Əmali-mahi-rəməzan

1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.

Джалил Мамедкулизаде4 мин
Rəşt yanğınının planı

Ağayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı.Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur.

Джалил Мамедкулизаде2 мин
“İşıq”

Doğrudur, Bakıda çıxan “İşıq” qəzeti müsəlman qardaşları işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırar.Onuncu nömrəsində qəzetlərin bağlanmağından söhbət açıb baş məqaləsində deyir ki: “İttihadi-müslimin bizim ruhani əmalımızdandır və Rusiya hökuməti ittihadi-müslimin yolunda çalışan müsəlman yazıçılarını həmişə dost tutub. Rusiya hökumətinin baş vəziri biz müsəlmanların ruhani əmalımızı o dərəcədə xoşlayır ki, özü həmişə məscidimizə gəlib, axund Bayazitovdan namaz qılmaq dərsini alır ki, islam dininə müşərrəf olsun”. Sonra yazır ki, bir gün var idi, bir gün yox idi, bir qoca kişi var idi və bu qoca kişinin iki bədxasiyyət nəvəsi var idi. Bir gün nəvələrinin biri, Heydərqulu, babasından soruşdu ki: baba qələm sahiblərimizin tutulmağına sən nə deyirsən? Babası cavab verdi ki:

Джалил Мамедкулизаде1 мин
Ehsan

Axır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).

Джалил Мамедкулизаде2 мин
Fahişəxana

Mən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.

Джалил Мамедкулизаде1 мин
Firqələr davası

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.

Джалил Мамедкулизаде2 мин
Maarif dostlarına bəşarət

Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.

Джалил Мамедкулизаде2 мин
Vətən xadimləri

Dibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:

Джалил Мамедкулизаде2 мин
Əfradi-saleh

Hər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”.Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.

Джалил Мамедкулизаде1 мин
Cəfəngiyat

təmizlikBakı şəhəri keçən il indikindən də təmiz idi.

Джалил Мамедкулизаде1 мин
Yaxın Şərq məsələsi

Leyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür.Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir.

Джалил Мамедкулизаде2 мин
Ziyarət

Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)Zəvvar – Əssəlamün əleyküm!

Джалил Мамедкулизаде1 мин
Padvod

O gündən ki, qulağıma çatdı ki, hökumət rüşvət almağı tükətmək yolunda çox tədbirlər tökübdür, o gündən ki, eşitmişəm ki, hökumət bundan sonra rüşvət alanlara həddindən də artıq tənbeh elətdirəcək, – o gündən mənim beynimə bir söz düşüb: haman söz “padvod” sözüdür.“Padvod” – rusca arabaya deyirlər. Öz-özlüyündə söz elə pis söz deyil, hələ bəlkə lazımlı bir şeydir.

Джалил Мамедкулизаде2 мин
Qulağımız qızışıb

Bizim qulağımız qızışıb, onçun çox şeyləri görmürük, amma kənardan baxan çox təəccüb eləyir və çox da gülür.Mən bizim yazıları deyirəm. Əvvəl götürək dükanlarda və idarələrdə küçə qapısının başından asılan lövhələri. Pəh-pəh pəh!... zalım oğlu, nə gözəl yazıb! Hərflərin bir cərgəsi qızıl suyu ilə, bir sətri gümüş suyu ilə, bir sətri bir xəttlə, o biri hərfləri bir ayrı xəttlə – pəh-pəh, nə gözəl yazı, .... Amma... , vallah oxunmur, bilmirəm nə yazılıb.

Джалил Мамедкулизаде2 мин
Nə mərəkə!

Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış.Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli.

Джалил Мамедкулизаде2 мин
Pambıq

Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:

Джалил Мамедкулизаде1 мин
Qısaca

Sözü qısaca söyləməyin özü də hünərdir.Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir:

Джалил Мамедкулизаде1 мин
Uşaqlarımız

Cümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar?İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər.

Джалил Мамедкулизаде2 мин
“Mini-mini masallar”

Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:

Джалил Мамедкулизаде1 мин
Qız mütribləri

Məlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?

Джалил Мамедкулизаде1 мин
Ay qoçaq mülkədar!

Hey, necə gördün?A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?

Джалил Мамедкулизаде1 мин
Fars konsulu

Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.

Джалил Мамедкулизаде1 мин
Ticarət malının cinsliyi

Əvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur:Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər.

Джалил Мамедкулизаде1 мин
Piyanskalığın dərmanı

Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.

Джалил Мамедкулизаде1 мин
Hələ dəm alır

İyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?

Джалил Мамедкулизаде2 мин
Təzə müalicə üsulu

Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.

Джалил Мамедкулизаде1 мин
Dəxi nə istəyəcəklər?

Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.

Джалил Мамедкулизаде2 мин
Əsil məqsəd nə imiş

Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı:– Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır.

Джалил Мамедкулизаде2 мин
Türkcə kəlmələr haqqında araşdırmalar

Farsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır.Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq.

Джалил Мамедкулизаде2 мин
Orucluq

Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.

Джалил Мамедкулизаде2 мин