Джалил Мамедкулизаде · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.
Allah, bədnəzərdən saxla!Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.
İki cür möcüzTəzəlikdə Amerikada “Hiyufant” vilayətində təzə təsis olunan elektrik stansiyasına bəzi axmaqlar möcüz ad qoyurlar. Guya bu illətə ki, həmin elektrik stansiyasına iki yüz milyon at qüvvəsi əmələ gətirəcək. İyirmi milyon kilovat işıq verəcək və Şimali Amerikanın cəmi zavod və mədənlərinin yarısını işlətməyə və işıqlandırmağa qadir olacaqdır.Bu barədə Bakıda on yeddinci klubun zalında ramazanın 23-də professor Nikolayev tərəfindən müfəssəl məruzə oxundu ki, möcüz o deyil. Möcüz odur ki, həmən gecə qubalılar məscidində bir nəfər ləzgi istəyirmiş minbərə çıxıb xütbə oxusun. Elə ki, ağzını açıb, birdən yıxılıb və həmən saat can verib, ölüb. Həmən saat camaat həyəcana gəlib, bu işi möcüz hesab edib və fövri şeyx cənablarına üç yüz otuz manat pul yığıb, verib, dağılıblar.
Kəndlilərə yavıqBelə-belə sözləri qəzetlərdə çox yazanda mən qorxuram təzə həkimlərimiz bu sözləri öz üstlərinə götürələr. Çünki məlum şeydir ki, bu qədər xərc ki, cavanlarımızın ali təhsili yolunda qoyulur, kənd əhalisi də müntəzir ola bilər ki, darülfünundan ilbəil təhsilini tamam edən təbiblərimiz kəndli qardaşlarını yada salalar və bilələr ki, onlar ziyalı cavanların köməyinə çox möhtacdırlar.Amma mən bu barədə üzr istəyirəm və qəti surətdə deyirəm ki, novrəs təbiblərimizin kəndistana getməklərinin heç tərəfdarı deyiləm və bu iş də baş tutan iş deyil. Buna iki böyük səbəb var:
Qurban bayramıNecə ki mömin din qardaşlarıma məlumdur, üzümüzə gələn zilhəccə ayının onuncu günü Qurban bayramıdır ki, ərəb dilində ona “Eydi-Əzha” da deyilir.Bu bayramın əzəməti və şərafəti çox-çox böyükdür. Hətta inqilabdan qabaq Bakıda nəşr olunan “Azadixah” İslam ruznamələri və bizim ən məşhur əhli-elmlərimiz Qurban bayramının hörmətinə dair o qədər qələm çalardılar ki, məscidlərdə əmmaməli vaizlərimizə macal verməzdilər.
“Əncüməni-xeyriyyə”Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.
Aşura oğrularıİki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar.Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir.
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Unudulmuş elmlərRusiyanın Elmi Akademiyasının iki yüz illik yubileyimünasibətilə
MüsəllaBu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Qatıq ağdırmı, qaradırmı?Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.
DostMən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.
Nə dəxli var?Aptek müdiriBiri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir.
Din söhbətləriMən – müsəlmanam.Va müsəlman olduğum üçün həmişə öz islam dinimizi özgə dinlərdən ali və bərhəq hesab edirəm.
İngilis mədəniyyətiKeçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
İnsan və heyvanOrucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Bir qətrə göz yaşıBir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.
Allah var, yaxud çəki daşlarıHər kəs desə “allah yoxdur” – bil ki, yalan deyir. Axı insanın ağlı var; bəs bu dünyanı kim yaradıb?Hələ dəlili-əqli kənarda qalsın: bəs yüz iyirmi dörd min peyğəmbərə nə deyirsən ki, bunlar hamısı bir-birinin dalıyca Allahın varlığını təsdiq ediblər?
TövhidQül hüvəllahü əhəd!Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.
TarixTəzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.
Növbə gözləməkNövbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...
İnzibati idarəLənkəranda iki inzibati idarə vardır. Biri Hökumət inzibati idarəsidir, biri də Krepost məhəlləsində müxbir Molotovun inzibati idarəsidir.Molotov əslindən aptekxanada əczaçıdır. Ancaq bu işdə də ixtisası yoxdur. Onun üçün də qayırdığı davalardan hərdən bir uşaq-muşaq da zəhərlənibdir ki, işi indi istintaqdadır. Onun üçün də Molotov gördü ki, bu əczaçılıqdan bir mətləb çıxmayacaq, özünü verdi müxbirliyə. Lənkəran da ki, bir xırda avamistan məmləkətdir.
LəkəLəkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.
Qoçu xəbərləriAxır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.
Allah-taalanın sifətləri1) Allah-taala alimdir.Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.
TicarətTicarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz.Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır.
VI şuralar qurultayıAltıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Qarğa-quzğunlarQarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.