Aliagha Vahid: Love
Könül, vəfalı olan yarə etibar eylə,Vəfalı olmayanı cəhd qıl, kənar eylə.
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!
Pabəstə olmasaydım o geysuyi-pürxəməPabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.
Ah, kim hər gün yetər min qəm dili-naşadiməAh, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
Səbr eylə, könül, möhnəti-hicranə, tələsməSəbr eylə, könül, möhnəti-hicranə, tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!Hilalı zülməti-şəbdə bulud içrə nihan etmə!
Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanəSalıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə,Görünmür taği-əbrulər, düşübdür bəs ki pünhanə.
Mənə hərdən baxır ol sevgilim biganə-biganəMənə hərdən baxır ol sevgilim biganə-biganə,Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Aşiqəm hüsnünə, ey gül, deyiləm biganəAşiqəm hüsnünə, ey gül, deyiləm biganə,Yanıram atəşi-eşqə, necə bir pərvanə.
Zülm qılma, gözəlim, rəhm elə, gəldim canəZülm qılma, gözəlim, rəhm elə, gəldim canə,Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.
O gül ki, naz qılardı məni-pərişanəO gül ki, naz qılardı məni-pərişanə,Mən indi naz edirəm ol gülüzlü cananə.
Salıbdı fitnə iki gözlərin cəhanə yenəVaqifSalıbdı fitnə iki gözlərin cəhanə yenə,
Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənəÇox etmə qaş-göz ilə, sevgilim, işarə mənə,Ürəkdə hər nə sözün var, de aşikarə mənə.
Axır ağlatdın məni, biganələr gülsün mənəAxır ağlatdın məni, biganələr gülsün mənə,Şəm tək yaxdın məni, pərvanələr gülsün mənə.
Sənsiz yerim behişt ola, qəmxanədir mənəSənsiz yerim behişt ola, qəmxanədir mənə,Kim aşina deyil sənə, biganədir mənə.
Nədən yaraşmadım, ey yari-mahiparə, sənəNədən yaraşmadım, ey yari-mahiparə, sənəKi, bəlkə, xəlvəti əğyar edib işarə sənə?
Canan, nə etmişəm, belə biganəyəm sənə?Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Ürəyimdə o qədər sevgi varımdır VətənəÜrəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Mail oldu könlüm ol mahin ruxi-zibasinəMail oldu könlüm ol mahin ruxi-zibasinə,Payibənd oldu siyəh geysuyi-müşkasasinə.
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarəMəcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,Leyliylə nə karın var, qoysun səni avarə”?
Hər kim mənə tən eyləsə meyxanələr içrəHər kim mənə tən eyləsə meyxanələr içrə,Qan olsun onun badəsi peymanələr içrə.
Ey namə, tez yetir özünü yar olan yerəEy namə, tez yetir özünü yar olan yerə,Bülbüldən ərzi-hal elə, gülzar olan yerə.
O qara zülf ki, hərdəm dolaşır şanələrəO qara zülf ki, hərdəm dolaşır şanələrə,Göstərir eşq kəməndin dili-divanələrə.
Əcəb oldu, gözəlim, uymadın əğyarlərəƏcəb oldu, gözəlim, uymadın əğyarlərə,Layiq olmaz, gül əgər həmdəm ola xarlərə.
Tags are assigned automatically from keywords and refined by editors.