Ümid

Qorxmuram, düşmənim qoy min-min olsun.Neyləyər mənə?

Bakhtiyar Vahabzadeh19671 min
Ghazal 51

مسافری که به رخ اشک حسرتم بدوانددلم تحمل بار فراق او نتواند

Mohammad-Hossein ShahriarGhazal2 min
Vəfa

Ay qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.

Gasym Gasymzade1 min
Həmşəri pasportu

Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:

Abdurrahim bey Hagverdiyev7 min
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir

Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.

Shah Ismail KhataiGhazal1 min
İkinci şəkil

Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**

Ilyas Afandiyev19912 min
Ay qız

Sən də alıb ələ bir qızıl rübab,İncə tellərini dinləndir, ay qız.

Mikayil Mushfig1 min
Qarı və qulluqçuları

Bir qarının bir xoruzu var idi,Hər gün obaşdandan o banlar idi.

Abbas Sahhat19071 min
Dönübdü

Hicran gecələri qayğı çəkməkdən,Əlif qəddim əyri yaya dönübdü.

Ashiq Qurbani1 min
Evə qayıdırıq

Çatsaq da rütbəyə, ali savada,Adi fəhlə kimi işləsək də biz,

Tofiq Bayram2 min
Təki arada qan olmasın

Sel kükrəsə çaylar daşar,Fəlakət həddini aşar,

Mirvarid Dilbazi19891 min
Səkkizinci şəkil

Nizaminin evi; gecədir. Pəncərədə yanan çıraq otağa ölgün bir işıq salır. Dibdə şairin kitabları görünür. Xədicə pəncərəyə yaxın oturub qabağında beşiyi yırğalayır.*Afaq**

Mehdi Huseyn8 min
Anamın qanı...

(novella)*Anam Suğranın xatirəsinə*

Qabil2 min
Maralgöl sükutu

Maralgölə qonaq getdim yaz vədəsində,O qızılı, o almazı, o zəri gördüm.

Jabir Novruz2 min
Bilmədim

Nə gördüm yuxuda gizlin, aşikar,Olan sirri-kirdigarı bilmədim.

Novras Iman1 min
Mənim xalqım

Xalqımı çox sevirəm, çox.Ona mənsub olduğum üçün yox,

Hokuma Billuri1 min
Mənəm

İstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,

Folk literature1 min
Hərdən

Kimsə bir dost kimi yad edir məni,Hardasa nəğməmi oxuyan olur.

Madina Gulgun19711 min
19

Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.

Ismayil Shykhly195410 min
Bakı

Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.

Zeynal Jabbarzade1 min
Həmişə səfərdə

Qatarlar dayananda,Təyyarələr enəndə,

Ali Kerim1 min
Dərgahda olmaq bir böyük dövlətdir

Dərgahda olmaq bir böyük dövlətdir,Ona qulluq etmək bir səadətdir,

Abbasgulu agha BakikhanovRubai1 min
XII

Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.

Suleyman Rahimov19445 min
Qrizantım gülləri

Açılmışdı qrizantım gülləriXəzan olmuş bağçamızda bir səhər.

Habib Saher1 min
Bir-birinə həmdəm iki növcavan

Bir-birinə həmdəm iki növcavan,Biri güldür, biri gülgəz yanaqlı,

Molla Panah Vagif1 min
Dördüncü məclis

Vaqe olur həmin mənzildə.*Ağa Kərim xan** (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.)

Najaf bey Vazirov8 min
Pəncərədən gördüm səni

Gözəl bir yay axşamıydı.Küçəmizdən keçən zaman

Zeynal Khalil19672 min
Yakov Semyonoviç Qoqoebaşvili

Bu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.

Firidun bey Kocharli19122 min
Moskva

Orda hürr ölkələri saran zəncirin ucu,Orda puç Neronların ölüm, qan yayan gücü.

Almas Ildyrym2 min
Eyləsin

Duman, gəl get bu dağlardan,Dağlar taza bar eyləsin.

Ashiq Abbas Tufarqanli1 min