Hicran
Tökülüb zülfi-pərişan üzünə halə misal,Arizin bədrə dönüb, var iki yanında hilal.
Qəzəl 251Kirpiyindən qanlı bir köynək geyinmişdir tənim,Göz yaşımla çak-çak olmuşdur ol pirahənim.
Qəzəl 256Bircə an çıxmadı başdan qəmin, ey taci-sərim,Sən unutdun məni, cana, demə yoxdur xəbərim.
Qəzəl 261Məni fikirlə elə məhv edib o qönçədəhanKi, sözdən özgə tapılmaz bu aləm içrə nişan.
Qəzəl 264İnlərəm, rəhm eləməz halıma yarım, nə edim?Ona təsir eləməz naləvü zarım, nə edim?
Qəzəl 269Yenə at çapdı meydanda, qopardı toz o cananım,Əl atdı, silkədi damanını, düşdü yerə canım.
Qəzəl 295Zülm şəmşirilə hicranın məni, yar, öldürər,Hey desəm: öldürmə, – baxmaz ol sitəmkar, öldürər.
Qəzəl 300Mənimlə tərk edir kuyini yarın bir qəmər dərdi,Saman tək bir vücudumla aparram dağ qədər dərdi.
Qəzəl 314Könlümdəki qəm qönçeyi-xəndanın üçündür,Göz yaşlarım ol ləli-dürəfşanın üçündür.
Qəzəl 318Hər zülm edib mənə o sitəmkar çəkmişəm,Etdikcə o, cəfanı, mən azar çəkmişəm.
Qəzəl 320Açanda göz üzünə aşiqin, olur heyran,Axıb gedər üzümə sel kimi ciyərdən qan.
Qəzəl 323Səndən ürək qəmin, gözəlim, pünhan etmərəm,Bu eşqi gizli, ey gözəlim, bir an etmərəm.
Qəzəl 338Ey gözəl, getmə, mənim qəlbimi sən qan eləmə!Eşqimin dağını gəl hicr ilə suzan eləmə!
Qəzəl 344Dərdi-dilimə lütf eləyib bircə dəva qıl,Lütf et, gözəlim, dərdi-dilə çarə əta qıl.
Qəzəl 360Başım möhnət balıncında çəkib azar uzaq səndən,Olub qəm bəstərində cismü can bimar uzaq səndən.
Qəzəl 375Bizi qəmzənlə, ey zalım, həlak etdin, yaman etdin,Çəkib xəncər yazıq aşiqlərə, sən qəsdi-can etdin.
Qəzəl 377Ya rəbb, o dərdsiz dərdimə dərman edər, ya yox?Bir dərdə düçarəm, ona çarə edər, ya yox?
Qəzəl 381Zəifəm eylə kim, hicrində bir xurşidrüxsarınKi, tab etməz vücudum kölgəsinə bircə divarın.
Qəzəl 387Vurursan, ey gözəlim, qəmzə oxları bu qədər,Dolar bir anda bu aləm cəsədlə sərtasər.
Qəzəl 396Əgər sən həmnişin olsan gözəllərlə, könül, bir dəmUnutma kim, gələr hicran dəmi, eyşin olar bərhəm.
Qəzəl 397Yoxdur ay üzlüm kimi mavi səmadə bir qəmər,Yoxdur alnında qara məhparə, ay varsa əgər.
Qəzəl 409Bu diyar içrə mənə nə yar, nə qəmxar var,Heç nəyəm, bir kəs mənə qılmaz cahanda etibar.
Qitə 30Mən hər nəyə könül verib oldum əsir ona,Çün eşqimin hərarətini gördü ruzigar.
Rübai 15Gözəlim dil açıb soruşmadı hal,Kamamı vermədi o şirinməqal.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.