Yaxşı arxa

Günlərin bir günündə,Qalın meşə içində

Абдулла Шаиг191013 мин
Cəfər və Bəşir

Alman yazıçısı V.Buşdan iqtibas1

Абдулла Шаиг19069 мин
Sehrli üzük

Zəlzələ bir çuxurdanAtdı daşı, kəsəyi.

Абдулла Шаиг19398 мин
Bostançı

Yayın üzüm, əncir bişirən qızğın günlərindən biri idi. Günəş göydən qum üzərinə alov saçdıqca yer qorlu külə dönür, istidən nəfəs almaq olmayırdı. Zəhra qarı istidən qaçıb bir əncir ağacı kölgəsində uzandı. Bir az sonra yuxuya getdi. Oyandığı zaman günəş yavaş-yavaş əyilirdi. Yatdığı yerdən qalxıb oturmaq istəyirdi ki, sinəsində soyuq bir şeyin hərəkət etdiyini duydu. Tez əlini sinəsinə aparıb onun nə olduğunu bilməyə tələsdi. Əli köksü üzərində qıvrılıb yatmış ilana dəyər-dəyməz: “Vay, ilan!” deyə, dəli kimi bağırdı və həyəcanlı halda sinəsi ilə ilanı yerə atmaq istədi. Ancaq ilan da vaxtında öz işini görmüşdü. Zəhra qarı oyananda o da oyanmış, onun qışqırığı ilə ilanın sancıb qaçması bir olmuşdu.Balaca Səməd nənəsinin bağırtısını eşidincə əvvəlcə qorxub dayandı, sonra bir az özünə ürək verib, irəli gəldi. Bu zaman ayaqları ucundan bir ilan fışıltı ilə qaçıb yox oldu. Səməd onu görüncə qaça-qaça gəlib evdəkiləri xəbərdar etdi.

Абдулла Шаиг19478 мин
Dördüncü pərdə

Beşinci şəkilXanın bağıdır. Gövhər xanımın toyuna hazırlıq gedir Eloğlu, Atakişi, Telli,*

Абдулла Шаиг9 мин
İkinci pərdə

Arxa planda silsilə dağlar, qayalıqlar, otlu-çiçəkli yamaclar, ortada alma bağı, daha*sonra göz işlədikcə sünbülləri saralmış tarlalar. Bağ ilə tarlaların arasından bir çay*

Абдулла Шаиг19416 мин
Üçüncü pərdə

Atababa dəmirçi dükanında işləyir. Alagöz ocağı körükləyir. Atababa bir*dəmir parçasını ocağa atır, başqa birisini döyəcləyə-döyəcləyə oxuyur.*

Абдулла Шаиг19417 мин
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

Абдулла Шаиг19156 мин
Altıncı fəsil

Zəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?

Абдулла Шаиг190910 мин
Zəhmət və zinət

Kənd içində Alış dayıAdlı-sanlı əkinçiydi.

Абдулла Шаиг194410 мин
Şair və qadın

Dramatik poemaŞəxslər

Абдулла Шаиг19118 мин
İdeal və insanlıq

İştirak edənlərİnsanlıq – İnsanlığın heykəlini təsvir edən orta yaşlı, alicənab bir qadın*

Абдулла Шаиг19148 мин
İkinci pərdə

Rüstəm qapı ağzında bir kötük üzərində oturub çubuq çəkir, anası Qəmər*bir tərəfdə palaz salıb cəhrə əyirir. Gülsənəm, əlində matraq,*

Абдулла Шаиг191210 мин
Dördüncü pərdə

Bir neçə il keçmişdir. Dörd tərəfdən ağaclarla əhatə edilmiş yaşıl bir tala. Mirzə*Möhsün, Rizvan (şəhərdən gəlmiş inqilabçı), Qurban, Qasım,*

Абдулла Шаиг19267 мин
İkinci pərdə

Üçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*

Абдулла Шаиг19487 мин
Dördüncü pərdə

Altıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*

Абдулла Шаиг19489 мин
Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

Абдулла Шаиг19129 мин
İkinci pərdə

Səhnə Jirikovun evini təsvir edir*Zəhra** (yalnız). Of, nə ağır, nə çətin vəziyyət. Orda məni lənət və nifrət, burda namussuzluq və xəyanət gözləyir. Ey məni böyüdən, yaşadan yerlər, sənə son göz yaşlarımı tökürəm.

Абдулла Шаиг8 мин
İkinci pərdə

Səhnə Qəzvin bazarlarından birini təsvir edir. Bazarın bir tərəfi açıqlıq, meydan, xara-*balıq... Yusif Sərracın dükanı, divarlardan yəhər, cilov və sair asılmışdır. Usta Yusif*

Абдулла Шаиг19289 мин
Üçüncü pərdə

Səhnə saray bağçasını təsvir edir. Ağaclıq, çiçəklik, xiyaban, fəvvarəli hovuzlar.*Axar su, geniş bir meydança, bir tərəfdə şahın taxtı. Xacə taxta yaxın durub*

Абдулла Шаиг192812 мин
Şələquyruq

Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.

Абдулла Шаиг19137 мин
İkinci pərdə

Səhnə şahzadə xanımın yataq otağını təsvir edir. Burğulu miz üstündə, üzündə ağ tül*kiçik bir qız oturubdur. Şahzadə xanım yuxudan oyanır.*

Абдулла Шаиг19137 мин
Üçüncü pərdə

Səhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*

Абдулла Шаиг194610 мин
Göbələk

Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

Абдулла Шаиг19129 мин
VI

Xasay küçə vərdişlərini yavaş-yavaş məktəbə gətirməyə başladı. Hər gün məktəbə əli, üzü, üstü-başı çirkli gəlirdi. Müəllimlər və yoldaşları ilə rəftarı büsbütün dəyişmişdi. Yoldaşlarını təhqir edir, müəllimlərin sözlərinə əhəmiyyət verməyib dərslərinə əsla çalışmırdı. Kamil müəllim bunları gördükcə, eşitdikcə kədərlənir, sinifdə hər xüsusda birincilik qazanmış olan Xasayın birdən-birə bu qədər dəyişməsinin səbəblərini axtarır və ona qarşı çarə və tədbirlər düşünürdü.Bir gün Xasay öz sinif yoldaşı və qonşusu Mürsəllə vuruşarkən köhnə müəllimlərdən Mirzə Rəhim onun qolundan çəkə-çəkə tutub bir baş müəllimlər otağına gətirdi. İçəri girincə üzünü müdirə çevirib titrək və əsəbi bir səslə bağırdı:

Абдулла Шаиг19357 мин
Vətənin yanıq səsi

Uca, qarlı dağlarımın başındanAltaylara bakar, bakar, durardım.

Абдулла Шаиг19186 мин
Beşinci pərdə

Səhnə saray həyətinin bir guşəsini təsvir edir. Vəzirlər bir yerdə danışırlar.*Sərdar Zamanxan**. Mirzə Möhsün, işlər necə gedir?

Абдулла Шаиг192810 мин
Tıq-tıq xanım

Gəlin, sözə uşaqlar,söyləyim bir hekayət:

Абдулла Шаиг19107 мин
Zalım padşah və əkinçi

O gündən ki, insan oğluBu dünyaya ayaq basmış.

Абдулла Шаиг8 мин
Beşinci pərdə

Birinci şəkilSəhnə Quzğun şahın zülmət kimi qaranlıq ölkəsini təsvir edir. Susuz, çılpaq çöl, ara-*

Абдулла Шаиг19417 мин