Məhəmməd Füzuli: Səfəvi dövrü
Şöhrətim artdıqca eşqimdə, adın şöhrət tapar,Etibarım getsə əldən, sən taparsan etibar.
Qəzəl 115Bizdəki həyat dostun qılıncının cövhərindədir,Ruhumuz cövhər olsa da, onun qılıncının cövhəridir.
Qəzəl 116Könül sənin sevgi ətəyini bərk tutubdur,Elə quş belə yüksəkliyə azraq uçmuş.
Qəzəl 117Əgər rüsvayəm aləmdə, ona olmuş fəğan bais,Fəğanə suzişi dil, suzişi-qəlbə fəğan bais.
Qəzəl 118Dil açıb şəm elədi arizi-dildar ilə bəhs,Tez tutuldu dili, qəhrindən edər yar ilə bəhs.
Qəzəl 119Ləl dodağının mücrüsündə yüz dərdin əlacı var,O, bizə möhtac deyil, bizim ona yüz ehtiyacımız var.
Qəzəl 120Günah mərəzlərinin cümləsinə sənsən əlac,Şəfisən, hamı aləm şəhaətə möhtac.
Qəzəl 121Dərdinə əğyarın etmiş yar əlac,Qibtədən məndə dəyişmişdir məzac.
Qəzəl 122Əksi-ləbinlə könlümü al qan edir qədəh,Dərddən yanıqlı qəlbimi büryan edir qədəh.
Qəzəl 123Nəsihət eyləyib göz yaşı da töksə əgər naseh,Mənə qan uddurur, sanki verir hər an zəhər naseh.
Qəzəl 124Ahım edəndə cilvə olur dar fəzayi-çərx,Axır keçər gedər səni ahım, səmayi-çərx.
Qəzəl 125Könlümə xoşdu mənim sevgili canan, ey şeyx!Deyiləm körpə ki, mən aldanam asan, ey şeyx!
Qəzəl 126Kimin ki, mən kimi var sinəsində daği-ciyər,Tutar bu gizli qəmi-eşqdən yəqin o xəbər.
Qəzəl 127Açar düyünlərimi açsa bəlkə naleyi-zar,Açılsa nalə yolu, işdən hər düyün açılar.
Qəzəl 128Vəslin mənə novruz, gecəsi oldu müyəssər,Sanki o gecəm gündüz ilə oldu bərabər.
Qəzəl 129Zənn qılma gözlərimdən ləxtə-ləxtə qan damar,Vurduğun oxlar yerindən qanım, ey canan, damar.
Qəzəl 130Könül bir dəm gözün rüxsarinə, ey nazlı yar, açmazKi, seyli-əşki rəşkindən üzə biixtiyar açmaz.
Qəzəl 131Nə yaxşıdır nəzərimdə o gülüzarın ola,Verən ziya gözümə arizi-nigarın ola.
Qəzəl 132Qətlimə xəncərlə qəsd etdi o türki-tündxu,Odlanırdım mən ətəşdən, mərhəmətlə verdi su.
Qəzəl 133O muğ balası məndən könül və dini tərk etməyi istəyir,Sevgi yolunda bundan da möhkəm olmağımı istəyir.
Qəzəl 134Zülfün qəmilə oldu könül mübtəla sənə,Kuyində, sevgilim, ola başım fəda sənə.
Qəzəl 135O məhrudən mənə nə lütf vardır, nə kərəm vardır,Odur ki, xəstə könlümdə mənim min dərdü qəm vardır.
Qəzəl 136Daha üftadə bizi sevgili canan diləyir,Varmı bundan da ağır gün kim, o sultan diləyir.
Qəzəl 137O sərvin qamətin göstərdi güzgü, min xəta etdi,Özün könlüm kimi dərdə, bəlayə mübtəla etdi.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.