Əsərlər
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.
Niyə Azərbaycan dilim-dilimdirBabam!Necə dözdün bu ağrılara
GəlGəldin, darıxırdım, açıldı könlüm,Yenə də göylərdən ay baxanda gəl,
Suallar… SuallarHansı havadan udasan?Hansı ətəkdən tutasan?...
Babəkin qollarıQolu sındırılmış Babək,Yurdu yandırılmış Babək,
GedirikƏsən külək gurlamasın,Coşan sular dayansın.
KabusBizə yad kabus bax kölgə salıb,Bu ölümdür, bu ölüm kölgəsidir!
PayızYaşıl yarpaqlara düşdü qızıl xal,Çöllərə, düzlərə həzinlik gəldi.
ZəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Nəfsin qorunmasıQudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
FilBirinci cərgədə oturmuşuq sirkdəoğlumla qoşa.
Üçüncü hissə, 11Əhməd "Zayej"in qabağında təkcə oturmuşdu. Tez-tez tərini silir və zəhlətökən bir səslə cikkildəşən boz sərçələrə baxırdı. Onlar gah divarın daşları arasındakı ovuqlara girir, gah da eyvanın məhəccərinə qonur, gah da bir-birini didə-didə çəpərə doluşurdular. Onların zil səsi adamın beynini deşirdi. Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi. O hamı tərəfindən unudulmuş bir adam kimi yalqızlıq hiss edirdi.Sərçələr hay-küylə havaya qalxdılar. Onların səsi eşidilməz oldu. Əhmədin qulaqları cingildədi. O darıxdı. Ayağa durub xır yoluna boylandı. Uşaqlar onun yanına gəlməli, dünən öyrəndiklərini bu gün təkrar edib yoxlamalı idilər, vaxta az qalırdı. El dağdan qayıdanda Əhməd onları Qoriyə, seminariyaya imtahana aparmalı idi. "Yazıqlar yəqin yenə istinin əlindən özlərini Kürə veriblər, axşama qədər sudan çıxmayacaqlar", – deyə düşündü. Onun da ürəyindən çimmək keçdi. Eyvana getdi. Elə bu vaxt bir şey tappıltı ilə onun qabağına düşdü. Əhməd diksinib geri çəkildi. Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı və dərhal quyruğu üstə qalxıb fısıldadı. Əhməd onun soyuq üzünü, açıq ağzını, tez-tez çıxardığı qara dilini və qarmaq dişlərini aydınca gördü. O bircə an da geciksə ilan üstünə atılacaqdı. Əhməd ona imkan vermə. Divarın dibindəki yabanı götürüb, başını əzdi. Bir xeyli ilanın qıvrılan quyruğuna baxdı. "Ulduz görməsə ölməyəcək", – deyə düşündü. Yaba ilə götürüb çəpərin üstünə atdı. İlanın qarnının altı parıldadı.
NərimanNəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?
YoxdurKür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!
GedirəmDurum dolanım başına,Ala gözlü yar, gedirəm.
IÜrəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*
Müsibəti-FəxrəddinÇəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis
ŞəlaləsindənEy dost, hüzuruna salamlarım var,Bu şəfəq könlümün şəlaləsindən.
İki ildir vafat edib Sabirİki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,
DüşdüAy həzarat, ay camaat,Dağa qar düşdü, qar düşdü.
Birinci şəkilSəhnə Kərbəlayı Nəbinin qonaq odasını göstərir. Otaq bəzəkli bir otaqdır. Üç tərəfdən qapı açılır.*Pəri Cahan** (odanı nizama salarkən söylənir). Kişilərdə heç vəfa olmazmış. Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür. Yaşı da əlli beşdən yuqarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında cavan kibi gah oquyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir söz eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən başqa burada arvad yoqdur. Ağa əvvəllərdə mənlə mazaqlaşardı. Məni cimdiklərdi. Mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaqşı iş olardı ki, birdən ağa məni alaydı. Bu evə xanım edəydi. Odur oquya-oquya gəlir.
Yardım təcili lazımMüharibə münasibətilə Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axısxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Fəlakət təsəvvür etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha çəkərsuzdur.Fəlakət və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır.
AğlasınSallana-sallana gələn gözəlin,Dördü qahqah çəksin, biri ağlasın.
Rübai 8تا گشت رخت روشنی اندوز از روزشب شد روزم، شبم بیفروز از روز
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Ya bir olar, ya ikiİsmi Pünhan, niyə məndən küsübsən,Yaxşı-yaman ya bir olar, ya iki.
DüşdüBaşım üstdən bulud keçdi,Göz yaşı çəmənə düşdü.
Yakov Semyonoviç QoqoebaşviliBu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.
Yazgınan - GöndərrəmƏli**Ata, sən gedirsən qürbət ellərə,