Произведения
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı*Əfradi-əhli-məclis
Şəriətdə şərm yoxdurMən uşaq vaxtımda hərdənbir məscidə gedirdim və çox vaxtlar olardı, görerdim kj, torpağı sanı yaşayasınız, bizim Hacı Axund mənbərin üst pillesində əyləşib ayağında ağ tuman, bağı eşikde, biz uşaqlar küçəda damşdığımız sözlərdən danışır və İstibradən behs açıb, istibranı nə cür etməli və nə növ mövzeyi-mötadı sığallamalı, hamısımn təhrini eynilə camaata göstərir və hamisı gözləri bərələbərələ qalıblar.Mən həqiqət bu işlərə və bu sözlərə çox utanardım və qaiandım məəttəl. Tainki Axundu bir gün girələyib soruşdum ki, cənab Axund, niyə gərək peyğəmbər mənbərində sizin kimi böyük vücudlar, arvaduşağı mülahizə eləməyib belə sözlər danışasınız?
Qan bulağıİyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
Pişik (2)Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.
Yaz havasıMələşir qoyun-quzular,Gələn yazın havasından.
Касыда 16دادگرا ملک را هم فلک و هم قوامتاجورا بخت را هم شرف و هم نظام
PəriYəqin bil kərəm kanı,Mən yanıram ataşına.
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüsMərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.
GörəydimDağlarda lalə, nərgizi,Gülləri dəstə, görəydim.
YaxşıdıYol keçibən ziyarətə gedənlər,Bir yetimi sevindirmək yaxşıdı.
MaralMən səni görəndən bəriHalım pərişandı, Maral!
Şərq İslam mədəniyyətiyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylərSon illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır.Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
Allah, ölümün haqdıBu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!
Samovar gərəkDəhrdə arifərə,Çay samovar gərək,
Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdürOnunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.
Saraltdın məniBir gül idin bitmiş idin bağçadaVermədin bir dənə saraltdın məni.
QəriblikAhü-vay çəkibən, qan ağlamaqdan,Dönübdü ciyərim qana, qəriblik!
Məlik OğuzSəddədin Əsəd pişgaha gələndə Cahan Pəhləvan tacını təzəcə başına qoyub taxta əyləşmişdi. Vəzirin salamına cavab verməmiş soruşdu:– Bu gün həftənin hansı günüdü?
Qərəzİbtida əlifdən dərsim alanda,Göstərdilər mənə nə qara yaxşı.
ÇatmadımSevda məni çətin yola çağırdı,Dərələri aşdım yara çatmadım.
Günü-günə calasan daKeçən günə günlər çatmazGünü-günə calasan da!
Yenə yad eylədim keçən günləriYenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndəBir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.
On il qulluq etdim mən ƏləsgərəOn il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
Yaxşı atSəyyad olub ov bərəsin keçəndə,Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Çarə kimdür ələmi biçarə olmuş könlümüÇarə kimdür ələmi biçarə olmuş könlümü,Qandadur bir cəm edən sədparə olmuş könlümü.