Gəl yetiş

Bir hökmü-xudanın elmin açarı,Nəzər eylə bu cavana, gəl yetiş.

Novrəs İman1 dəq
Dəli kimi bayılmağım gəlir hərdən…

Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.

Cabir Novruz2 dəq
Bir nəğmə itirmişəm

Bir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.

Həkimə Billuri1 dəq
Paşa, sənə nişan verim Qıratı

Paşa, sənə nişan verim Qıratı,Əbrişim ipəkdən yalı gərəkdi.

Xalq ədəbiyyatı1 dəq
Ağ badam çiçəkləri

Təbrizdə badam ağacları çox*Borana düşdü yenə,

Mədinə Gülgün19831 dəq
Sənin baxışını

Sənin baxışınıyığdım gözümə.

Əli Kərim1 dəq
IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

İsmayıl Şıxlı19956 dəq
Ayaq səsləri

Yadımdadır, hər axşam, nurlu günəş batandaMənim uşaq qəlbimin öz günəşi doğardı.

Zeynal Cabbarzadə2 dəq
Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması

Vəzir gordu olkə daha gunbəgun gedir əldən,Səltənətin bunovrəsi sarsılır hey təməldən.

Abbasqulu ağa Bakıxanov18283 dəq
Məhtaban 5

Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü! Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfərrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? “Papağınla vur, yıxılmadı qız malındır!”. Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmməd qızını meşələrin cır alması kimi vaxtından əvvəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızını sındırıb qırışdıra bilməmişdi.Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxarı olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.

Süleyman Rəhimov8 dəq
Osmanlı və İran, Müqəddəs duaların sonu

تاج و تخت ایران از عالم غیب ودیعهٔ دست ملت ایران است که هر کس را شایسته و قابل دانند بدو سپارند و کسانی را که غیر قابل و متجاوز از فرمان حق دیدند از تاج و تخت کیان محروم سازند. چنان‌چه مسلمانان در عرض یک سال سه پادشاه ظالم متعدی را خلع و به جای آنان هر آن‌کو را لایق و شایسته، بر سریر سلطنت نشاندند.چنان می‌نماید که این سال، سال سعادت مسلمانان است. معلوم است که این وقوعات توجه تمام ملل را به سوی ترکیه و ایران معطوف ساخته. جای تشکر است که این دو ملت پس از آن که سال‌های دراز در زیر شکنجهٔ استبداد زار و زبون بودند هر دو یک دفعه هم‌آهنگ گردیده و به خلع پادشاه ظالم خود ابتدا نمودند. بلی! چون مرض، یکی بود درمانش هم منحصر بود. علاوه بر آن، قرابت مادی و معنوی این دو قوم ثابت و محقق گردید. باید دانست هم چنان‌که مشروطهٔ ایران عثمانی را تأیید نمود، خلع سلطان حمید هم مؤید و مشوق ایرانیان گردید در خلع پادشاه جبار ایران؛ و باید دانست بقاء این دو دولت بسته به آن است که پیوسته چنان‌چه معناً مؤید یکدیگرند مادتاً نیز در تأیید یکدیگر ثابت قدم و در سیاسیات نیز توأم حرکت نمایند، زیرا بقای هر یک بسته به بقای آن دیگری‌ست و لازم است به خطایای ماضی معترف و در آتی به تدارک و تلافی کوشند، زیرا خردمندان طرفین سنجیده‌اند که همهٔ این اختلافات را بانی و باعث حکم‌داران مستبد بوده‌اند که دوام و بقای خود را منوط و مربوط می‌دانسته‌اند به اختلاف آرای امت و نفاق فی‌مابین آنان، لذا همّ خود را به جعل بعضی خرافات صرف و نام آن خرافات را حدیث گذارده، به توسط علماء سوء در میان مردم عوام پراکنده نمودند. رفته رفته همان خرافات جای حدیث را گرفت و ابداً از سوء عاقبت نیندیشیده و اتفاق دیگران را در علیه خود پیش‌نظر اعتبار نیاوردند، اسلام را ضعیف و دشمنان را قوی ساختند. کار درجه‌ای را کسب نموده بود که فکر اتحاد امر محال می‌نمود. این اتفاقات حسنه -که هر دو ملت در یک زمان به طلب مشروطه برخاسته و در طلب آزادی هم‌آواز گردیدند- آنان را به یکدیگر معرفی نموده و رشتهٔ علاقه مادی و معنوی را در بیان آنان استحکام داد، چنان‌چه یک عثمانی دیده نمی‌شد که از مصائب ایرانیان متألم و متأثر نباشد و مطبوعات عثمانی، از ترک و عرب، از همدردی دمی نیاسودند و هکذا یک ایرانی یافت نمی‌شد که شرکت در شادی برادران عثمانی نکرده باشد، بلکه کافهٔ زنان و کودکان ایرانی در این عیش ملی وجداناً با عثمانیان شرکت داشتند.

Zeynalabdin Marağayi11 dəq
“Sazımın sözü” şairinə

I**Sən ey əziz Qaraçorlu,

Həbib Sahir4 dəq
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,

Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.

Molla Pənah Vaqif1 dəq
Əvvəlinci məclis

Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır.*Cənnətəli ağa** (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı.

Nəcəf bəy Vəzirov18918 dəq
Mən odlu bir qılıncam

İgid oğlan, min ata,Döyüşə apar məni.

Zeynal Xəlil19731 dəq
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs

Kazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:

Firidun bəy Köçərli19251 dəq
Hacılar, ay hacılar, can sizə qurban hacılar

Hacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.

Əliqulu Qəmküsar2 dəq
Gəlin, dostlar, gəlin

Gəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.

Balaş Azəroğlu2 dəq
Qəzəl 403

Kənara çəkmə üzündən ol ənbər əfşanı,Amandı, qırmagınan bu dili-pərişanı.

Saib TəbriziQəzəl2 dəq
Qitə 113

Ey xacə, Xaqaninin üzündən suyu tökmə!Töksən, bu su ömrünü zavala məhkum edər.

Xaqani Şirvani1 dəq
Qəzəl 343

Sinəm yarıldı, oldu ürək ləxtə-ləxtə xun,Hər ləxtə parə-parə düşüb, oldu sərnigun.

Məhəmməd FüzuliQəzəl1 dəq
Cami-Cəm, fəsil 36

Zülmün zülmətindən zülmət olar yol,Ədalət olmalı qoşuna sağ-sol.

Əvhədi MarağalıMəsnəvi5 dəq
Yığıntı

Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).

Cəlil Məmmədquluzadə1 dəq
Binüm bu derdüme billâh şifâ gerekmez mi

Binüm bu derdüme billâh şifâ gerekmez miBinüm bu sıdkuma billâh safâ gerekmez mi

Qazi BürhanəddinQəzəl1 dəq
Sirlər xəzinəsi, fəsil 12

Bu qədər gözəl gülü tərənnüm eyləyən mənBir bülbüləm bağında könül açan, nəğməzən.

Nizami GəncəviMəsnəvi4 dəq
Nizamüddövlə bağında

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

Məmməd Səid Ordubadi16 dəq
Qəzəl 87

گر دل برفت، مسکن جانها بکوی تستگر عقل رفت، جرعه ما در سبوی تست

Qasım ƏnvarQəzəl1 dəq
Qəzəl 171

ای از لب تو تنگ شکر آمده به تنگروی تو کرده لاله و گل را خجل به رنگ

İmadəddin Nəsimi2 dəq
Töhfeyi-Sami, bölmə 285

زاوه قصبه ایست ازولایت خراسان و ریاضی مذکور در زمان سلطان حسین میرزا بایقرا بعضی اوقات بقضای آن اشتغال داشت و بواسطه امری که خلاف شرع بود و از او سر زد از آن منصب عزل شد، بحکم پادشاه مذکور تاریخ وقایع زمان او را برشته نظم کشیده و آن مثنوی موازی هشت هزار بیت است. در تاریخ فتح خراسان و قتل شیبک خان این بیت گفته بود :بود تاریخ قتل ازبک و فتح خراسانش

Sam Mirzə1 dəq
Əflatun

Bir şəxs Əflatun-həkimdən sual elədi ki, çox illər cəhazda dəryasəfəri qıldın. Dəryada nə əcayib gördün?

Seyid Əzim Şirvani1 dəq