Seyid Azim Shirvani · Poetry
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Dolanım başuva, ey nazlıca yarım, bəri bax,İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
Yarım kimi bir sərvqədü gülbədən olmaz.Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Mehri-rüxsarüvi dil mahi-səmadən seçməzMehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.
Tiğ etsə xətin pak sənə bir zərər olmazTiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Bu hüsnü lətafətdə yəqindir bəşər olmazBu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Gəldi bahar, gəlmədi ol gülüzarımızGəldi bahar, gəlmədi ol gülüzarımız,Ya rəb, görüm xəzanə dönə novbaharımız.
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
Könül təpidələnir, yoxsa nazlı yar gəlirKönül təpidələnir, yoxsa nazlı yar gəlir,Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir?
Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?Dedim: ey gül, niyə etdin məni zülfündə əsir?Dedi: divanə olan şəxsə gərəkdir zəncir.
Göstərir məscidi zahid ki, bu iyman yoludurGöstərir məscidi zahid ki, bu iyman yoludur,Bunu da bil ki, könül, meykədə ürfan yoludur.
Əgərçi həşrdə peyda o sərvqamət olurƏgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Ol üzü xurşid kim aşiqlərin cananıdırOl üzü xurşid kim aşiqlərin cananıdır,Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.
Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylərGəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər,Salır bir fitnə, canım, qorxuram axırda qan eylər.
Kim ki, Seyyid, özünə bir gözəli yar bilirKim ki, Seyyid, özünə bir gözəli yar bilir,Nə qədər cövr eləsə canə səzavar bilir.
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olurHər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.
Ey gül, sənə hali-dili-şeydanı deməzlərEy gül, sənə hali-dili-şeydanı deməzlər,Hali-dili-zari-məni-rüsvanı deməzlər.
Yüz sərvi-xuraman ola, könlüm səni istərYüz sərvi-xuraman ola, könlüm səni istər,Yüz baği-gülüstan ola, könlüm səni istər.
Ləbini açsa o gül məhfilə şəkkər tökülürLəbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Zülfüvə zülməti-dövran dedilər, gerçək imişZülfüvə zülməti-dövran dedilər, gerçək imiş,Ləbüvə çeşmeyi-heyvan dedilər, gerçək imiş.
Alışdım odlara, aldım dili-divanədən atəşAlışdım odlara, aldım dili-divanədən atəş,Düşübdür aləmi-imkanə bu kaşanədən atəş.
Sərv hərçənd rüunətdə qədin tayı degilSərv hərçənd rüunətdə qədin tayı degil,Bu qədər var, sənin kimi o hərcayi degil.
Gülşənlər içrə gər açıla səd həzar gülGülşənlər içrə gər açıla səd həzar gül,Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül.
Ta səhər şami-fərağın kövkəbəfşandır gözümTa səhər şami-fərağın kövkəbəfşandır gözüm,Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.
Neylirəm gülzarı kim, sən gülüzarımsan mənimNeylirəm gülzarı kim, sən gülüzarımsan mənim,Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.
Əgərçi sənsiz olur əhli-eşqə badə həramƏgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.
Dözməyib hicrə, könül, hər gecə fəryad etdinDözməyib hicrə, könül, hər gecə fəryad etdin,Axır ol mahı mənim qətlimə cəllad etdin.
Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdinBəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin,Axır ol zülfü mənim boynuma zəncir etdin.
Kim ki, istər özünü sərvəri-əyyam eləsinKim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.
Şivəsi gah qəzəb, gəh rəvişi naz olsunŞivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədinCəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.