Fatma xala

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

Джалил Мамедкулизаде6 мин
Təzə xəbər

Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?

Джалил Мамедкулизаде2 мин
Quzu

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

Джалил Мамедкулизаде8 мин
İki ər

Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.

Джалил Мамедкулизаде9 мин
Ucuzluq

Naxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün.Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi.

Джалил Мамедкулизаде3 мин
Sarı

Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.

Джалил Мамедкулизаде4 мин
Zəlzələ

Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.

Джалил Мамедкулизаде7 мин
Utanma

Ey ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!

Джалил Мамедкулизаде3 мин
Nə bilim

Fələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?

Джалил Мамедкулизаде1 мин
Ey könül

Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!

Джалил Мамедкулизаде1 мин
Nədir

Ahü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?

Джалил Мамедкулизаде1 мин
Nağıl

Bir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.

Джалил Мамедкулизаде1 мин
Lüğət

Molla Nəsrəddinin qamusül-əlamından:Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.

Джалил Мамедкулизаде1 мин
İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

Джалил Мамедкулизаде1 мин
Bakılılara

Ay bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.

Джалил Мамедкулизаде2 мин
Çox qəribə

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

Джалил Мамедкулизаде2 мин
Nəsihəti-hükəma

Bu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil).Küçədə gedəndə:

Джалил Мамедкулизаде1 мин
Şirin rusi danışan

Bu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?

Джалил Мамедкулизаде1 мин
“Rəhbər”

Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.

Джалил Мамедкулизаде2 мин
Meymunlar

Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).

Джалил Мамедкулизаде2 мин
Danabaş kəndindən

Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..

Джалил Мамедкулизаде2 мин
Mıncıq

Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.

Джалил Мамедкулизаде3 мин
“İrşad”

Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?

Джалил Мамедкулизаде3 мин
Baş yarmaq

“İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasim otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”.Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund şeyx Məhəmmədcavad, axund hacı Qəvam, axund hacı molla Ağa, hacı Mirmöhsün, axund molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”.

Джалил Мамедкулизаде3 мин
Binamusluq

Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan axıra kimi müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, “ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri millətlər kimi tərəqqi et…”.İndi dünyada heç bir müsəlman qəzeti yoxdur ki, bu cür haray-dad eləməsin. İndi müsəlman aləmində heç bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. İndi Azərbaycan və Tehranda heç bir mücahid və millətpərəst yoxdur ki, deməsin: “Ey biçarə müsəlman, oyan xabiqəflətdən!..”.

Джалил Мамедкулизаде4 мин
Xoşbəxtlər

Dünyada Təbrizdə olan qafqazlı müsəlmanlardan xoşbəxt adam yoxdur. Kişilər yaxalarını çəkib oturublar evlərində və hərçənd ki, “qarın”dan bir az kasıbdırlar, amma bununla belə, nə Zəngəzur və Qarabağ acları ilə işləri var, nə də Təbriz acları ilə. Səbəbi də budur ki, Zəngəzur və Qarabağ söhbəti ortalığa gələndə bunlar deyirlər ki, “pəh, biz ki, İranda qalırıq, biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” İran aclarına da ianə eləmək məclisi olanda bunlar genə yavıq düşmürlər və cavab verirlər ki, “bizə nə dəxli var, biz qafqazlıyıq”Vaqeən dünyada bunlardan xoşbəxt adam yoxdur İrəvan dövlətlilərindən savayı.

Джалил Мамедкулизаде1 мин
Ustalipin

Neçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş vəzirinə niyə Stolıpin deyirlər, yəni “Stolıpin” nə deməkdir?Cavab: bizim lüğətimizdə “Stolipin” iki mənanı göstərir. Biri budur ki, həmin baş vəzir bir qanun çıxartdı ki, hər kəs qonşusunun toyuğunu oğurlasa dar ağacından asılsın. Məlumdur ki, əvvəl günahkarı çıxardırlar stulun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altındakı stulun ipini çəkirlər, stul yıxılır və günahkar başlayır havada seyr eləməyə, Bu səbəbdən də həmin baş vəzirin adı “Stolıpin”dir, yəni “stolun ipin”.

Джалил Мамедкулизаде1 мин
Leontiyev

Məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir:– Tut!

Джалил Мамедкулизаде2 мин
Cəmiyyəti-xeyriyyə

Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.

Джалил Мамедкулизаде3 мин
Zarafat

Əvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun də məktubu zarafatnan yazılıb, Ağayevin cavabı da zarafatnan yazılıb.Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun.

Джалил Мамедкулизаде5 мин