Beşinci pərdə

Doqquzuncu şəkilGorus zindanı. Səhnənin bir tərəfi kamera, digər tərəfi zindan rəisinin otağıdır. Pərdə musiqi müşayiətilə açılır.*

Süleyman Rüstəm194016 dəq
Dördüncü şəkil

“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*

Yusif Vəzir Çəmənzəminli9 dəq
Vı şəkil

Axşamdır. Şamlar yanır. İntizar təkdir. O çox pərişan görünür.*İntizar**

Zeynal Xəlil7 dəq
Ana

Səlma* — ana.Qanpolad* — oğlu.

Hüseyn Cavid191027 dəq
Birinci pərdə

Pərviz xanın kəndində. Amilin evi. Evin qabağında vaqe meydançada böyük izdiham.*Xanın vəkili Mirzə Ismayıl balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşıb*

Əbdürrəhim bəy Haqverdiyev12 dəq
Üçüncü pərdə

Birinci şəkilSəhnə kənd hakimi Şükür bəyin evini təsvir edir. Şükür bəy həyət artırmasında Səfi*

Abdulla Şaiq192614 dəq
İkinci pərdə

Beşinci şəkilKəblə Muxtarın evi. Axşama hazırlıq gedir, otaqları yığışdırırlar. Firuzə xanım əli belində ortada hərlənir. Kəblə Muxtar qan-tər içində evə girir.*

Sabit Rəhman196631 dəq
Harun və Leyla

Beş pərdəli opera*İştirak edirlər

Üzeyir Hacıbəyov1 dəq
İkinci pərdə

Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..

Məmməd Səid Ordubadi11 dəq
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

İlyas Əfəndiyev19541 dəq
Üçüncü pərdə

İkinci pərdənin səhnəsi.*Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.*

Süleyman Sani Axundov10 dəq
Yağışdan çıxdıq, yağmura düşdük

(Komediya, 4 məclisdə)*Əhli-məclis

Nəcəf bəy Vəzirov18951 dəq
Şeyx Şamil

İştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*

Mehdi Hüseyn1 dəq
Birinci məclis

Birinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.

Cəlil Məmmədquluzadə192615 dəq
Yaşar

Pyes 4 pərdə, 8 görüşdə**İştirak edənlər

Cəfər Cabbarlı1 dəq
İkimci məclis

İkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində.*Ağa Mərdan** (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur.

Mirzə Fətəli Axundzadə20 dəq
Üçüncü məclis

Vaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı, o biri tərəfdə Xorasan qələsi.*ƏVVƏLİNCİ GƏLİŞ

Nəriman Nərimanov189921 dəq
İkinci pərdə

Kərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.*Durna**

Süleyman Rüstəm194715 dəq
Vıı şəkil

Güllü, çiçəkli bir bağça. Bağçanın ortasında gümüş fəvvarəli bir hovuz vardır. Səhərdir. Kəniz qız həzin bir nəğmə oxuyur. Hovuzun kənarında Kosa və Sofi Həsən söhbət edirlər.*Kəniz Qızın Nəğməsi**

Zeynal Xəlil7 dəq
Birinci pərdə

Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi – sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə – mətbəəyə enmək üzrə daima açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və soldasandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı... Pərdə açıldıqda munis və zində çöhrəli Rəuf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baqışlı Şeyda isə cığarayı dumanlataraq əli alnında düşünüb durur.*

Hüseyn Cavid191613 dəq
Üçünücü pərdə

Səhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası.*Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə*

Əbdürrəhim bəy Haqverdiyev16 dəq
Birinci pərdə

Səhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən*dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın*

Abdulla Şaiq192613 dəq
Üçüncü pərdə

Dördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*

Sabit Rəhman194021 dəq
Arşın mal alan

Əfradi-əhli-məclisƏsgər* — dövlətli bir tacir oğlandır.

Üzeyir Hacıbəyov19171 dəq
Birinci pərdə

Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır.*Cad** — Qovurur beynimi atəşli səma,

Məmməd Səid Ordubadi5 dəq
Xurşidbanu Natəvan

İştirak edirlərXurşidbanu Natəvan*

İlyas Əfəndiyev19781 dəq
Üçüncü şəkil

Səhnə bir küçə göstərir. Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub, küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.*Molla Nəsrəddin**. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım var.

Süleyman Sani Axundov4 dəq
Əvvəlinci məclis

Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!

Nəcəf bəy Vəzirov189815 dəq
Üçüncü şəkil

Bərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**

Mehdi Hüseyn8 dəq
Birinci məclis

Hacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.

Cəlil Məmmədquluzadə190921 dəq