Var

Dəryayi-həyatda bir qala gödüm,Madərə buyruqçu cümlə dəsi var.

Novrəs İman1 dəq
Öz doğma yurdunda qaçqınlar

Yurd-yuva həsrəti çəkirlərÖz ana yurdunda qaçqınlar.

Cabir Novruz19921 dəq
1979

1979!Könül açan,

Həkimə Billuri1 dəq
Ağlına gəlməz

Günlərin birində Molla evə gəlib baxır ki, içəridə oğru var. OğruMolladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalırlar.

Xalq ədəbiyyatı1 dəq
Mən tənha deyiləm

Çox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.

Mədinə Gülgün19761 dəq
Çətin görüş

Mənə elə gəlir ki,Bir həftə,

Əli Kərim2 dəq
II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

İsmayıl Şıxlı19954 dəq
Bakı

Üfüqdə hər səhər söküləndə dan,Şirin yuxusundan oyanan Bakı.

Zeynal Cabbarzadə1 dəq
Bürümüş tənimi, canımı fəraq

Bürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.

Abbasqulu ağa BakıxanovRübai1 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

Süleyman Rəhimov19445 dəq
Şairlərdən seçmələr, 6

فردوسیاسمش میرزا ابوالقاسم طوسی -علیه‌الرحمه- پادشاه شعرا و ممدوح شاه و گدا، شاعر به آن هنروری مادر جهان نزاییده. با وجود صدها رقیب که همه در فنون شعر ماهر مانند عنصری و غیره لاف «انا ولا غیر» زدندی، تمام اوقات خود را صرف نمودند که نکته‌ای گیرند به او و ایرادی به وی آورند، موفق نشدند و از حسرت مردند، در علوم ریاضی و رجال و منطق و تاریخ سرآمد دوران و مشار بالبنان بود و در حقیقت زبان و رسوم ایران را زنده کرد. علاوه از فن شعر، چند هزار بیت در یک بحر و وزن سرودن سهل نیست، آهنگ اشعار آن مرد دانای بزرگوار، از ابتدا تا انتها، حالت غریب دارد، خواننده و شنوندهٔ کلام آن، شیخ و شاب را قوهٔ شجاعت حاصل گردد به نوعی که گویا در میدان رزم حاضر است؛ و کتاب او در نزد هر قوم با عزت و احترام است. عالی‌جنابی و غنی طبعی او به حدی که زحمات چندین سالهٔ خود را در آنی به حمامی و دلاک بذل فرمود، و حفظ شرافت شأن خود را در هر السنه و افواه جاری نمود، چنانچه ترجمهٔ حالش را مختلف به السنهٔ خارجی نموده‌اند، نه مانند شعرای عصر ما که تملق و مبالغه را شعار ساخته‌اند.

Zeynalabdin Marağayi12 dəq
Yol ver keçim

Tökülsün suların üzünə,Ağaclardan qopan yarpaqlar,

Həbib Sahir1 dəq
Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah

Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah,Şərm edər onun üzündən mahi-ənvər hər sabah,

Molla Pənah Vaqif1 dəq
Balaca mütəfərriqələr 33

Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:

Nəcəf bəy Vəzirov19072 dəq
Şairin yuxusu

(dramatik poema)*İştirak edənlər

Zeynal Xəlil3 dəq
Bir gün

Sanma getməz başımdan bu kəşvətli buludlar,Şimşək olub üfüqdən yenə çaxacağam mən.

Almas İldırım1 dəq
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

Firidun bəy Köçərli192510 dəq
Gülgəz

Qurban olum səni çəkən nəqqaşa,Yetirdin dəstimi damana, Gülgəz!

Aşıq Abbas Tufarqanlı1 dəq
Naxçıvan dumasına gər o kəsin düşdü işi

Naxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.

Əliqulu Qəmküsar1 dəq
Qara dəniz

Qara dəniz, Qara dəniz,Sahilində uzanmışam,

Balaş Azəroğlu19602 dəq
Dəli könül, məndən sənə əmanət

Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.

Xəstə Qasım1 dəq
Var

Dediyini yaxşı qandım,Hər yerin pələngi var,

Aşıq Heydər1 dəq
Müəllimlərimiz nə üçün Bakiya qaçırlar

Bizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Her kəs o işin, o sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sovdagarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır.Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəlimlərimiz nə üçün kəndlərdən qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzərdiqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”. “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darülmüəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firudin bəyin meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büzüb oturulmadı.

Ömər Faiq Nemanzadə19068 dəq
Qəsidə 39

Dərya təbim şeirdə çün gövhərəfşan eyləyər,Ağzını açmaz sədəf, dürrü o pünhan eyləyər.

Saib TəbriziQəsidə4 dəq
Rübai 189

Xaqani, xoşluqla həyat sür müdam,Qəm yemə, dünyadan almadınsa kam.

Xaqani Şirvani1 dəq
Qəzəl 188

Razıyam könlümü bir zülfi-sitəmkar apara,Sına, hər parəsini zülfdə bir tar apara.

Məhəmməd FüzuliQəzəl1 dəq
Cami-Cəm, fəsil 2

Ey ağla, kamala yaraşıq verən!Ey cism ilə cana lütf göstərən.

Əvhədi MarağalıMəsnəvi6 dəq
Millət

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.

Cəlil Məmmədquluzadə2 dəq
Şuna yitdi nigârînâ nizârî

Şuna yitdi nigârînâ nizârîKi göresin yirümüze mezârı

Qazi BürhanəddinQəzəl1 dəq
Şərəfnamə, fəsil 37

Saqi, dur şərabla könlümü güldür,Bu işdə səbrinə bir ölçü götür.

Nizami GəncəviMəsnəvi11 dəq