Мирза Фатали Ахундзаде: Эпоха просвещения
Cənab Ruhül-qüds!“Kəmalüddövlə”nin mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Lakin onu sizin özünüzün məsləhət gördüyünüz şəxsdən başqa, sizə gətirmək üçün heç kəsə tapşıra bilmərəm. Bir də sizin ikinci məktubunuzdan mən və Şeyxülislam sizin İstanbuldakı hazırkı vəziyyətinizi başa düşdük ki, nədənsə, qəlbiniz bir qədər kədərlənmişdir. Əlbəttə, bu ürək sıxıntısının başqa bir səbəbi yoxdur. Səbəb ancaq odur ki, sizin müasirləriniz fikrinizi və sözlərinizi başa düşmürlər və lazım olan hümmət və qeyrətə malik deyildirlər.
Mirzə Mustafa xanaƏzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar**Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin!
Əli xanaƏzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin!**Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz.
Mirzə Melkum xanaRuhi-rəvanım, Ruhül-qüds!Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram.
Cəlaləddin Mirzəyə1871-ci il mayın 20-də şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti**Nəvvab-əşrəf-əmcəd, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.
Cəlaləddin Mirzəyə (ayrıca məktub)Ayrıca məktubun surəti**Şahzadə!
Həsənəli xana1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır**Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır.
Mirzə Melkum xana1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!
Mirzə Melkum xana1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Mirzə Melkum xana (ayrıca məktub)1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti**Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti**Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir.
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti**Əzəmətli ağam!
Mirzə Melkum xana1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti**Ruhi rəvanım, Ruhül-qüds!
Cəlaləddin MirzəyəFətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərilmiş məktubun surəti**Həzrət-əşrəf, alinəsəb, azadə şahzadə Cəlaləddin Mirzə, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.
ManukciyəZərdüştilərin Tehranda yaşayan rəhbəri əziz dostum Manukci Sahibə yazılmış 29 iyul 1871-ci il tarixli məktubun surəti**Mənim əziz və mehriban dostum Manukci Sahib! Allah ömrünüzü artırsın!
Cəlaləddin Mirzəyə1871-ci ilin sentyabr ayında həzrət-əşrəf şahzadə Cəlaləddin Mirzəyə yazılmış məktubun surəti**Həzrət-əşrəf və əmcəd-vala, alinəsəb şahzadə Cəlaləddin Mirzənin, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm:
Mirzə Melkum xanaRuhi-rəvanım, Ruhül-qüds!Avropa təqvimi ilə sentyabrın 16-da göndərdiyiniz məktub yetişdi. Yeni yazı üsulu ilə yazılmış vərəqə çeçen əlifbası idi. Həmin əlifbanı xüsusi məktubla Rusiya səfarətxanasının dəftərxanası vasitəsilə sizə göndərmişdim. Bundan başqa, poçt vasitəsilə sizə başqa bir məktub da göndərmişəm. Səfarətxananın dəftərxanasından və poçtdan hər iki məktubu almışsınız, ya yox? Bu xüsusda mənə bir qədər aydın və aşkar yazınız!
Mirzə Melkum xana (ayrıca vərəqə)Ayrıca vərəqə**Cənab Ruhül-qüds!
Osmanlı nazirlərindən iki nəfərinə yazılmış məktub1871-ci il 14 oktyabr tarixində Mirzə Fətəli tərəfindən*Böyük ağalarım! Allah ömrünüzü uzun eləsin!
Mirzə Yusif xanaMirzə Yusif xan Müstəşarüddövləyə**Əzəmətli ağam, səadətiniz daimi olsun!
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan! Səadətiniz daimi olsun! Yazırsınız ki, cəlal sahibi sədr-əzəm cənab ları öz vəzifəsində İranda o işləri görəcəkdir ki, Böyük Pyotr Rusiyada görmüşdür. Ümid var ki, bizim həmvətənlərimiz tərbiyəsizlik bəlasından xilas olsunlar. Elə isə, mən Mirzə Fətəlinin sizin cəlal sahibi, yüksək və əziz cənabınıza təbrik yazmağımın yeri vardır.Lakin hər iddia üçün dəlil göstərmək lazım gəlir. Böyük Pyotr öz xalqını tərbiyəsizlik və savadsızlığın bəlasından xilas etmək üçün rusların köhnə əlifbasını ləğv edib, yeni bir əlifba tətbiq etmişdir. Sizin sədrəzəm cənabları isə köhnə əlifbanı saxlayır. Bəs hansı vasitə ilə o, bizim xalqımızı tərbiyəsizlik və savadsızlığın bəlasından xilas edəcəkdir.
Mirzə Melkum xanaRuhi-rəvanım Ruhül-qüds – Melkum xan!Mirzə Nəbi xanın oğlu sədarət məqamına çatdıqdan sonra bütün tehranlı dostlar məni unutmuşlar və mənim məktublarıma əsla cavab vermirlər. Mənimlə dostluq və tanışlıq əlaqəsini kəsmişlər.
Mirzə Melkum xana1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.