Söhbət

İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.

Əbdürrəhim bəy Haqverdiyev6 dəq
Arizin kim ol rüxi-pürnuri-tab üstündədir

Arizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.

Şah İsmayıl XətaiQəzəl1 dəq
Evimizdəki gecə məclisləri

«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.

İlyas Əfəndiyev4 dəq
Qədim Karvan

Gündüzlər çəkilmiş, gecələr çökmüş,Buludlar qoynunda sanki bir gümüş,

Mikayıl Müşfiq1 dəq
Yol verin!

Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!

Abbas Səhhət19121 dəq
Mənim

Mürşüdüm, kamilim, dinim, imanım,Bir ərzim var qulluğuna, şah, mənim.

Aşıq Qurbani1 dəq
Şair qocalmaz

Deyirsən şairlər niyə qocalır?Ömür bahar olsa, şair qocalmaz.

Tofiq Bayram19781 dəq
Məhəbbət

Neçə qərinə görmüsən,Kimə şadlıq,

Mirvarid Dilbazi1 dəq
Təndir

Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova ithaf edirəm.*Otuz yeddidən qalıb

Qabil2 dəq
Onuncu şəkil

Cavanşirin sarayı*Söhrab**

Mehdi Hüseyn5 dəq
Sağlam gedəm

Qəfil bir ox atdın, tökdü qanımı,Qoymadı gəzməyəsə qalam, gedəm.

Novrəs İman1 dəq
Səni gördüm

Mus: Oqtay Kazıminindir*Yel toxundu yarpaqlara,

Cabir Novruz1 dəq
Görüşlə bitmədi bu hicran niyə

“Ayrılıq görüşlə bitir... tez olur”.Görüşlə bitmədi bu hicran niyə?

Həkimə Billuri2 dəq
Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

Xalq ədəbiyyatı5 dəq
Ömür kitaba bənzər

Ömür kitaba bənzər,Bəzən sona yetməmiş

Mədinə Gülgün19761 dəq
Ölümdən pis

Ölümdən - xəyanət pis,Ölümdən - rəzalət pis!

Əli Kərim1 dəq
I fəsil, 5

Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.

İsmayıl Şıxlı19956 dəq
Kəndimiz

Səhər-səhər dağa, daşa səs düşərYuxusundan oyananda kəndimiz.

Zeynal Cabbarzadə1 dəq
İradə çox olsa, təəssüb artar

İradə çox olsa, təəssüb artar,Qorxaqlıq çox olsa, gedər ixtiyar.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

Süleyman Rəhimov2 dəq
Şairlərdən seçmələr

پوشیده نماندبر ارباب علم و معرفت و اصحاب فطنت و خبرت مخفی و پوشیده نماند که نگارندهٔ سیاحتنامه در بعض مقام از کثرت تعصب در حب وطن و ملت و بی‌رونقی کار و کاستن ثروت مملکت خویش، خویشتن‌داری نتوانسته و عنان سخن از دستش به در رفته و در بعض مواقع از شعرا -که ارباب فضل و هنرند- با طعن یاد نموده. نباید قارئین محترم سوءظن در حق نگارنده فرمایند -«ان بعض الظن اثم.»

Zeynalabdin Marağayi15 dəq
Ey qəmər

Sən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...

Həbib Sahir1 dəq
Ey rəngi-rüxi-alına heyran gülü lalə

Ey rəngi-rüxi-alına heyran gülü lalə,Can qurban ola sən kimi bir qaşi hilalə,

Molla Pənah Vaqif3 dəq
Balaca mütəfərriqələr 20

– Ağa Dərviş, əhvalını genə pərişan görürəm, nə olub məyər?– Heç soruşma, kərbəlayı, əhvalım qolaydı.

Nəcəf bəy Vəzirov19052 dəq
Namərd bir körpü saldı

Namərd bir körpü saldıDağda çayın üstündən,

Zeynal Xəlil19681 dəq
Bakı

Bir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…

Almas İldırım1 dəq
"Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə

(Redaksiyaya məktub)Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm.

Firidun bəy Köçərli19107 dəq
Məni

Bar ilahim,qismət eyləYara yoldaş elə məni.

Aşıq Abbas Tufarqanlı1 dəq
Ol gün ki çıxdı Şişədə meydana dördaşıq

Ol gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.

Əliqulu Qəmküsar1 dəq
Xəzər köksümdədir

Xəzər köksümdədir,fırtınası, tufanıyla.

Balaş Azəroğlu19711 dəq