Cəlil Məmmədquluzadə: Maarifçilik dövrü
Məcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir:– Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır.
Heyif olsun!Heyif olsun keçən günlərə! Heyif olsun o nemətlərə ki, bu zalım oğlu yeni əlifba əlimizi onlardan üzdü.Keçək mətləbə.
Dərs kitablarımızBir dərs kitabına rast gəldim, bu kitab mərhum Mahmud əminin “Üçüncü il” kitabıdır ki, hal-hazırda məktəblərimizdə oxunur və Maarif Komissarlığında mövcud olan nəşriyyat şöbəsinin izni ilə çap olunmuşdur.Dəxi nə söz? Kitab – kitabdır; kitabın ki, buynuzu olmaz?! Nə irad? Nə tənqid? Amma mən bilmirəm, mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır?!
Behişt əlifbasıƏgər Ağayi Məclisi əleyhürrəhmə doğru deyibdi ki, behişt əhlinin dili ərəb və cəhənnəm əhlinin dili məcus dilidir, onda daha aşkardır ki, behişt əhlinin əlifbası da ərəb əlifbası gərək olsun.Onun üçün də həmin ərəb əlifbasını şərq əhli o dərəcədə əziz tuturlar ki, bu əlifbanı tullayıb, latın əlifbasını qəbul etmək kimi söhbətlərini islam dinini tullayıb, latın dinini qəbul etmək kimi “nasəza” mənzələsində tuturlar.
BədbəxtçilikMöhtərəm “Kommunist” qəzetinin 294-cü nömrəsində yoldaş Qarayev müəllimlərin həyatını təmin etmək barəsində söhbət açıb gəlir çıxır “Maarif və mədəniyyət” məcmuəsinə. Bura gəlib çıxdıqda məqalə sahibi deyir ki, bu məcmuənin məzmununu büsbütün dəyişdirməli, “bir çox anlaşılmayan məqalələrin və bir çox tartan-partanların əvəzinə müəllim və müəllimlərə yol göstərici, dəsturül-əməl verici, onların məişətinə dair şeylər yazmalı. Onu müəllim və müəllimələrdən ötrü məcmuə etməli”.Qarayev yoldaş “Maarif və mədəniyyət” məcmuəsində yazılan yazıların adını “tartan-partan” qoyur; amma biz bir özgə cür deyirik: biz deyirik ki, bunların adı məhz bədbəxtçilikdir.
İki xilafətBir neçə gün bundan qabaq qəzetlər yazırdılar ki, Türkiyədə xilafəti qaldırmaq istəyirlər. Mən bu söhbəti eşidəndə çox nigaran oldum: qorxurdum ki, dünya-aləm bir-birinə toxuna, gün məqribdən çıxa, göylərə vəlvələ düşə, yerlərə zəlzələ düşə. Qorxurdum Dəccal xüruc edə və... xülasə canıma çox belə-belə qorxular düşürdü.Doğrudan da, öz aramızdı, necə yəni xilafət aradan götürülsün?! Necə bilirsən, xilafət nədən ibarətdir?
Əliqulu Nəcəfov“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.
Şeir nəşəsi“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.
Köhnə dərdimŞərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.Nədir onların dərdi?
FüzuliFüzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.
Bir az da özümüzdən“Yeni fikir” yoldaş!Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız.
“X” hərfi“Ölmək ölməkdi, xırıldamağa nə var”Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.
Ərəb əlifbasıBiz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək.
Biblioqrafiya (Ziya Paşa və Derjavin)Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:
“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarındanElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.
Müdafiə həftəsiOxucularımıza məlumdur ki, həmişə Şuralar İttifaqı əleyhində olan İngiltərə hökuməti bu axır vaxtda da cidd-cəhdlə bıçaq işlətməkdədir ki, bəlkə bir vəsilə ilə kəndçi-əmələ hökumətimizi aradan götürüb, özünü kommunizm ehtiyatından həmişəlik xilas etsin.Bu qara niyyətini yerinə yetirmək məqsədi ilə Çemberlen hökuməti dünyada daha məmləkət qalmayıb ki, oraya əl uzatmamış olsun və oradan özünə kömək istəməmiş olsun. Bu yolda İngiltərə hökuməti böyük-böyük paralar sərf etməkdədir ki, Şuraların düşmənlərini bir yerə toplayıb onları qüvvətləndirsin və kəndli-əmələlərin üstünə küşkürtsün və beləliklə dünyanı çalxalayıb öz məramına çatsın.
Məşədi Sicimqulu “Kefsiz”Keçmiş günlərdən*“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.
İdarədənNaxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.
Mirzə Fətəli Axundov və qadın məsələsiÖlümünün 50 illiyi münasibətilə*Nə qədər ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət qazanmışdı, o dərəcədə də Mirzə camaat içində dinsizlikdə məşhur idi; ta o yerə kimi ki, onun dəfninə öz dost və əqrabasından da gedən olmayıbdır. Və lakin məsələnin bir tərəfi bir növ qaranlıq görsənir: belə ki, lazımınca aşkar olmur ki, mərhumun müasirləri onu hansı səbəbdən laməzhəb hesab edirdilər?
Mirzə Fətəli Axundov dinlər haqqındaMən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Şura mətbuatıŞura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir.Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri.
Türk kitablarıBir səyyahın rəvayətindən*Rusiya şəhərlərini gəzib dolanandan sonra Rostovdan keçdim, Şimali Qafqaza daxil oldum. Bir baş üz qoydum Tiflisə tərəf. Sonra getdim İrəvana, Naxçıvana. Oradan yenə qayıtdım Tiflisə və buradan da yollandım Bakıya.
Yazıçılar bayramıHəmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır.Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən.
Sabir barəsində xatiratım“Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.Sabirin birinci şeri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.