Məhəmməd Füzuli: Səfəvi dövrü
Sənin sevginlə öldükdə kaş qapında torpaq olum,Gahdan küləklə qalxıb başına dolanım.
Qəzəl 283Yanmasa eşq oduna, cismdə can istəmərəm,Yanaram şam kimi, atəşdən aman istəmərəm.
Qəzəl 284Bir ömürdür yaxşı üz öz yarımızdan görmədik,Mərhəmət umduqsa da, dildarımızdan görmədik.
Qəzəl 285Biz, gözəldən başqa, dünyaya nəzər az etmişik,Nazəninlərdən dəxi sərfi-nəzər az etmişik.
Qəzəl 286Dostlar, əlimə keçdi axtardığım o gövhər,Könlüm nəyi dilərdi, oldu ona müyəssər.
Qəzəl 287Mən odam, rəsmi budur mənzilim olsun külxən,Deyiləm gül ki, tapam gülşən içində məskən.
Qəzəl 288Yandı göydə ulduz, ay, bir ah çəkdim dün səhər,Qorxuram bu gecə düşsün ərşə ahımdan şərər.
Qəzəl 289Könül ayinəsində əks olan, ey məhliqa, sənsən,Unutsan da məni, bil, xatirimdə daima sənsən.
Qəzəl 290Aşiqəm, bir sənəmi-laləüzarım vardır,Bir də sevdalı başım, qəlbi-figarım vardır.
Qəzəl 291Qapından toz kimi bir an ayırsa cismimi yellər,Başım əflakə də çatsa, könül kuyinə meyl eylər.
Qəzəl 292Aləm bizə zindanə dönə, qəm yemərik biz,Viranəyə də dönsə cahan, uf demərik biz.
Qəzəl 293Mənim cahanda ki, bir yari-gülüzarım yox,Işim ki, yox, burada qalmağa qərarım yox.
Qəzəl 294Qəlbimin dərdini mən istəmirəm yarə yazam,Bilirəm ki, oxumaz, gər ona səd barə yazam.
Qəzəl 295Zülm şəmşirilə hicranın məni, yar, öldürər,Hey desəm: öldürmə, – baxmaz ol sitəmkar, öldürər.
Qəzəl 296Nə qədər ki, olmuruq, bir sevgilinin qəmi ilə olmuşuq,Bir laləüzlünün dərdi və dağı ilə olmuşuq.
Qəzəl 297Fədakarlıqda şəmi-bəzmi-canandan deyildim kəm,Nədir, aya, günahım kim, sayılmam bəzminə məhrəm?
Qəzəl 298Sərvi-nazım nəzər etməz məni-zarə, nə edim?Kimə dərdimi deyim, kim edə çarə, nə edim?
Qəzəl 299Aləmin az-çoxunu atmışıq, olmaz qəmimiz,Yemərik qəm, ola gər artığımız, ya kəmimiz.
Qəzəl 300Mənimlə tərk edir kuyini yarın bir qəmər dərdi,Saman tək bir vücudumla aparram dağ qədər dərdi.
Qəzəl 301Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Qəzəl 302Budur illət səni mən güzgüyə oxşatmaram, cana!Səni gördükdə cismimdən əsər mən görmərəm əsla.
Qəzəl 303Şümşaddır, deyim necə, ol sərv qamətin,Ağzın necə yumum, desəm əhli-məlamətin?
Qəzəl 304Xeyli vaxtdır sənlə, ey gül, dərdisər az etmişik,Kuyinə, qorxub rəqiblərdən, güzər az etmişik.
Qəzəl 305İsladam, kaş, ürək qanı ilə xaki-dərin,Hali-dildən ola hər rəng ilə olsa xəbərin.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.