Student

Studentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,

Abbas Səhhət19121 dəq
Məndən

Dağlar, sənin ilə həmdəm olmada,Əsirgərsən indi qarı da məndən.

Aşıq Qurbani1 dəq
Nəğmə çələngi

Sevdiyim sənətkarın şərəfinə*Yığışsın məclisə əhli-ürfanlar,

Tofiq Bayram3 dəq
Hardasan

Sən – qəhqəhə,Mən göz yaşı.

Mirvarid Dilbazi1 dəq
Mərsiyə

Gecəni atəşi ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi güllə-baran eylədilər!

Qabil2 dəq
On ikinci şəkil

Cavanşirin sarayı. Ordu başçıları və məsləhətçilər Cavanşirin başına toplaşmışlar.*Cavanşir xəritədə nə isə göstərir, hamının diqqəti ondadır.*

Mehdi Hüseyn4 dəq
Yüzdə mindimi

O gözəl varağın, xətti-camalıÖzü bir, mətləbi yüzdü, ə, mindimi?

Novrəs İman1 dəq
İttiham poeması…

ISizdən soruşuram, sizdən,

Cabir Novruz199013 dəq
Yadıma düşdü

Yenə vətən həsrəti yaxıb yandırır məni.Bəzən şirin yuxudan o, oyandırır məni.

Həkimə Billuri19562 dəq
Aşı mollanın, başı mollanın

Bir gün molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini tutdu, ikisi də ona yaxınlaşdı.Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki, uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda bir motal da göründü. Ancaq molla nə qədər can atdısa, altıncı motalı tuta bilmədi.

Xalq ədəbiyyatı1 dəq
Mən tənha deyiləm

Çox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.

Mədinə Gülgün19761 dəq
Çiçəklər iclasda

Çiçəklər iclasa birinci gəldi;Onların ətirdən sözləri vardı.

Əli Kərim1 dəq
I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

İsmayıl Şıxlı19959 dəq
Əziz vətən

Vətənimiz bir xəzansız bağçadır,İllər boyu nobaharı var onun.

Zeynal Cabbarzadə1 dəq
Sənətin fırçası köhnə, şahkar--

Sənətin fırçası köhnə, şahkar--Bir işi etməzsə bizə aşikar,

Abbasqulu ağa BakıxanovRübai1 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

Süleyman Rəhimov19442 dəq
Şairlərdən seçmələr, 3

دقیقی طوسی، معاصر فردوسیگویند که صبر کن تو را صبر بر دهد آری دهد، لیک به عمر دگر دهد

Zeynalabdin Marağayi10 dəq
Dalğalar qabarmış

Xatirət dəftərindən*Dalğalar qabarmış, açılmış güllər,

Həbib Sahir1 dəq
Vəh, bu bağın nə əcəb sərvi dilaraları var

Vəh, bu bağın nə əcəb sərvi dilaraları varHər tərəf tazə açılmış güli-rənaları var,

Molla Pənah Vaqif1 dəq
Balaca mütəfərriqələr 23

Təbriknamə*– ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?!

Nəcəf bəy Vəzirov19051 dəq
Koroğlunun qocalığı

Əsli eldən alınmışdır*Tüfəng çıxdı mərdlik getdi, ay haray,*

Zeynal Xəlil194516 dəq
Bir səs gəlir uzaqdan

Bir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?

Almas İldırım1 dəq
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

Firidun bəy Köçərli192510 dəq
Ya mən deyiləm

Nə baxırsan gözü qanlı haramı?Sən deyən günahkar ya mən deyiləm.

Aşıq Abbas Tufarqanlı1 dəq
Bildir cümələrdə dükan açmazdı cəmaət

Bildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.

Əliqulu Qəmküsar1 dəq
Dəniz, Heminquey və mən

ÖnümdəDünyanın qaragözlü pərisi,

Balaş Azəroğlu19681 dəq
Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi

Ləzgi Əhməd:**Səndən xəbər alım, ay Dədə Qasım,

Xəstə Qasım1 dəq
Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsi

Aşıq Heydər:Hanı Ağbabanın uca dağları?

Aşıq Heydər2 dəq
Nuxada Axund Fərəculla cənablarına

Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!

Ömər Faiq Nemanzadə19072 dəq
Türki qəzəl 16

Saqiya, meydən rəfu qıl çak bolmuş könlümüQıl bu isi qan ilə peyvənd üzülmüş könlümü

Saib TəbriziQəzəl1 dəq