Səfəvi dövrü
Gizli dərdim necə olmaz bu qədər qəmlə əyan,Bu sükutun özü hali-dilimi etdi bəyan.
Qəzəl 10Çəkdim yolunda əksini bu cismi-zarımın,Bəlkə ayağını öpə bildim nigarımın.
Qəzəl 11Yanarkən könlümün pünhan oduyla şəm tək canım,Zəbani-halım axır zahir etdi dərdi-pünhanım.
Qəzəl 12Qəmi-nigardən özgə bir həmdəm istəmirəm,Vəfasız bu qəmi-eşqə məhrəm istəmirəm.
Qəzəl 13Eşitmiş gül cəfasından səhər bülbül edər əfğan,Gülü jalə edib sədparə, almışdır qisas ondan.
Qəzəl 14Gizliyəm zəfdə mən, lütfdə yarın bədəni,Mən onu görməmişəm xeyli zamandır, o məni.
Qəzəl 15Əqldən eşq cüda saldı, zəbun etdi məni,Daxili-silsileyi-əhli-cünun etdi məni.
Qəzəl 16Gümüşbədənli gözəllərin sevgisi məni heyran edir,Əhvalimdən büt kimi məni xəbərsiz qoyur.
Qəzəl 17Saqi, mey ver, söyləyim ol ləli-canandan sənə,Məst olarkən qoy deyim bu sirri-pünhandan sənə.
Qəzəl 18Xaki-dərini sürməyi-çeşmü bəsər etdik,Biz başqa gözəldən dəxi qəti-nəzər etdik.
Qəzəl 19Bahar əyyamıdır, gəlməz, nədəndir, şurə bülbüllər,Məgər düşmüş lətafətdən könüllər şad edən güllər?
Qəzəl 20Ol gün ki, görməyir gözümüz öz həbibini,Şövq ilə istəyir ki, görə öz rəqibini.
Qəzəl 21Şərh etsəm eşqini, tutar heyrət zəbanımı,Izhar edim necə sənə sirri-nəhanımı?
Qəzəl 22Od yanaqlı yardan ayrı saldı çün dövran məni,Bir qığılcım tək, yəqin bil, məhv edər hicran məni.
Qəzəl 23Gülüm, hər ləhzə dilindən tutar azar məni,Sancar ol bərgi-gülündən yetişən xar məni.
Qəzəl 24Ey könül qanı, sevgi onun kuyində məni rüsvay etdi,Bir paltar geydir ki, orada məni kimsə tanımasın.
Qəzəl 25Gəl alma qəlbimi məndən, nəsibim qəm olar, canan!Zəifdirsə vücudum, bil, ağırdır möhnətim dağdan.
Qəzəl 26Qarət etdi yuxumu, uyquma gəldi gecə yar,O səbəbdən yuxu gəlməz gözümə leylü nəhar.
Qəzəl 27Qoşa zülfünü cəfa vermək üçün düyünlədin,Yer üzündən vəfa rəsmini sildin.
Qəzəl 28Nə qalıb məndə dilü din, nə də ki, səbrü qərar,Məni tənha buraxıb tərkimi qıldı onlar.
Qəzəl 29Mən qəmə öyrənmişəm, biqəm mənə lazım deyil,Qəmdə zövq olsa əgər, ol həm mənə lazım deyil.
Qəzəl 30Cəmalın bir günəş tək parladı, nəm qoymadı canda,Daha yaş tökməyə yoxdur təvan bu çeşmi-giryanda.
Qəzəl 31Gər öləndən sonra kuyin etsələr mədfən mənə,Qəbr əzabı verməz ol gülşəndəki məskən mənə.
Qəzəl 32O yarın gül üzarında, gönül, bir xarə yetdim mən,Şükür Allaha, işsiz qalmadım, bir karə yetdim mən.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.