Bənövşələr

O yar gəzən oylaqlarda,Bir də açdı bənövşələr.

Ашуг Басти1 мин
Касыда 26

خان و خیل چرخ را شه خیل و خان آراستهتا بماهی و بره کردست خوان آراسته

Фелеки Ширвани4 мин
Pəhlivanani-zəmanə

Əhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*

Наджаф-бек Везиров18981 мин
Dağıstanda

Ay ariflər, gəlin sizə söyləyim,Gətirir bağçalar bar Dağıstanda.

Ашуг Муса1 мин
Əzizin Cənazəsi

Müsəlman sosial-demokratlarınlan ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər.

Омар Фаик Неманзаде19063 мин
Olsun

Telli sazım, səni məndən eyləyən,Ömür boyu bu aləmdə xar olsun.

Ашуг Валех1 мин
Qəzəl: Xəzan ayamı girdim bağa, yadi-nobahar etdim

Xəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim

Ковси Табризи1 мин
Dağlar

Məğribdən məşriqə səf çəkib durub,Qüdrətdən çatıbdı baş-başa dağlar.

Мискин Абдал1 мин
Şirin-şirin

Vəhşi maral kimi gəzir səhrada,Ovçu, ov qaçırdın, an, şirin-şirin.

Агдабанлы Гурбан1 мин
Hökm elədi bəgim Paşa

Hökm elədi bəgim Paşa,Küll-i-inas fərraşa,

Безымянные народные поэты1 мин
Nə anladıq bu gəlmaqdan

Nə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?

Мирза Али Моджуз1 мин
Acından təbib

Şuşa və İrəvan arasında düşən bir qəzaya Zəngəzur qəzası deyirlər. Bu qəzanın çox yerləri dağlıq və əhalisi də kürdlərdir. Əhalinin peşəsi qaramal saxlayıb, yağ, pendir satıb onunla güzəran etməkdir. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ancaq dörd ay yollar şənlik olar. Aran tərəkəmələri qoyunlarını oraya, yaylağa apararlar. Alış-verişçilər dəstə-dəstə gedib kürdlərdən yağ, motal, yun... alıb, satış üçün Qarabağa gətirərlər. Kürdlər həmçinin gəlib şəhərdən özləri üçün qış tədarükü apararlar.Kürdlər dünyadan uzaq bir yerdə yaşadıqlarından pula qiymət qoymazlar və pulun hesabın da bilməzlər. Xüsusən arvadları. Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza... və habelə şeylərə dəyişərlər... Odur ki, oraya yağ, pendir almağa gedən bir atı güzgü, üskük, ucuz üzük, saqqız və sair bu ənva şeyləri ilə yükləyib yola düşər və qayıdan vaxtı bir at yükü lətif, kəhrəba kimi yağ gətirər. Bu sətirləri tacirlərimizin ittilaı üçün yazıb keçirəm mətləbə. Bir gün may ayının ortalarında İki yoldaş – mən və Kərbəlayı Məhəmməd yağ almaq niyyəti ilə bir qədər çərçi malı götürüb Zəngəzur tərəfə rəvan olduq. Turşsu adlanan bir yerə çatdıqda aclıq bizə ilə verdi. O yan-bu yana baxıb ev qaraltısı da olsun görmədik. “Pənah pərvərdigara” deyib bir qədər də yol getdik. Zarıslı kəndinə çatanda gördük kəndin ətrafında tərəkəmə köçü düşüb. Köç tərəfə yeriş edib bir az çörəkdən, süddən istədik. Alaçığın qabağında istirahət ilə uzanmış bir oğlan başını qalxızıb dedi:

Абдуррагим-бек Ахвердов4 мин
Ey fələk

Aman olsun, aman sənin əlindənEylədin baxtımı qara, ey fələk!

Чобан Афган1 мин
Söz səndən

Nazlı dilbər, gəl ixtilat eyləyək,Sazı məndən, simi məndən, söz səndən.

Вархиянлы Ашуг Мамед1 мин
Bilmirəm

Ay ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.

Аг Ашуг Аллахверди1 мин
Verir

Bir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.

Ашуг Гусейн Шамкирли1 мин
Gəlir

Millət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.

Ашуг Шенлик1 мин
Gözəl

Ömrü bada verdin, günü talana,İndi sən ömrümün ayağı,gözəl.

Хесте Гасан1 мин
Düşərəm

Kövrək könül eşq üzündən yaralı,Yana-yana, dağa-daşa düşərəm.

Ашуг Насиб1 мин
Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm

Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm.

Молла Вели ВидадиГазель1 мин
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən

Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.

ХабибиГазель1 мин
Muradın söylədikləri

Madam ki, körpəlikdə məni «əllamə» adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil, bu zaman mənim on üç-on dörd yaşım varmış... Və bu məni həmişə əsəbiləşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib edib, məndən əl çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İsgəndərin dəlləyi kimi məni rahat buraxmırdı.İndi soruşa bilərsiniz ki, nəyə görə mən, babalarım, qocalarım, atam-anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbixanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənimlə yaşayır. Mən atamla anamın bir-birilə tez-tez dalaşmalarını, aylarla bir-birilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğuna, nə üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimçün gizli bir qüssəyə çevrilirdi.

Ильяс Эфендиев2 мин
Olubdur

Səndən ayrı işim mənim, ey dilbər,Gecə-gündüz ahü fəqan olubdur.

Мухаммед-бек Ашуг1 мин
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə

Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.

Садык-бек АфшарГазель1 мин
Qabağında

Kamil ustadların gülün dərməsən,Həqiqəti sinəm üstə sərməsən,

Ашуг Асад1 мин
Hümmət və qeyrət vaxtıdır

İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.

Мамед Эмин Расулзаде19032 мин
Dünyada bəla nədən törəyir?

Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur:Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir?

Фиридун-бек Кочарлинский19095 мин
Olma

Məzluma hörmət et, qolundan yapış,Əlindən var-yoxun alandan olma.

Ашуг Мирза Билал1 мин
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq

Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq

Нитги Ширвани1 мин
Yaxşıdı

Əzəl bir adamla dostluq eyləsən,Onu çəksən imtahana, yaxşıdı.

Ашуг Гусейн Бозалганлы1 мин