərkəzi Şurası tərəfindən indiyədək nə qədər təklifnamələr nəşr olunub, onların heç birisi bu qədər çətin olmayıb, nə qədər ki, İsanın mövlud bayramı çətin bir məsələdir.

Джалил Мамедкулизаде1 мин
Molla əminin təklifi

Bu təklifi məndən qabaq cavan yoldaşlar ortalığa qoya bilərdilər və gərək də qoyaydılar.Söhbət xaçpərəst və islam tarixləri barəsindədir.

Джалил Мамедкулизаде1 мин
Xırda xəbərlər

Bərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur.Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər.

Джалил Мамедкулизаде1 мин
İrəvan müxbirimizdən

Dəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.

Джалил Мамедкулизаде3 мин
Getdi cahandan həzrəti-Sidqi

Əz cahan rəft həzrəti-Sidqi,Səd həzaran driğ, səd əfsus!

Джалил Мамедкулизаде4 мин
Diqqət etməli

Tiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim; çünki doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar.Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar?

Джалил Мамедкулизаде2 мин
Faydalı təşəbbüs

Ali senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”.Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik.

Джалил Мамедкулизаде3 мин
Xeyir-dua

İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.

Джалил Мамедкулизаде3 мин
“Qeyrət” mətbəəsi

Tiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir.“Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir.

Джалил Мамедкулизаде1 мин
Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.

Джалил Мамедкулизаде1 мин
Mozalan bəyin səyahətnaməsi

Oxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.

Джалил Мамедкулизаде1 мин
Leyli xanım Şahtaxtlı

Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.

Джалил Мамедкулизаде1 мин