Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.
XanımlarSerbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər.Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü.
Qəyyumluq kantoruDinli, imanlı, ədalətli, ibadətli, ağzıdualı, əli təsbehli hacıları Allah-taala dünyada nədən ötrü xəlq eyliyib?Ondan ötrü ki, ölülərimiz vəsi və qəyyumsuz qalmasınlar və yurdları kor olmasın və mallarını zorba-zorlular yeyibdağıtmasınlar və mövqufatlar ara yerdə puç olmasın.
Üç yüz milyon maşallahAxır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.
Xeyirxahlıqİrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
Kəc qabırğaNorveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.
İcazeyi-ictihadCümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.
SəhvBu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:
Nişanlı bir qızMüzlüm gecədə nişanlı bir qızBir hüznü ələm içində yalqız,
Nə vaxt?Ölülər elə bilir ki, dirilər halva yeyir. Nemət Bəsir cənabları (həyə, bu necə addı?!) elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. İrəvanlılar Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada münəzzəm gecə kursları var. Həştərxanlıların məktəbi bağlananda indi yəqin deyirlər ki, “Ax kaş biz tiflisli olaydıq ki, uşaqlarımız müfti və şeyxülislam şkolalarında elm (eyib olmasın) təhsil eləyəydilər”.Şamaxılılar indi öz yanlarında, söz yox, həmşəhərliləri olan Hacı Seyid Məhəmməd Ağadan çox-çox narazıdırlar ki, onları atıb, gedib əyləşib Aşqabadda və çıraq öz dibinə işıq salmayan kimi, bu nainsaf, hər nə ki, əlindən gəlir, aşqabadlılara eləyir (və müzayiqə də ki, yoxdur: hava qaranlıq, su da lil! Hər nə bilirsən elə. Keçəl-küçələ Allah bərəkət versin!).
QatmaqarışıqBilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır?Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”.
Şeyx MəhəmmədLənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.
Əmali-mahi-rəməzan1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Rəşt yanğınının planıAğayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı.Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
QəzetlərimizMöhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?!Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.
ZinaHər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər.Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər.
Mustafabəy ƏlibəyovBakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.
Məhəmmədəli MirzəBurada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.Gələk mətləbə.
QohumluqDarvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”.İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər.
MüsəlmançılıqHər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.
ƏlifbaLazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Kişi gəlirMən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
Zənciri-müqəddəsAprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
Qondarma bəylərBir balaca müqəddəməQa-aqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.
FahişəxanaMən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.
Firqələr davasıAllah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.
Vətən xadimləriDibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum: