Məhəmməd Füzuli: Eşq
Qəsri vücudumun sənindir, canan,Orada olsun qoy eşqin hökmüran.
Rübai 71Eşqinin əsrarı saxlanır canda,Ürək də eşqinlə yaşayır, can da.
Rübai 73Ey şam, didələrin hər gecə bidar,Ürəyin odludur, gözlərin ağlar.
Rübai 80Eşqdir hər iki dünyaya ziynət,Eşq ilə dolanır bütün təbiət.
Rübai 81Aşiqin gözləri giryan olmalı,Aşiq avareyi-dövran olmalı.
Rübai 82Torpaqdan yaranan hər yaşıl ot, bax,Həsrətdən nəmlənmiş kirpikdir ancaq.
Rübai 83Bizlərə göndərdi min bəla fələk,Eylədi çox dərdə mübtəla fələk.
Rübai 87Zahirdə talibik məşuqəyə biz,Batində bu yolda yoxdur zövqimiz.
Rübai 89Bilirəm, ürəkdə yarın qəmi var,Bilirəm, bu qəmi verir o nigar.
Rübai 92Göz açıb gör necə olmuş dili-zar,Gözümdən gör necə qanlı yaş axar?
Rübai 95Könlüm həsrət qalmış rüxi-canana,Tale yox ki, çatım o gözəl cana.
Rübai 96Dolsa eşq qəmiylə hər hansı ürək,Dünyanın ləzzəti ondadır bişək.
Rübai 99Bu insan övladı olur hər andaZəmanə cövründən ahü fəğanda.
Rübai 102Ey eşq, nə vaxtadək edib biqərar,Məni salacaqsan sən diyar-diyar?
Saqinamə, fəsil 13شبی داشتم صحبتی چون ارمنه اندوه ره داشت آنجا نه غم
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüdaQəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Ey mələksima ki, səndən özgə heyrandır sanaEy mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Aşiyani-mürği-dil zülfi-pərişanındırAşiyani-mürği-dil zülfi-pərişanındadır,Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Məni candan usandırdıMəni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Heyrət, ey büt, surətin gördükdə lal eylər məniHeyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Canı kim cananı üçün sevsə, cananın sevərCanı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Məndə Məcnundan füzun aşiqlik istedadı varMəndə Məcnundan füzun aşiqlik istedadı var,Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuzAləm oldu şad səndən, mən əsiri-qəm hənuz,Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.