Məmməd Səid Ordubadi
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bir tərəfdən Qızıl Arslanın etinasızlığı və onun Həmədana gəlməməsi, o biri tərəfdən də Qətibənin başladığı təzə oyunlar Toğrulun mövqeyini qorxu altında qoymuşdu.Sizdəh günü Həmədanda olan qoşunun Toğrul sarayı qarşısına gəlib əlahəzrəti salamlamaq istəməməsi məsələnin nə qədər qorxulu olduğunu tam çılpaqlığı ilə meydana qoymuş oldu.
Siyasi dərnək üzvləriBir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.
İran CulfasındaAraz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.
«Şahın bibisi oğlu»Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.
İraidaBu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.
Misyonerlər və müstəşriqlərMən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.
Nizamüddövlə bağındaSəhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.
Ziyarətgahlar və siğəxanlarHacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Hacı Səməd şah?Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Təzə xəyanətlərDünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar.Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu:
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Ad günü, xalqın şad günüİranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir.Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi.
FındıqsatanKazakların içərisinə intibahnamə paylamaq məsələsi müzakirə ediləcəkdi. Jenyanı axtarmaq və iclasa gətirmək lazım idi. Pavluşa bunun üçün Sabunçuya getmişdi. Jenyanı tapmamışdı.Vasya dedi:
Çarizm öz işini gördüÇar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.
AyAldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!
SindanSaç xariqələr, dəhri qoy e’cazına heyran,Əzmində, səbatında qüsur eyləmə bir an.
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Köhnə dünyanın şirləriSəd şükr ki, biz ziynəti-tarixi-cahanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
Söhbət«Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində.*Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın?
İbadətHərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Qayırma hədislərHərdən bir mənim xəyalıma belə şey gəlir:Kah vaxt olur ki, bir rus, ya qeyri bir millət məndən soruşur ki, peyğəmbəriniz nə vaxt təvəllüd tapıb?
Azarlamaqİndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.
VeyillərHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.
MiyanəMiyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.