Xaqani Şirvani · Şeir
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Gəncliyim qüssədə, ələmdə keçdi,Günlərim, bilirsən, nə qəmdə keçdi.
Qitə 182Kimse söz atdı ki, Xaqani artıq,Yaraşmır saraya, böyük xaqana.
Qitə 56Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.
Qitə 226Şahların sarayı bir dənizdir ki,Orada sədəf yox, yüz min nəhəng var.
Rübai 74Ahım üfüqləri tutmuş sərasər,Ahımdan dumana bürünmüş göylər.
Rübai 194Fələk Xaqanini buladı qana,Ayımı bürüdü qatı dumana.
Qəzəl 159Parlaq üzü qarşısında yox Aya məhəl qoyan,Zülfü ətir saçdığından tapılmadı müşk alan.
Qəsidə 76Qəlbə təsir etsə əgər qüssə, qəm,Odlu göz yaşları yağdırar o dəm.
Rübai 55Hüsnüntək nur yoxdur Ayda, doğrusu,Səni sevənlərin gəlməz yuxusu.
Rübai 202Ey könül, qızıldan qədəh istəməm,Saxsı piyalə ver, yox olsun bu qəm.
Qitə 79Ey Xaqani, könül vermə bu dövranın dovrünə,Dövran yalnız bir həftədir, həftə özü yox fəqət.
Qəsidə 170Sırf yalandır qəlbi əyri kəslərin dil əzbəri,Fitnə əhli onların olmuş hər işdə rəhbəri.
Rübai 324Ömrüm hədər getdi, çatmadım kama,Köməksiz düşmədi işim nizama.
Qitə 177Fəzilət, Xaqani, baş ağrısıdır,Həmişə dərdlidir fazil adamlar.
Qitə 183Fələk yaxşı bilir: nəzmü nəsrdə,Mənimtək dünyada yoxdur bir nəfər.
Qitə 274İki aləmdə bir iş var ki, bizlər qəmdən azadıq,Könül, əylən səhər vaxtı, iki aləmdən azadıq.
Qəzəl 49Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!
Qəsidə 12Ey qara zülfü ilə qarət edən imanı,Atəşin eşqin olub könlümüzün sultanı.
Qəsidə 181Eşq zərif dürrdür, qəlb onun ümmanı,Qəlb əcəmi bir gözəl, eşq onun dastanı.
Rübai 21Xaqani, rahatlıq yoxdur dünyada,Fələklə vuruşan çatmaz murada.
Rübai 51Xaqani, nəfsdə təmizsən əgər,İnanma boynuna bir sillə dəyər.
Rübai 168Xaqani, uzaqlaş namərd adamdan,Həmişə mərdlərin yanında dolan!
Rübai 278Xaqani, kim sənə eyləsə sitəm,Sən ona yaxşılıq elə dəmadəm.
Rübai 323Ey tərsa gözəli, ol mənə qəmxar,Hər bir kəlisada səni sevən var.
Qitə 112سپید کار سیه دل سپهر سبز نمایکبود سینه و سرخ اشک و زرد رویم کرد
Qitə 191Yoxdur bir şey dünyada nadir olsun vəfadan,Əhl adamın vücudu az olub kimiyadan.
Qitə 193Xaqani, haqqlısan nalə etməkdə,Çünki, yoxdur sənin dostun, aşinan.
Qitə 229Kasıb rahat yaşayanda, əzab çəkər varlılar,Demək, ağıl sahibləri axtarmazlar var, dövlət.
Qitə 357Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş,Ki, yaxanı qurtarasan siyasət damğasından.
Ərəbcə şeir 2Neçə zireh toxudum göydə pəhləvanlar üçün,Vuruldu halqalara sinədə Günəşlə düyün.