Bir, iki, üç kərə

Söyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.

Cəfər Cabbarlı3 dəq
Ay pəri

İncimişəm bir sözündən,Gəl könlümü al, ay Pəri.

Şair Məmmədhüseyn1 dəq
Bir gün dodağımda qırıldı sözüm

Bir gün dodağımda qırıldı sözüm,Qaldım bir kəlmənin əlində əsir.

Sabir Rüstəmxanlı1 dəq
1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni

“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz....Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.

Mirzə Fətəli Axundzadə5 dəq
Birinci Dumanın iniqadı münasibətilə söylənmişdir

Olub əfradi-millətdən bu gün təşkil bir məclis,Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət,

Məhəmməd Hadi2 dəq
Şeir 82

اشک طرف دیده را گردید و رفتاوفتاد آهسته و غلتید و رفت

Pərvin Etisami2 dəq
Ulduz yolu və dolu

Yağış, yağış, yağış deyibdörd gözlə gözlədilər yağışı;

Rəsul Rza19622 dəq
Gəlmişəm pambıqlar diyarından

Gəlişim yaxındadır,Pambıqlar diyarından;

Əhməd Cavad1 dəq
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi

Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.

Hüseyn CavidQəzəl1 dəq
Rübai 6

دیروز چه گُل‌های جهان‌افروزیامروز چه سرمای گلستان‌سوزی

İrəc MirzəRübai1 dəq
Xəzər romansı

Axşamdan ləpə yorğun,Dəniz özünə vurğun.

İslam Səfərli1 dəq
Vaxt aldanmadı

Qızıla mis qatdılar,bala - şəkər,

Bəxtiyar Vahabzadə19971 dəq
Qəzəl 96

تا کی در انتظار گذاری به زاری‌امباز آی بعد از این همه چشم‌انتظاری‌ام

Məhəmmədhüseyn ŞəhriyarQəzəl1 dəq
Bir sevginin meyvəsi

İki cavan ilk dəfə dayansa da üz-üzəKöhnə, əziz tanışdı baxışları elə bil.

Qasım Qasımzadə2 dəq
İkinci şəkil

Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol*tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmüş,*

Əbdürrəhim bəy Haqverdiyev8 dəq
Könül bir yarı sevdi kim, pəridir

Könül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!

Şah İsmayıl XətaiQəzəl1 dəq
Çoban (Əfsanə)

Ey öz tarixinin memarı insan!Çox zaman göylərə baxdın hərasan.

Mikayıl Müşfiq28 dəq
Fəryadi-intibah yaxud amali-vətənpərvarənə

Ayıl, ey ümməti-mərhumə, ayıl!Ayıl, ey milləti-məzlumə, ayıl!

Abbas Səhhət19061 dəq
Pəri

Eşitdim sədanı, gəldim buraya,Dedilər dərs alır Qurana Pəri.

Aşıq Qurbani1 dəq
Çadra tapılmadı

Yavaş-yavaş aralanır məxmər pərdələr,Çil-çıraqlar ağ salona səpir nurunu...

Tofiq Bayram2 dəq
Oxu, Zeynəb!

Vətən bülbülü Zeynəb Xanlarovaya*Bir bülbülsən gül bağında,

Mirvarid Dilbazi19981 dəq
Ümid sənədir ancaq...

Uzanır danışıqlar,İmzalanır sənədlər.

Qabil19962 dəq
Bulaq suyu, dağ havası

İki kəlmə, adi, sadə,Bulaq suyu, dağ havası.

Cabir Novruz1 dəq
Olacaq ölkəmiz yenə gülşən

Qızarar gül kimi şəfəq bir günAlar əflak onda nurü-ziya.

Həkimə Billuri19471 dəq
Heykəl və insan

O, günlərlə,aylarla

Əli Kərim1 dəq
Öyrən istiyə, soyuğa

Oğlum Etibara*Yollar hamar deyil oğul,

Mədinə Gülgün19811 dəq
Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

İsmayıl Şıxlı19573 dəq
Qəzəl 5895

Köksüm dağını taci-Firiduna vermərəm,Üryan tənimi ətləsi-gərduna vermərəm.

Saib TəbriziQəzəl1 dəq
Qitə 168

"Yar"ı "Mar" hesab et, bətərdir, çünki,Marın zəhərindən yarın zəhəri.

Xaqani Şirvani1 dəq
Qəzəl 174

Başımda üzünün şəmi sevdası olmadıqca,Sinəm yanıqlı, könlüm yüz tikə, gözüm yaş deyildi.

Məhəmməd FüzuliQəzəl1 dəq